Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / DSK sədri: “Namizədlərin mübarizəsində yüksək seçki mədəniyyəti müşahidə edilir”

DSK sədri: “Namizədlərin mübarizəsində yüksək seçki mədəniyyəti müşahidə edilir”

21.08.2024 [14:01]

“67 saylı Sabirabad Seçki Dairəsi sentyabrın 1-də keçiriləcək Milli Məclisə seçkilərə tam hazırdır. Dairə üzrə qeydiyyatda olan 53 min 901 seçici 49 seçki məntəqəsində səsvermə hüququndan istifadə edəcək. Səsvermə hüququndan ilk dəfə istifadə edəcək seçicilərin sayı 331-dir. Yaşı 80-100 arasında olan 973 seçici var”.

Bunu “Seçki 2024” Müstəqil Media Mərkəzinə açıqlamasında 67 saylı Dairə Seçki Komissiyasının (DSK) sədri Məstalı Nuriyev deyib.

DSK sədri bildirib ki, dairə üzrə 9 namizəd qeydə alınıb: “Namizədlərin seçkiqabağı təşviqatı üçün bərabər şərait yaradılıb. Hər bir namizəd öz təşviqat materiallarını məntəqələrin ərazisində quraşdırılmış lövhələrdə yerləşdirə, o cümlədən, qapalı və açıq yerlərdə seçicilərlə görüşə bilir. Namizədlərin mübarizəsi yüksək seçki mədəniyyəti ilə müşahidə edilir. ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun (DTİHB) müşahidəçiləri dairə üzrə seçkiyə hazırlıq prosesini izləyib”.
 

Paylaş:
Baxılıb: 537 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

İqtisadiyyat

Gündəm

İqtisadiyyat

Analitik

Analitik

Ədəbiyyat

YAP xəbərləri

Sosial

Gündəm

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30