Londonda Azərbaycan-Türkiyə qardaşlıq axşamı təşkil edilib
02.11.2024 [14:13]
Azərbaycanın Britaniyadakı səfirliyində 8 Noyabr - Zəfər bayramı ərəfəsində Azərbaycan-Türkiyə qardaşlıq axşamı təşkil olunub.
AZƏRTAC xəbər verir ki, tədbirdə Türkiyənin Britaniyadakı səfiri Osman Koray Ertaş, Türkiyə səfirliyinin əməkdaşları, Azərbaycan və Türkiyə icmasının nümayəndələri, Şimali Kipr Türk Cümhuriyyətinin Britaniyadakı nümayəndəsi Çimen Keskin, həmçinin fəxri qonaq qismində Britaniya parlamentinin İcmalar Palatasının deputatı Nesil Çalışkan iştirak edib.
Azərbaycanın Britaniyadakı səfiri Elin Süleymanov çıxış edərək qarşıdan gələn 8 Noyabr - Zəfər bayramı münasibətilə həmvətənlərimizi təbrik edib. Zəfər bayramının çağdaş tariximizin ən önəmli səhifələrindən olduğunu qeyd edən səfir bu Zəfərin müəllifinin Müzəffər Ali Baş Komandan İlham Əliyev və Azərbaycan xalqı olduğunu vurğulayıb. Şəhidlərimizə rəhmət və qazilərimizə cansağlığı diləyən diplomat Azərbaycan xalqının bu Zəfər bayramının bütün Türk dünyasının sevinci olduğunu deyib.

29 Oktyabr - Cümhuriyyət Günü münasibətilə Türkiyə icmasının nümayəndələrini təbrik edən səfir Azərbaycan və Türkiyə xalqlarının bir ailə olduğunu vurğulayıb. O, bu qardaşlığın Oğuz xandan Səlcuq xana, Sultan Alparslandan Mustafa Kamal Atatürkə, Ulu Öndər Heydər Əliyevdən Prezident İlham Əliyevə və Prezident Rəcəb Tayyib Ərdoğana kimi əsrlər boyu davam etdiyini bildirib. Azərbaycan Prezidenti İlham Əliyevin həyata keçirdiyi siyasətin məhz bu birliyin daha da möhkəmlənməsinə yönəldiyini söyləyib. Ümummilli Lider Heydər Əliyevin söylədiyi “Bir millət, iki dövlət”, eləcə də Atatürkün söylədiyi “Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir” kəlamlarının iki ölkənin qardaşlığının rəmzi olduğunu bildirib.
Daha sonra çıxış edən Türkiyənin Britaniyadakı səfiri Osman Koray Ertaş belə bir qardaşlıq axşamı təşkil etdiyinə görə Azərbaycanın Britaniyadakı səfirliyinə təşəkkürünü bildirib. Türkiyə səfiri 8 Noyabr - Zəfər bayramı münasibətilə Azərbaycan icmasını təbrik edib. Qardaşlıq hisslərinin Azərbaycan və Türkiyə xalqının ürəyindən gəldiyini və bu duyğuların təbii olaraq davamlı şəkildə nəsildən-nəslə keçdiyini deyən səfir bu qardaşlığın əbədi və sarsılmaz olmasını arzulayıb.

Tədbir Azərbaycanın Əməkdar artisti, bəstəkar, pianoçu Turan Manafzadənin konsert proqramı ilə davam edib. “Xocalı”, “Çanakkale”, “Nazəndə sevgilim”, “Mən səni araram”, “Çırpınırdı Qaradəniz” kimi musiqi parçalarını səsləndirən sənətçi “Qarabağ” futbol komandası üçün bəstələdiyi “Qarabağ marşı” və Türkiyə Cümhuriyyətinin 100-cü ildönümünə həsr etdiyi “Türkiyə 100” marşı ilə konsert proqramını yekunlaşdırıb.
Qeyd edək ki, Turan Manafzadə bir neçə gün öncə 29 Oktyabr - Cümhuriyyət Günü münasibətilə Londonda Türkiyə səfirliyi tərəfindən təşkil edilmiş rəsmi ziyafətdə də xüsusi konsert proqramı ilə çıxış edib.
Xəbər lenti
Hamısına baxMaraqlı
29 May 22:25
Maraqlı
29 May 21:19
Dünya
29 May 20:41
Dünya
29 May 19:22
Dünya
29 May 18:17
İdman
29 May 17:29
Dünya
29 May 16:45
Dünya
29 May 15:33
Dünya
29 May 14:19
İdman
29 May 13:24
Sosial
29 May 12:38
Dünya
29 May 12:31
Dünya
29 May 11:40
Dünya
29 May 10:17
Dünya
29 May 09:50
Dünya
29 May 09:25
Dünya
29 May 08:51
İdman
29 May 08:38
Siyasət
28 May 23:45
Siyasət
28 May 22:08
Siyasət
28 May 21:36
Siyasət
28 May 20:31
Dünya
28 May 19:40
Dünya
28 May 18:32
Dünya
28 May 17:27
Gündəm
28 May 16:49
Siyasət
28 May 16:29
Dünya
28 May 16:19
Siyasət
28 May 16:09
Siyasət
28 May 16:08
Sosial
28 May 15:25
Siyasət
28 May 15:22
Siyasət
28 May 14:59
Gündəm
28 May 14:59
Gündəm
28 May 14:33
Gündəm
28 May 14:21
Gündəm
28 May 13:42
Dünya
28 May 13:40
Siyasət
28 May 13:13
Gündəm
28 May 12:59
Siyasət
28 May 12:34
Dünya
28 May 12:19
Siyasət
28 May 11:45
Dünya
28 May 11:25
Siyasət
28 May 10:45
Siyasət
28 May 10:33
Dünya
28 May 10:33
Siyasət
28 May 09:34
Siyasət
28 May 09:27
Dünya
28 May 08:49
Dünya
27 May 23:19
Gündəm
27 May 22:35
Dünya
27 May 21:40
Dünya
27 May 20:17
Siyasət
27 May 19:36
Dünya
27 May 19:25
Dünya
27 May 18:20
Dünya
27 May 17:31
Dünya
27 May 16:22
İdman
27 May 15:38
Siyasət
27 May 15:38
Siyasət
27 May 15:37
Hadisə
27 May 15:10
Dünya
27 May 14:59
Dünya
27 May 14:25
Mədəniyyət
27 May 13:41
Dünya
27 May 13:17
Dünya
27 May 12:59
Gündəm
27 May 12:23
Gündəm
27 May 11:35

