Baş Prokurorluqda Ümummilli Lider Heydər Əliyevin anım gününə həsr olunan tədbir keçirilib
11.12.2024 [20:12]
Dekabrın 11-də Baş Prokurorluqda müstəqil və müasir Azərbaycanın qurucusu Ulu Öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş anım tədbiri keçirilib.
AZƏRTAC xəbər verir ki, əvvəlcə Baş Prokurorluğun rəhbərliyi Ümummilli Liderin büstünü ziyarət edib, önünə gül dəstələri qoyub.
Tədbirin açılışında Ulu Öndər Heydər Əliyevin və şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib və Dövlət Himni səsləndirilib.
Çıxış edən Baş prokuror Kamran Əliyev bildirib ki, Azərbaycanın qurucusu, dövlətçilik salnaməsinin banisi, Ulu Öndər Heydər Əliyev Azərbaycan xalqının, dövlətinin tarixində və taleyində silinməz izlər buraxıb, ölkəmizin müstəqilliyini təmin edərək, xalqımıza böyük gələcək perspektivləri açıb: “Ulu Öndər Heydər Əliyev fəaliyyəti dövründə daim dərin hisslərlə bağlı olduğu vətəni Azərbaycanın, özünə dayaq bildiyi xalqının gələcəyi və rifahı naminə çalışıb. Onun siyasi fəaliyyətinin ən mühüm məqamlarından biri, Sovet İttifaqı dövründə yüksək vəzifələrdə olmasına baxmayaraq, Azərbaycan xalqının milli maraqlarını, tarixini və adət-ənənələrini qorumaq məqsədilə göstərdiyi mübarizə olub. 1969-cu ildə Azərbaycan Kommunist Partiyasının Mərkəzi Komitəsinin birinci katibi vəzifəsində fəaliyyəti zamanı Heydər Əliyev ölkəmizin inkişaf tarixində yeni bir dövr başladıb və məhz onun rəhbərliyi ilə Azərbaycanın sosial-iqtisadi inkişafında müsbət dəyişikliklər olub, bütün bölgələrdə, o cümlədən Naxçıvanda böyük infrastruktur layihələri həyata keçirilib.
Ulu Öndər Heydər Əliyevin qətiyyəti və ağır əməyi sayəsində sovetlər birliyi dönəmində sosial-iqtisadi böhran keçirən Azərbaycan 1970-1980-ci illərdə İttifaqın ən qabaqcıl respublikalarından biri olub. Ümumilikdə 1969-1982-ci illərdə Ümummilli Liderin təşəbbüsü və ciddi səyləri nəticəsində ölkəmizdə yüzlərlə zavod, fabrik, istehsalat sahələri yaradılıb, 250-dən çox İttifaq miqyaslı sənaye müəssisələri fəaliyyətə başlayıb”.
Baş prokuror həmçinin vurğulayıb ki, həmin illərdə Ulu Öndərin fəaliyyəti nəticəsində xalqın milli mənlik şüurunun, mədəniyyətinin və dilinin inkişafına güclü təkan verən silsilə tədbirlərin icrası sayəsində milli oyanışın, eləcə də Azərbaycanın gələcək müstəqilliyinin təmininə yönələn milli mübarizə ruhunun əsası qoyulub: “Ümummilli Lider Heydər Əliyev dahi siyasətçi olmaqla yanaşı, uzaqgörən və müdrik dövlət rəhbəri idi. Vaxtilə onun tərəfindən atılan addımlar bəzi bədxahlar tərəfindən qəbul edilməsə də, bu tədbirlərin əsl mahiyyətinin təhrif edilməsinə cəhdlər edilsə də, zaman bütün həqiqətləri ortaya çıxarıb. Atılan hər bir addımın, o dönəmdə verilən hər bir qərarın məhz Azərbaycan xalqının mənafeyinə xidmət etməsini sübut edib.
Belə ki, torpaqlarının 20 faizi işğal altında olan Azərbaycanla Ermənistan arasında atəşkəsə nail olmaq məqsədi ilə 1994-cü ilin mayında imzalanan Bişkek protokolu həmin dövrdə birmənalı qarşılanmasa da, tarix sübut etdi ki, müəyyən məsələlərin həllində müsbət nəticənin əldə edilməsi üçün uzaqgörənlik və qətiyyətlə addım atılmalı və məsuliyyətə sahiblənmək lazımdır.
Ulu Öndərin simasında biz bu qətiyyətin və uzaqgörənliyin şahidi olduq. Artıq Azərbaycan dünya əhəmiyyətli tədbirlərə ev sahibliyi edən, regional və dünya siyasətində aparıcı mövqeyə malik, torpaqlarını öz qüvvəsi hesabına işğaldan azad etmiş qüdrətli bir dövlətdir”.
Tədbirdə Baş Prokurorluğun Hüquqi təminat və insan hüquqları məsələləri idarəsinin rəisi Aynur Osmanova “Heydər Əliyev: qanunvericiliyin inkişafında tarixi missiya” mövzusunda çıxış edib, Ümummilli Liderin xatirəsinə həsr olunan “Müstəqil Azərbaycanın böyük uğurlarında Heydər Əliyevin rolu” sənədli filmi nümayiş olunub.
Xəbər lenti
Hamısına baxDünya
20 Aprel 23:51
Dünya
20 Aprel 23:45
Dünya
20 Aprel 23:20
Xəbər lenti
20 Aprel 22:41
İqtisadiyyat
20 Aprel 22:30
Dünya
20 Aprel 22:17
Dünya
20 Aprel 21:59
İqtisadiyyat
20 Aprel 21:24
Dünya
20 Aprel 21:10
Elm
20 Aprel 20:46
Dünya
20 Aprel 20:35
Sosial
20 Aprel 20:18
Dünya
20 Aprel 19:50
İqtisadiyyat
20 Aprel 19:30
Sosial
20 Aprel 19:22
Sosial
20 Aprel 18:00
İqtisadiyyat
20 Aprel 17:59
Gündəm
20 Aprel 17:58
Dünya
20 Aprel 16:28
Siyasət
20 Aprel 15:46
Dünya
20 Aprel 15:34
Elanlar
20 Aprel 15:23
İqtisadiyyat
20 Aprel 15:22
İdman
20 Aprel 14:35
Elm
20 Aprel 14:31
Siyasət
20 Aprel 13:53
Dünya
20 Aprel 13:20
Sosial
20 Aprel 13:10
Xəbər lenti
20 Aprel 12:40
Dünya
20 Aprel 12:39
Sosial
20 Aprel 12:36
Siyasət
20 Aprel 12:32
Hadisə
20 Aprel 12:11
Sosial
20 Aprel 11:58
İqtisadiyyat
20 Aprel 11:21
İqtisadiyyat
20 Aprel 11:21
Xəbər lenti
20 Aprel 11:02
Gündəm
20 Aprel 10:56
Dünya
20 Aprel 10:45
İqtisadiyyat
20 Aprel 10:26
Dünya
20 Aprel 10:19
Dünya
20 Aprel 09:51
Dünya
20 Aprel 09:17
Gündəm
20 Aprel 09:08
Dünya
20 Aprel 08:49
Dünya
20 Aprel 08:23
Dünya
20 Aprel 08:20
Dünya
20 Aprel 07:57
Elm
19 Aprel 23:18
Dünya
19 Aprel 22:35
Dünya
19 Aprel 21:20
Hadisə
19 Aprel 20:33
Hadisə
19 Aprel 19:15
Siyasət
19 Aprel 19:11
Sosial
19 Aprel 19:09
Sosial
19 Aprel 18:27
Dünya
19 Aprel 17:24
Gündəm
19 Aprel 16:53
Maraqlı
19 Aprel 16:39
Analitik
19 Aprel 14:32
Dünya
19 Aprel 14:25
Dünya
19 Aprel 13:41
Dünya
19 Aprel 12:38
Siyasət
19 Aprel 11:24
Dünya
19 Aprel 11:06
Dünya
19 Aprel 10:50
Dünya
19 Aprel 10:17
Siyasət
19 Aprel 09:45
Dünya
19 Aprel 09:22
Dünya
19 Aprel 08:51

