Bakıda XI Avrasiya uşaq həkimlərinin konqresi keçirilib
09.10.2024 [20:11]
Azərbaycan Tibb Universitetində “Uşaq və cəmiyyət: sağlamlıq, inkişaf və qidalanma problemləri” mövzusunda XI Avrasiya uşaq həkimlərinin konqresi keçirilib.
AZƏRTAC xəbər verir ki, Azərbaycan Tibb Universitetinin elmi işlər üzrə prorektoru professor Rauf Bəylərov çıxışında ölkəmizdə dövlət siyasətinin əsas istiqamətlərindən birinin uşaqların sağlamlığı və qorunması olduğunu söyləyib. O bildirib ki, uşaqların sağlamlığında baş verən dəyişikliklərin erkən aşkarlanması, onların gələcəkdə ağırlaşmasına qarşı profilaktik tədbirlərin həyata keçirilməsi pediatrların, uşaq nevroloqlarının və digər mütəxəssislərin qarşısında duran mühüm vəzifələrdəndir.
Milli Məclisin deputatı Müşfiq Məmmədli konqresdə çıxış edərək əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulmuş və Prezident İlham Əliyevin uğurla davam etdirdiyi dövlət uşaq siyasətinin Azərbaycanda milli strategiyaya çevrildiyini deyib. O bildirib ki, ölkəmizdə uşaq hüquqlarının müdafiəsi sahəsində real, güclü qanunvericilik bazası formalaşdırılıb. Müşfiq Məmmədli çıxışında tanınmış pediatr, mərhum akademik Adilə Namazovanın pediatriya sahəsindəki böyük xidmətlərindən söz açıb.
Səhiyyə Nazirliyinin nümayəndəsi Aynurə Zeynalova uşaqların sağlamlıq problemləri kimi, pediatriyanın istiqamətlərinin də müxtəlif olduğunu diqqətə çatdırıb. Bildirib ki, bütün pediatrik ixtisaslar bir pediatriya çətirinin altında qərarlaşır.
Qırğızıstandakı Avrasiya Uşaq Həkimləri Federasiyasının prezidenti Kamçibek Uzakbayev, Rusiya Elmlər Akademiyasının müxbir üzvü, Rusiya Avrasiya Uşaq Həkimləri Federasiyasının fəxri sədri Boris Kaqanov, Rusiya Elmlər Akademiyasının akademiki, Rusiya Avrasiya Uşaq Həkimləri Federasiyasının birinci vitse-prezidenti Aleksandr Qorelov, Çin Avrasiya Uşaq Həkimləri Federasiyasının vitse-prezidenti Sun Hujie, Şanxay Əməkdaşlıq Təşkilatı Xəstəxanalarının Əməkdaşlıq Alyansının direktoru Jiao Fuyun, Belarusun “Mat i ditya” Respublika Elmi-Praktik Mərkəzinin dosenti Larissa Qorbaç konqresin işini yüksək qiymətləndirərək gələcəkdə əməkdaşlığın daha da inkişaf edəcəyinə əminliklərini bildiriblər.
Azərbaycan Pediatrlar Assosiasiyasının sədri, MDB Ölkələrinin Pediatrları Federasiyasının vitse-prezidenti, Azərbaycan Tibb Universitetinin II Uşaq xəstəlikləri kafedrasının dosenti Təranə Tağı-zadə çıxışında assosiasiyanın ölkəmizdə uşaqların sağlamlığının qorunmasında, möhkəmləndirilməsində və milli pediatriyanın inkişafındakı xidmətlərindən söhbət açıb. O, pediatriya sahəsində xidmətlərə yeni yanaşmanın tətbiq edilməsinin zəruriliyinə toxunaraq, uşaqlara yardım göstərən, onların sağlamlığının keşiyində duran həkimlərin bilik və bacarıqlarının daim təkmilləşdirilməli olduğunu söyləyib.
Konqres öz işini elmi sessiyalarla davam etdirib. Konqres çərçivəsində ana və uşaq sağlamlığı, ümumilikdə pediatriyanın inkişafına yönəlmiş mövzular üzrə plenar iclaslar keçirilib, elmi-tədqiqat işlərinin mühüm nəticələri müzakirə edilib. Qırğızıstan, Qazaxıstan, Özbəkistan, Dağıstan, Tacikistan, Belarus və digər ölkələrin ixtisaslaşmış elmi-tədqiqat müəssisələrinin elmi işçiləri, pediatrları, ali təhsil müəssisələrinin müəllimləri və səhiyyə sahəsi üzrə mütəxəssisləri fikir mübadiləsi aparıblar.
Xəbər lenti
Hamısına baxMaraqlı
29 May 22:25
Maraqlı
29 May 21:19
Dünya
29 May 20:41
Dünya
29 May 19:22
Dünya
29 May 18:17
İdman
29 May 17:29
Dünya
29 May 16:45
Dünya
29 May 15:33
Dünya
29 May 14:19
İdman
29 May 13:24
Sosial
29 May 12:38
Dünya
29 May 12:31
Dünya
29 May 11:40
Dünya
29 May 10:17
Dünya
29 May 09:50
Dünya
29 May 09:25
Dünya
29 May 08:51
İdman
29 May 08:38
Siyasət
28 May 23:45
Siyasət
28 May 22:08
Siyasət
28 May 21:36
Siyasət
28 May 20:31
Dünya
28 May 19:40
Dünya
28 May 18:32
Dünya
28 May 17:27
Gündəm
28 May 16:49
Siyasət
28 May 16:29
Dünya
28 May 16:19
Siyasət
28 May 16:09
Siyasət
28 May 16:08
Sosial
28 May 15:25
Siyasət
28 May 15:22
Siyasət
28 May 14:59
Gündəm
28 May 14:59
Gündəm
28 May 14:33
Gündəm
28 May 14:21
Gündəm
28 May 13:42
Dünya
28 May 13:40
Siyasət
28 May 13:13
Gündəm
28 May 12:59
Siyasət
28 May 12:34
Dünya
28 May 12:19
Siyasət
28 May 11:45
Dünya
28 May 11:25
Siyasət
28 May 10:45
Siyasət
28 May 10:33
Dünya
28 May 10:33
Siyasət
28 May 09:34
Siyasət
28 May 09:27
Dünya
28 May 08:49
Dünya
27 May 23:19
Gündəm
27 May 22:35
Dünya
27 May 21:40
Dünya
27 May 20:17
Siyasət
27 May 19:36
Dünya
27 May 19:25
Dünya
27 May 18:20
Dünya
27 May 17:31
Dünya
27 May 16:22
İdman
27 May 15:38
Siyasət
27 May 15:38
Siyasət
27 May 15:37
Hadisə
27 May 15:10
Dünya
27 May 14:59
Dünya
27 May 14:25
Mədəniyyət
27 May 13:41
Dünya
27 May 13:17
Dünya
27 May 12:59
Gündəm
27 May 12:23
Gündəm
27 May 11:35

