AXCP-nin özünütəcrid yolu...
17.07.2024 [10:31]
Azərbaycandakı redikül müxalifət düşərgəsi özünü ölkədə gedən bütün siyasi proseslərdən, o cümlədən də seçkilərdən kənarda saxlamaqla təcrid vəziyyətə düşüb. Hazırda bu düşərgənin “fəaliyyəti “ ölkə gündəminin müxtəlif məsələləri ilə bağlı absurd səslənmələr etməkdən uzağa getmir. Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimlinin sosial şəbəkə hesabında verdiyi məlumata əsasən, onun rəhbərlik etdiyi partiyanın ali məclisində ölkəmizdə sentyabrda keçiriləcək seçkilərdə iştirak etməmək barədə qərar qəbul edilib.
Seçkilər hər hansı bir ölkədə siyasi mühitin bir barometri kimi dəyərləndirilir. Yəni məhz seçki prosesində ayrı-ayrı partiyalar rəqabətə girir və özlərini təsdiqləyirlər. Bütün ölkələrdə sivil müxalifət məhz seçkilər yolu ilə hakimiyyətə gəlməyə çalışır. Əslində, müasir dünyada müxalifətin hakimiyyət olimpinə yüksəlməsinin başqa yolu da yoxdur.
Ancaq belə görünür ki, respublikamızdakı redikül düşərgə üçün sivil siyasi mübarizə metodları keçərli deyil ki, bunun da səbəbləri var. Rediküllərin, indiki halda AXCP-nin özünütəcrid xətti tutmasının əsas səbəbi sosial baza qıtlığı ilə bağlıdır. Əli Kərimli onilliklər ərzində partiya liderinə xas olmayan çirkin əməlləri ilə, xüsusilə də Azərbaycanofob dairələrin məkrli sifarişlərini yerinə yetirməsi, davamlı olaraq maliyyə maxinasiyalarına yol verməsi, hətta zamanında onun əlindən tutub böyük siyasətə gətirən Elçibəyə xəyanət etməsinin nəticəsində Azərbaycan cəmiyyətində nüfuzunu tamam itirib.
Bu gün AXCP sosial baza qıtlığından bərk əziyyət çəkirsə və bütün seçkilərdən kənarda qalıbsa, bunun əsas baiskarı Əli Kərimlidir. İnsanların ona olan antiimpatiyası sonda AXCP-yə və partiyanın digər üzvlərinə qarşı yönəlir. Bu məqamda qeyd edək ki, zaman-zaman AXCP-də yarpaq tökümlərinə şahidlik edirik. Hətta ən yaxın çiyindaşları belə Əli Kərimli ilə yollarını ayırmağı üstün tuturlar.
Bu gün AXCP-də, necə deyərlər, Əli Kərimlinin təkhakimiyyətliliyi hökm sürür. Elə partiyanın ali məclisində sentyabrda keçiriləcək seçkilərə qatılmamaq qərarı da məhz onun təkidli israrlarından sonra verilib. Bundan əvvəl yayılan məlumatlarda AXCP-nin bir çox üzvünün seçkilərə qatılmaq istədikləri bildirlirdi. Ancaq belə görünür ki, Əli Kərimli belələrinin qarşısına kötük itələyib və ali məclisdə istədiyi qərarın qəbul edilməsinə nail olub.
Əlbəttə, AXCP-nin özünü seçkilərdən kənarda saxlaması mahiyyət etibarı ilə heç nəyi dəyişmir. Ölkəmizdə həmişə olduğu kimi, növbədənkənar parlament seçkilərinin də uğurla baş tutacağına heç bir şübhə oxdur. Sual isə başqadır: Seçkilərə qatılmayan kəsimin özünü partiya adlandırması hansı məntiqə sığır?
MÜBARİZ
Xəbər lenti
Hamısına baxSosial
06 İyun 09:16
Ədəbiyyat
06 İyun 08:59
Ədəbiyyat
06 İyun 08:32
Dünya
06 İyun 07:45
İdman
06 İyun 07:26
Dünya
05 İyun 23:49
Dünya
05 İyun 23:25
Dünya
05 İyun 23:10
Dünya
05 İyun 22:41
Dünya
05 İyun 22:37
İqtisadiyyat
05 İyun 22:16
Dünya
05 İyun 21:55
MEDİA
05 İyun 21:49
Dünya
05 İyun 21:27
Dünya
05 İyun 21:05
Xəbər lenti
05 İyun 21:00
Dünya
05 İyun 20:42
Sosial
05 İyun 20:36
Dünya
05 İyun 20:19
Dünya
05 İyun 19:51
Siyasət
05 İyun 19:26
İqtisadiyyat
05 İyun 19:23
Dünya
05 İyun 19:10
Dünya
05 İyun 18:15
Xəbər lenti
05 İyun 18:14
Sosial
05 İyun 17:59
Müsahibə
05 İyun 17:21
Siyasət
05 İyun 16:36
Sosial
05 İyun 16:30
İdman
05 İyun 16:28
Sosial
05 İyun 15:56
Siyasət
05 İyun 15:38
Siyasət
05 İyun 15:29
Gündəm
05 İyun 15:26
Gündəm
05 İyun 15:25
Dünya
05 İyun 15:19
Sosial
05 İyun 14:52
Dünya
05 İyun 14:45
Siyasət
05 İyun 14:44
Xəbər lenti
05 İyun 14:27
YAP xəbərləri
05 İyun 14:02
Siyasət
05 İyun 13:55
YAP xəbərləri
05 İyun 13:49
Siyasət
05 İyun 13:21
Sosial
05 İyun 12:36
Siyasət
05 İyun 12:23
Gündəm
05 İyun 12:11
Elanlar
05 İyun 12:02
Gündəm
05 İyun 11:57
Xəbər lenti
05 İyun 11:44
Gündəm
05 İyun 11:37
İqtisadiyyat
05 İyun 11:34
Gündəm
05 İyun 11:25
Elm
05 İyun 11:23
Siyasət
05 İyun 11:11
Sosial
05 İyun 11:10
Gündəm
05 İyun 10:51
İqtisadiyyat
05 İyun 10:32
Gündəm
05 İyun 10:29
Analitik
05 İyun 10:16
Analitik
05 İyun 09:58
Analitik
05 İyun 09:34
Sosial
05 İyun 09:16
Sosial
05 İyun 08:53
Ədəbiyyat
05 İyun 08:30
İdman
04 İyun 23:42
Dünya
04 İyun 23:42
Hadisə
04 İyun 23:17
Dünya
04 İyun 22:59
Siyasət
04 İyun 22:53

