Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / “İmtahandan” qorxanlar...

“İmtahandan” qorxanlar...

05.07.2024 [09:45]

Rediküllərin siyasi yolu bitib

Sentyabrın 1-nə təyin edilmiş parlament seçkiləri özlüyündə siyasi marafon olmaqla yanaşı, həm də ölkədə fəaliyyət göstərən siyasi institutlar üçün növbəti “imtahan” sayılır. Əsas qayəsi seçkilərdə iştirak etmək, özünün prinsip və ideyalarını cəmiyyətlə bölüşmək, xalqın etimadını qazanmaq və seçkili orqanlarda təmsilçilik üçün seçicilərdən mandat almaq olan siyasi partiyalar və təşkilatlar üçün bu proses xüsusi əhəmiyyət daşıyır. Həm də seçicilərlə birbaşa ünsiyyət şansının əldə olunması, konsepsiya və siyasi baxışların bölüşdürülməsi üçün növbəti və təbii fürsət kimi dəyərləndirilən seçki prosesi ölkəmizin gələcək inkişafı üçün müstəsna yerə malikdir. 

Bu mənada, siyasi partiyaların seçki prosesində daha aktiv iştiraka can atması, hazırki mərhələdə namizədlərin müəyyənləşdirilməsi və müvafiq strukturlar üzrə təmsilçilərin təyinatı ən ümdə işlərdən sayılır. Əksər siyasi partiyalar qeyd edildiyi kimi bu fəaliyyət üçün səfərbər olub - siyasi partiyalar haqqında yeni qanunverici aktın formalaşması və siyasi partiyaların üzvlərinin reyestrlərinin dövlət qeydiyyatına alınması prosesi daha maraqlı və dinamik edəcək. 

Təəssüfləndirici haldır ki, bəzi “siyasi partiyalar”ın nümayəndələri, xüsusilə AXCP üzvləri artıq indidən seçki prosesinə qara yaxmaq, onu gözdən salmaq üçün sosial şəbəkələrdə fərqli kampaniyalar start verirlər. Artıq uzun illərdir bu və ya fərqli bəhanələrlə açıq siyasi rəqabətdən yayınan, xarici ermənipərəst maraqları təmsil edən, bütünlüklə davranışlarında qərəzi və aqressiyanı əsas götürən redikül müxalifət özünün “ənənəvi” cildindən çıxmaq istəmir. Artıq sosial şəbəkələrdə bununla bağlı qərəzli fikirlər səsləndirən AXCP özünün acizliyini və gücsüzlüyünü ortaya qoyur. Öz qərəzli ritorikalarında daim seçkilər tələb edən rediküllərin sentyabrda baş tutacaq bu siyasi proseslə bağlı qərəzli fikirləri populizm və manipulyasiyadır. Bununla onlar yenə də bu yarışdan qaçmaq üçün bəhanə axtardıqlarını ortaya qoyurlar - axı, AXCP xalqa hansı “konsepsiyalarını” təqdim edəcək? Artıq rediküllərin yalanlar arxasında gizləndiklərini onların özləri belə etiraf edirlər. 

Bu siyasi marafondan yayınmaq cəhdi onlara “siyasi qüvvə” kimi başucalığı vəd etmir - tam əksinə, onların yalnız pafoslu “fikirlər” irəli sürən, boş sözlərin arxasında gizlənən, cəmiyyətdə hər hansı bir etimada malik olmayan azlıq olduğunu növbəti dəfə təsdiqləyir. Gücsüzlüyünü bəhanələrin arxasında gizlətməyə çalışanlar boş sözlər ilə yalnız fikir yayındırdıqlarını bir daha isbat edirlər. Xalqa illərlə xaricdən ixrac olunan yalan nağıllar danışaraq özünü “təbliğ edən” Əli Kərimli, eləcə də onun yandaşları bu dəfə də gizlənməklə özünün “siyasi ömrünü” uzadacağını düşünürlərmi? Boş və arqumentsiz fikirlərinin “qaranlığına” məhkum olmuş rediküllərin siyasi yolu bitib...

MƏNSUR

Paylaş:
Baxılıb: 166 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Dünya

Xəbər lenti

Ədəbiyyat

Siyasət

Makronun yalanı...

20 İyul 10:50

Xarici siyasət

İqtisadiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 31