/ / Bakı-Quba yolunun ödənişli hissəsində xüsusi çip yerləşdirilmiş kartlardan istifadəyə başlanılır
Bakı-Quba yolunun ödənişli hissəsində xüsusi çip yerləşdirilmiş kartlardan istifadəyə başlanılır
17.07.2024 [16:53]
Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi ödənişli avtomobil yolunda sürətli keçid zolağı sürücülərə ödəniş məntəqələrində sürəti endirmədən və dayanmadan keçməyə imkan verir. Bunun üçün sürücüdə öncədən əldə edilən TEQ (xüsusi çipli kart) və yetərli ödəniş balansının olması kifayətdir. Dayanmadan keçidi təmin edən zolaqlarda ən son texnoloji standartlara uyğun xüsusi nömrə oxuma kameraları, təhlükəsizlik kameraları, avtomobilləri klassifikasiya etməyə imkan verən avadanlıqlar və digər innovativ texnoloji avadanlıqlar quraşdırılıb
Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə ekskluziv açıqlamasında Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin Analtik İnformasiya Mərkəzinin İnformasiya Texnologiyaları üzrə şöbə rəisi Rizvan Mansurov bildirib.
Onun sözlərinə görə, dayanmadan keçid zolaqları ödənişli yolun yalnız başlanğıc və son nöqtəsində, yəni Yaşma və Xaçmaz (SDK) məntəqələrində mövcuddur.
“Yolun Giləzi, Siyəzən, Gəndov və Xaçmaz yaşayış məntəqələrinə birləşən yolların girişində inşa edilmiş məntəqələrdə isə yalnız hibrid keçid zolaqları qurulub ki, bu keçid formasından istifadə üçün qeyd edilən satış nöqtələrindən TEQ əldə etmək lazımdır. Yaxın gələcəkdə “MilliÖn” ödəniş terminallarından ödəniş forması da əlçatan olacaq. Qeyd edilən ödəniş üçün keçid məntəqələri “MilliÖn” terminalları ilə təchiz edilib. Eyni zamanda, bəhs olunan ödəniş forması həm yerli, həm də əcnəbi vətəndaşların istifadəsi üçün əlçatandır”, - deyə şöbə rəisi vurğulayıb.
Rizvan Mansurov bildirib ki, ödənişli yoldan istifadə tarifləri yeni müəyyən olunduğu üçün həmin tariflərin ödəniş sistemində inteqrasiyası həyata keçirilir: “Hazırda yoldan istifadə üçün keçid məntəqələrinə yaxınlaşaraq nağdsız şəkildə (yalnız bank kartları ilə) ödəniş edərək yoldan istifadə etmək mümkündür. İnteqrasiya yekunlaşdıqdan sonra ödəniş sisteminin proqram təminatı test ediləcək. Sınaqlar başa çatdıqdan sonra yol ümumi istifadəyə veriləcək. Qeyd olunan işlərin qısa müddət ərzində yekunlaşdırılması nəzərdə tutulur. Gediş üçün ödənişin məbləği nəqliyyat vasitəsinin qət etdiyi məsafə, çəkisi, eyni zamanda avtomobil yolunun dərəcəsi nəzərə alınmaqla müəyyənləşdirilib. Bütün məntəqələrdə qabaqcıl texnoloji qurğular və təhlükəsizliyi təmin etmək üçün xüsusi nəzarət kameraları quraşdırılıb. Həmçinin, çəkiyə nəzarət və yolun dayanıqlığını təmin etmək məqsədilə elektron tərəzi sistemi də mövcuddur”.
Rizvan Mansurovun sözlərinə görə, müasir avadanlıqlarla təchiz olunmuş ödənişli yol sistemi, istifadəçilərin rahatlıq, güvənlilik və vaxta qənaət baxımından üstünlüyü ilə seçilən bir yol sistemidir.
“TEQ balansının artırılması üçün ödənişlər nağdsız formada yola aid “www.tollroad.az” saytı və ya TEQ satış nöqtələrində (Bakı, Sumqayıt 2 saylı, Quba “ASAN xidmət” mərkəzləri, Bakı-Quba Rusiya magistralında 45-ci km, SDK keçid məntəqəsi) həyata keçirilə bilər. Eyni zamanda, yeniliklər barədə ödənişli yolun rəsmi saytı olan “www.tollroad.az”a daxil olaraq daha ətraflı məlumat almaq olar”, - deyə Rizvan Mansurov söyləyib.
Ödənişli yolda artıq vətəndaşlara xidmət üçün evakuator xidməti də fəaliyyət göstərir.
Xəbər lenti
Hamısına baxSosial
06 İyun 09:16
Ədəbiyyat
06 İyun 08:59
Ədəbiyyat
06 İyun 08:32
Dünya
06 İyun 07:45
İdman
06 İyun 07:26
Dünya
05 İyun 23:49
Dünya
05 İyun 23:25
Dünya
05 İyun 23:10
Dünya
05 İyun 22:41
Dünya
05 İyun 22:37
İqtisadiyyat
05 İyun 22:16
Dünya
05 İyun 21:55
MEDİA
05 İyun 21:49
Dünya
05 İyun 21:27
Dünya
05 İyun 21:05
Xəbər lenti
05 İyun 21:00
Dünya
05 İyun 20:42
Sosial
05 İyun 20:36
Dünya
05 İyun 20:19
Dünya
05 İyun 19:51
Siyasət
05 İyun 19:26
İqtisadiyyat
05 İyun 19:23
Dünya
05 İyun 19:10
Dünya
05 İyun 18:15
Xəbər lenti
05 İyun 18:14
Sosial
05 İyun 17:59
Müsahibə
05 İyun 17:21
Siyasət
05 İyun 16:36
Sosial
05 İyun 16:30
İdman
05 İyun 16:28
Sosial
05 İyun 15:56
Siyasət
05 İyun 15:38
Siyasət
05 İyun 15:29
Gündəm
05 İyun 15:26
Gündəm
05 İyun 15:25
Dünya
05 İyun 15:19
Sosial
05 İyun 14:52
Dünya
05 İyun 14:45
Siyasət
05 İyun 14:44
Xəbər lenti
05 İyun 14:27
YAP xəbərləri
05 İyun 14:02
Siyasət
05 İyun 13:55
YAP xəbərləri
05 İyun 13:49
Siyasət
05 İyun 13:21
Sosial
05 İyun 12:36
Siyasət
05 İyun 12:23
Gündəm
05 İyun 12:11
Elanlar
05 İyun 12:02
Gündəm
05 İyun 11:57
Xəbər lenti
05 İyun 11:44
Gündəm
05 İyun 11:37
İqtisadiyyat
05 İyun 11:34
Gündəm
05 İyun 11:25
Elm
05 İyun 11:23
Siyasət
05 İyun 11:11
Sosial
05 İyun 11:10
Gündəm
05 İyun 10:51
İqtisadiyyat
05 İyun 10:32
Gündəm
05 İyun 10:29
Analitik
05 İyun 10:16
Analitik
05 İyun 09:58
Analitik
05 İyun 09:34
Sosial
05 İyun 09:16
Sosial
05 İyun 08:53
Ədəbiyyat
05 İyun 08:30
İdman
04 İyun 23:42
Dünya
04 İyun 23:42
Hadisə
04 İyun 23:17
Dünya
04 İyun 22:59
Siyasət
04 İyun 22:53

