"Heydər Əliyev irsinin öyrənilməsi” mövzusunda dərslərə start verilib
31.10.2024 [16:50]
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil müəssisələrinin XI sinif şagirdlərinin iştirakı ilə keçirilən “Heydər Əliyev irsinin öyrənilməsi” mövzusunda dərslər cari tədris ilində davam edir.
"Yeni Azərbaycan" xəbər verir ki, BŞTİ-nin təşkilatçılığı, Yeni Azərbaycan Partiyası (YAP) Binəqədi Rayon Təşkilatı və Binəqədi Rayonu İcra Hakimiyyətinin dəstəyi ilə keçirilən ilk dərsdə millət vəkilləri Sadiq Qurbanov və Kəmaləddin Qafarov, YAP Binəqədi Rayon Təşkilatının sədri Vüsar İsmayılov, BŞTİ-nin müdir müavini Hüseyn Əsgərov, Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Sevinc Süleymanova, 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi Qafar Ağayev, BŞTİ-nin Məktəbdənkənar fəaliyyətlərin təşkili sektorunun müdiri Günay Qurbanova, məktəb direktorları və şagirdlər iştirak ediblər.
Öncə qonaqlar Heydər Əliyevin büstünü ziyarət ediblər. Tədbir Dövlət Himninin səsləndirilməsi, Ulu Öndərin və Vətən şəhidlərinin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
YAP Binəqədi Rayon Təşkilatının sədri V.İsmayılov qonaqları salamlayıb, ümummilli lider Heydər Əliyevin zəngin siyasi irsinin, şərəfli həyat və fəaliyyətinin gənc nəsil tərəfindən öyrənilməsinin əhəmiyyətindən bəhs edib. BŞTİ-nin müdir müavini H.Əsgərov “Heydər Əliyev irsinin öyrənilməsi” mövzusunda dərslərin şagirdlərin milli-mənəvi dəyərlərə malik, sağlam əqidəli, vətənpərvər, müasir dünyagörüşlü şəxsiyyət kimi formalaşmasına, yetkin vətəndaş kimi müstəqil həyata hazırlanması işinə xidmət etdiyini diqqətə çatdırıb.
Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri, millət vəkili S.Qurbanov “Yaşıl dünya naminə həmrəylik ili"nə həsr olunmuş "Azərbaycanın yaşıl inkişaf yolu: Heydər Əliyevin ekoloji baxışı" mövzusunda məruzə ilə çıxış edib. 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi Q.Ağayev dahi şəxsiyyətin nüfuzu, onun nəsillərə nümunə olan həyat və fəaliyyəti, ekologiyaya göstərdiyi diqqət və qayğı, həmçinin Azərbaycanın müstəqilliyi yolunda atdığı uğurlu addımlar barədə danışıb.
Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini S.Süleymanova Heydər Əliyevin ölkəyə rəhbərlik etdiyi bütün dövrlərdə respublikanın sosial, iqtisadi, elmi-mədəni həyatında dönüş yarandığını, bütün sahələrdə inkişafa doğru köklü dəyişikliklər baş verdiyini deyib.
Daha sonra ulu öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş videoçarx nümayiş olunub.
Sonda dahi lider Heydər Əliyevin həyat və fəaliyyəti ilə bağlı şagirdləri maraqlandıran suallar cavablandırılıb.
Qeyd edək ki, dərslər 2024-2025-ci tədris ilinin sonuna kimi paytaxt üzrə davam edəcək.
Xəbər lenti
Hamısına baxƏdəbiyyat
06 İyun 08:59
Ədəbiyyat
06 İyun 08:32
Dünya
06 İyun 07:45
İdman
06 İyun 07:26
Dünya
05 İyun 23:49
Dünya
05 İyun 23:25
Dünya
05 İyun 23:10
Dünya
05 İyun 22:41
Dünya
05 İyun 22:37
İqtisadiyyat
05 İyun 22:16
Dünya
05 İyun 21:55
MEDİA
05 İyun 21:49
Dünya
05 İyun 21:27
Dünya
05 İyun 21:05
Xəbər lenti
05 İyun 21:00
Dünya
05 İyun 20:42
Sosial
05 İyun 20:36
Dünya
05 İyun 20:19
Dünya
05 İyun 19:51
Siyasət
05 İyun 19:26
İqtisadiyyat
05 İyun 19:23
Dünya
05 İyun 19:10
Dünya
05 İyun 18:15
Xəbər lenti
05 İyun 18:14
Sosial
05 İyun 17:59
Müsahibə
05 İyun 17:21
Siyasət
05 İyun 16:36
Sosial
05 İyun 16:30
İdman
05 İyun 16:28
Sosial
05 İyun 15:56
Siyasət
05 İyun 15:38
Siyasət
05 İyun 15:29
Gündəm
05 İyun 15:26
Gündəm
05 İyun 15:25
Dünya
05 İyun 15:19
Sosial
05 İyun 14:52
Dünya
05 İyun 14:45
Siyasət
05 İyun 14:44
Xəbər lenti
05 İyun 14:27
YAP xəbərləri
05 İyun 14:02
Siyasət
05 İyun 13:55
YAP xəbərləri
05 İyun 13:49
Siyasət
05 İyun 13:21
Sosial
05 İyun 12:36
Siyasət
05 İyun 12:23
Gündəm
05 İyun 12:11
Elanlar
05 İyun 12:02
Gündəm
05 İyun 11:57
Xəbər lenti
05 İyun 11:44
Gündəm
05 İyun 11:37
İqtisadiyyat
05 İyun 11:34
Gündəm
05 İyun 11:25
Elm
05 İyun 11:23
Siyasət
05 İyun 11:11
Sosial
05 İyun 11:10
Gündəm
05 İyun 10:51
İqtisadiyyat
05 İyun 10:32
Gündəm
05 İyun 10:29
Analitik
05 İyun 10:16
Analitik
05 İyun 09:58
Analitik
05 İyun 09:34
Sosial
05 İyun 09:16
Sosial
05 İyun 08:53
Ədəbiyyat
05 İyun 08:30
İdman
04 İyun 23:42
Dünya
04 İyun 23:42
Hadisə
04 İyun 23:17
Dünya
04 İyun 22:59
Siyasət
04 İyun 22:53
Dünya
04 İyun 22:26

