Zoonoz xəstəliklərə qarşı necə mübarizə aparaq?
17.08.2024 [12:28]
Araşdırma aparsaq bir çox evdə ev heyvanlarının saxlandığının şahidi olarıq. Lakin bəzi insanlar heyvanlardan insanlara keçəcək xəstəliklərdən xəbərsiz olaraq bu xəstəliklərə məruz qalırlar. Bu da bir çox hallarda dəri, allergik və infeksion xəstəliklərə gətirib çıxarır. Həkimlər bildirirlər ki, belə xəstəliklərə daha çox uşaqlar yoluxur.
İnfeksionist Təyyar Eyvazov "Yeni Azərbaycan" - a açıqlamasında bildirir ki, heyvanlardan insanlara keçən infeksion xəstəliklər müxtəlif yollarla yayılır: "Bunlara brusellyoz, qara yara, tülyaremiya, malyariya, salmonellyoz, leyşmanioz, toksoplazmoz, taun, leptospiroz, yersinyoz, quduzluq, meymun çiçəyi və s. aiddir. Ölkəmzdə bunlardan bir neçəsinə az da olsa rast gəlinir. Zoonozlar onurğalı heyvanlardan insanlara təbii yolla keçən hər hansı xəstəlik və ya infeksiyalardır. Zoonozların 200-dən çox növü məlumdur, yeni və mövcud insan xəstəliklərinin əhəmiyyətli hissəsini təşkil edir. Zoonotik patogenlər bakteriyalar, viruslar və ya parazitlər, eləcə də insanlara birbaşa təmas, qida, su və ya ətraf mühit vasitəsilə ötürülə bilən patogenlər ola bilər. Zoonoz xəstəliklər bütün dünyada əsas sağlamlıq problemidir. Bəzi xəstəliklər, məsələn, COVID-19 infeksiyası zoonoz kimi başlayıb, lakin sonradan ştammlar mutasiyaya uğrayaraq yalnız insanlara təsir göstərir və qlobal pandemiyalara səbəb olur. Zoonotik patogenlər insanlara ev, təsərrüfat və ya vəhşi heyvanlarla hər hansı təmas zamanı keçə bilər".
T. Eyvazov onu da bildirir ki, kənd təsərrüfatında antibiotiklərin geniş istifadə olunduğu ərazilərdə patogenlər tərəfindən yoluxma riski arta bilər: "Vəhşi təbiətin yaxınlığında və ya çox sayda vəhşi heyvanın olduğu yarı şəhər ərazilərdə yaşayan insanlar siçovullar, tülkülər və ya yenotlar kimi heyvanlardan yoluxma riski mümkündür. Urbanizasiya və təbii yaşayış yerlərinin dağıdılması insanların vəhşi heyvanlarla təmaslarının artması səbəbindən zoonoz xəstəliklərin riskini artırır".
Bəs bu xəstəliklərə qarşı necə mübarizə aparmalıyıq?
Heyvanlardan keçən müxtəlif infeksion xəstəliklərlə onların mənbələri, ötürülmə müxanizmləri nəzərə alınmaqla mübarizə aparılır.Ölkəmizdə bu tədbirlər həm baytarlıq nəzarəti orqanları, həm də GEM-lər, Qida təhlükəsizliyi Agentliyi və s. tərəfindən həyata keçirilir. Quduzluq kimi bəzi zoonoz xəstəliklərin peyvənd və digər üsullarla qarşısı alınır.
Havar Şəfiyeva
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
05 İyun 14:02
Siyasət
05 İyun 13:55
YAP xəbərləri
05 İyun 13:49
Siyasət
05 İyun 13:21
Sosial
05 İyun 12:36
Siyasət
05 İyun 12:23
Gündəm
05 İyun 12:11
Elanlar
05 İyun 12:02
Gündəm
05 İyun 11:57
Xəbər lenti
05 İyun 11:44
Gündəm
05 İyun 11:37
İqtisadiyyat
05 İyun 11:34
Gündəm
05 İyun 11:25
Elm
05 İyun 11:23
Siyasət
05 İyun 11:11
Sosial
05 İyun 11:10
Gündəm
05 İyun 10:51
İqtisadiyyat
05 İyun 10:32
Gündəm
05 İyun 10:29
Analitik
05 İyun 10:16
Analitik
05 İyun 09:58
Analitik
05 İyun 09:34
Sosial
05 İyun 09:16
Sosial
05 İyun 08:53
Ədəbiyyat
05 İyun 08:30
İdman
04 İyun 23:42
Dünya
04 İyun 23:42
Hadisə
04 İyun 23:17
Dünya
04 İyun 22:59
Siyasət
04 İyun 22:53
Dünya
04 İyun 22:26
Dünya
04 İyun 21:43
Dünya
04 İyun 21:19
Dünya
04 İyun 20:45
İqtisadiyyat
04 İyun 20:27
Dünya
04 İyun 20:11
Maraqlı
04 İyun 19:53
Dünya
04 İyun 19:30
Dünya
04 İyun 19:18
YAP xəbərləri
04 İyun 19:07
Dünya
04 İyun 18:35
Dünya
04 İyun 18:15
Dünya
04 İyun 17:41
Dünya
04 İyun 17:12
Dünya
04 İyun 16:58
YAP xəbərləri
04 İyun 16:25
Dünya
04 İyun 16:23
YAP xəbərləri
04 İyun 16:21
Dünya
04 İyun 15:54
Dünya
04 İyun 15:31
Dünya
04 İyun 15:10
Dünya
04 İyun 14:49
İqtisadiyyat
04 İyun 14:42
İqtisadiyyat
04 İyun 14:40
Sosial
04 İyun 14:34
Siyasət
04 İyun 14:33
Xəbər lenti
04 İyun 14:25
Dünya
04 İyun 14:22
Siyasət
04 İyun 14:20
Sosial
04 İyun 14:07
Dünya
04 İyun 13:54
Dünya
04 İyun 13:20
Dünya
04 İyun 13:08
Dünya
04 İyun 12:46
Dünya
04 İyun 12:30
Gündəm
04 İyun 12:19
Siyasət
04 İyun 12:04
İqtisadiyyat
04 İyun 11:50
Sosial
04 İyun 11:26
Gündəm
04 İyun 11:25

