Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Dövlət Əmək Müfəttişliyi Xidməti növbəti beynəlxalq müsabiqədə mükafata layiq görülüb

Dövlət Əmək Müfəttişliyi Xidməti növbəti beynəlxalq müsabiqədə mükafata layiq görülüb

17.02.2025 [23:17]

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti Böyük Britaniyanın “Acquisition-International” beynəlxalq jurnalının “Business Excellence Awards 2025” müsabiqəsində uğur qazanıb.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, Xidmətin fəaliyyət sahələrində aparılan islahatların uğurları barədə təqdim olunan iş və “DOST Müfəttiş” layihəsinin işəgötürənlərə qiymətləndirmə dəstəyi münsiflər tərəfindən yüksək qiymət alıb.

Beləliklə, Dövlət Əmək Müfəttişliyi Xidməti həmin beynəlxalq müsabiqədə “Əmək Münasibətlərində Bizneslərin İnkişafına Dəstək Olan İlin Ən Yaxşı Dövlət Orqanı” nominasiyası üzrə ali mükafata layiq görülüb.

Müsabiqədə Azərbaycanla yanaşı, ABŞ, Avstraliya, Vyetnam, Bolqarıstan, Hindistan, Almaniya, Birləşmiş Ərəb Əmirlikləri, İsrail, İsveç, Rusiya, Böyük Britaniya və bir sıra digər ölkələrdən 100-dən çox layihə iştirak edib.

Paylaş:
Baxılıb: 95 dəfə

Xəbər lenti

Hamısına bax

Sosial

Mədəniyyət

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31