Gürcüstanda 20 Yanvar və 9 Aprel şəhidlərinin xatirəsi ehtiramla anılıb
20.01.2025 [17:24]
Bu gün Gürcüstanın Saqareco rayonunun Qaraçöp kəndində (Yor-Muğanlı) 20 Yanvar və 9 Aprel şəhidlərinin xatirəsi ehtiramla yad olunub.
AZƏRTAC xəbər verir ki, Azərbaycanın Gürcüstandakı səfirliyinin məsul əməkdaşları Samir Əbdürəhmanov, Ramiz Hacızadə, Saqareco rayonunun meri Aftandil Qulikaşvili, ictimaiyyət nümayəndələri, 20 Yanvar şəhidi Ələsgər Qayıbovun yaxınları, məktəblilər Qaraçöp kəndindəki “Şəhidlik” memorialı önünə gül dəstələri düzüb, şəhidlərin xatirəsini ehtiramla anaraq onların ruhuna dualar oxuyublar.
Çıxış edənlər Azərbaycan və gürcü xalqlarının müstəqillik uğurundakı mübarizəsindən, sovet imperiya qüvvələrinin xalqlarımızın mübarizə əzmini qırmaq üçün törətdiyi dəhşətli cinayətlərdən, vəhşiliklərdən söz açıblar. Bildirilib ki, imperiya qüvvələri 1989-cu il aprelin 9-da Gürcüstanda və 1990-cı il yanvarın 20-də Azərbaycanda qırğınlar törətsə də, heç nəyə nail ola bilməyiblər. Xalqlarımız şəhidlərin qanı bahasına suverenliyini bərpa edib, müstəqil dövlət qurublar.
Vurğulanıb ki, 20 Yanvar faciəsi zamanı 6 nəfər Gürcüstan azərbaycanlısı şəhid olub. Onlardan biri də Qaraçöp kənd sakini Ələsgər Yusif oğlu Qayıbovdur.
Azərbaycanda daha çox Qaraçöp adı ilə tanınan bu yurd yeri mərdlik və qəhrəmanlığın rəmzidir. Özünəməxsus adət-ənənələri, igid oğulları ilə tanınan bu diyarın qəhrəmanları istər Gürcüstanın, istərsə də Azərbaycanın müstəqilliyi uğrunda canlarını sipər etməyə hər zaman hazır olublar. Onların göstərdiyi şücaət el-obaya daim başucalığı gətirib. Bu gün də həmin igidlər qürur və iftixar hissi ilə anılır, xatirələri ehtiramla yad edilir.
Saqareco rayonunun meri Aftandil Qulikaşvili də bildirib ki, qəhrəman övladlarımızın qanı-canı bahasına qazanılan müstəqillik heç zaman süquta uğramayacaq. Bu gün 20 Yanvar şəhidləri anılarkən, 1989-cu il aprelin 9-da Tbilisidə həlak olanların da əziz xatirəsi unudulmur. Azərbaycan və gürcü xalqları öz qəhrəmanlarını heç zaman unutmayacaqlar, onların əziz xatirəsi daim qəlbimizdə yaşayacaq.
Sonra səfirliyin əməkdaşları şəhidin doğulduğu evdə olub, ailə üzvləri və yaxınları ilə görüşüblər.
Bildirilib ki, 1966-cı il martın 15-də Qaraçöpdə dünyaya göz açan Ələsgər Qayıbov şəhidlik zirvəsinə ucalarkən Azərbaycan İnşaat Mühəndisləri İnstitutunun ikinci kurs tələbəsi olub. 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə o, xeyli sayda yaralıya köməklik göstərib. O, vətənini sevən, fədakar bir gənc olub və Azərbaycan uğrunda canını fəda edib. Ələsgər Qayıbov, Azərbaycan uğrunda tələbə dostları ilə birlikdə mübarizə aparıb. Həmin gecə Ələsgər Qayıbov yaralıların köməyinə tələsərək dəfələrlə Gənclik metrosu yaxınlığından 5 nömrəli xəstəxanaya gedib-qayıdıb. Axırıncı dəfə isə özü yaralı vəziyyətdə xəstəxanaya çatdırılıb, lakin aldığı güllə yarası onun həyatını xilas etməyə imkan verməyib.
Qeyd olunub ki, ailənin xahişi və Azərbaycan səfirliyinin yaxından iştirakı ilə Bakının N.Nərimanov rayonundakı Ələsgər Qayıbov küçəsində şəhidin xatirə lövhəsi asılıb.
Şəhidin yaxınları və ziyalılar göstərilən diqqət və qayğıya görə minnətdarlıq ediblər.
Səfirlik adından şəhidin ailəsinə ərzaq yardımı göstərilib.
Məlumat üçün qeyd edək ki, “Şəhidlik” memorialı Gürcüstanın müstəqilliyi uğrunda 1989-cu il aprelin 9-da Tbilisidə və Azərbaycanın müstəqilliyi uğrunda 1990-cı il yanvarın 20-də canlarından keçmiş şəhidlərin xatirəsinə ucaldılıb. Abidənin müəllifi əslən Saqarecodan olan Azərbaycanın Əməkdar rəssamı mərhum Zahid Hüseynovdur (Şəmirli). Xatirə kompleksi 1991-ci il yanvarın 20-də açılıb.
Daha sonra Yormuğanlının Keşəli kəndindəki “Parlaq Gələcək” kitab evi və tədbir mərkəzində 20 Yanvar faciəsinin 35-ci ildönümünə həsr olunmuş tədbir keçirilib.
Tədbirdə vətənpərvərlik mövzusunda çıxışlar dinlənilib və şəhidlərin xatirəsi ehtiramla yad edilib.
Xəbər lenti
Hamısına baxDünya
29 May 19:22
Dünya
29 May 18:17
İdman
29 May 17:29
Dünya
29 May 16:45
Dünya
29 May 15:33
Dünya
29 May 14:19
İdman
29 May 13:24
Dünya
29 May 12:31
Dünya
29 May 11:40
Dünya
29 May 10:17
Dünya
29 May 09:50
Dünya
29 May 09:25
Dünya
29 May 08:51
İdman
29 May 08:38
Siyasət
28 May 23:45
Siyasət
28 May 22:08
Siyasət
28 May 21:36
Siyasət
28 May 20:31
Dünya
28 May 19:40
Dünya
28 May 18:32
Dünya
28 May 17:27
Gündəm
28 May 16:49
Siyasət
28 May 16:29
Dünya
28 May 16:19
Siyasət
28 May 16:09
Siyasət
28 May 16:08
Sosial
28 May 15:25
Siyasət
28 May 15:22
Siyasət
28 May 14:59
Gündəm
28 May 14:59
Gündəm
28 May 14:33
Gündəm
28 May 14:21
Gündəm
28 May 13:42
Dünya
28 May 13:40
Siyasət
28 May 13:13
Gündəm
28 May 12:59
Siyasət
28 May 12:34
Dünya
28 May 12:19
Siyasət
28 May 11:45
Dünya
28 May 11:25
Siyasət
28 May 10:45
Siyasət
28 May 10:33
Dünya
28 May 10:33
Siyasət
28 May 09:34
Siyasət
28 May 09:27
Dünya
28 May 08:49
Dünya
27 May 23:19
Gündəm
27 May 22:35
Dünya
27 May 21:40
Dünya
27 May 20:17
Siyasət
27 May 19:36
Dünya
27 May 19:25
Dünya
27 May 18:20
Dünya
27 May 17:31
Dünya
27 May 16:22
İdman
27 May 15:38
Siyasət
27 May 15:38
Siyasət
27 May 15:37
Hadisə
27 May 15:10
Dünya
27 May 14:59
Dünya
27 May 14:25
Mədəniyyət
27 May 13:41
Dünya
27 May 13:17
Dünya
27 May 12:59
Gündəm
27 May 12:23
Gündəm
27 May 11:35
Siyasət
27 May 11:19
Gündəm
27 May 10:52
Siyasət
27 May 10:36
Analitik
27 May 10:14

