Naxçıvanda “Tariximizin qan yaddaşı: Xocalı soyqırımı” mövzusunda elmi konfrans keçirilib
25.02.2025 [22:19]
AMEA-nın Naxçıvan Bölməsində Xocalı faciəsinin 33-cü ildönümü münasibətilə “Tariximizin qan yaddaşı: Xocalı soyqırımı” mövzusunda elmi konfrans keçirilib.
Bölmənin mətbuat xidmətindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, konfransda öncə soyqırımı qurbanlarının və Vətənimizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
AMEA-nın Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev tarixin müxtəlif mərhələlərində ermənilərin xalqımıza qarşı ən qəddar üsullardan istifadə etməklə törətdikləri misli görünməmiş kütləvi qırğınlar və soyqırımları barədə danışıb. Xocalı faciəsini insanlığa qarşı ən ağır cinayət kimi səciyyələndirib.
Xocalı həqiqətlərinin, xalqın haqq səsinin dünyaya çatdırılması istiqamətində görülən işləri vurğulayan bölmə sədri bildirib ki, Xocalı soyqırımına ilk hüquqi-siyasi qiymət məhz Ümummilli Lider Heydər Əliyev tərəfindən verilib. Heydər Əliyev siyasi xəttinin layiqli davamçısı Prezident İlham Əliyevin apardığı ardıcıl siyasətin nəticəsidir ki, bu gün Xocalı soyqırımı dünyanın bəzi ölkələri tərəfindən rəsmən tanınır. Xocalı həqiqətlərinin, erməni vəhşiliyinin dünyaya çatdırılmasında Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə başlanmış “Xocalıya ədalət!” beynəlxalq təbliğat-təşviqat kampaniyasının da mühüm rolu var. Kampaniya nəticəsində 18 dövlətin qanunvericilik orqanı, ABŞ-ın 24 ştatı, eləcə də İslam Əməkdaşlıq Təşkilatı və Türk Dövlətləri Təşkilatı tərəfindən bu qəddar qətliam pislənilib, soyqırımı kimi qiymətləndirilib, bununla bağlı müvafiq qərar və qətnamələr qəbul edilib.
“Bu gün Xocalı azaddır. Azərbaycanın igid oğulları Xocalı şəhidlərinin qisasını alıb. Xocalı suveren Azərbaycanın yenidən qurulan bölgələrindəndir”, - deyən akademik hələ də davam edən erməni uydurmalarına qarşı mübarizə aparmağın, xüsusilə elm adamları üçün vacibliyini dilə gətirib.
Sonra bölmənin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun şöbə müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent Toğrul Xəlilov “Xocalı soyqırımı - insanlığa qarşı cinayət”, İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun elmi işçisi Natavan İbrahimova “Xocalı faciəsi ədəbiyyatımızda” mövzusunda məruzə ediblər.
Məruzələrdə Xocalı soyqırımı ərəfəsində ölkədə mövcud olan ictimai-siyasi vəziyyət, Xocalının mühüm strateji mövqeyi, blokada vəziyyətinə salınması, soyqırımının başvermə səbəbləri, tarixin müxtəlif dövrlərində ermənilərin xalqımıza qarşı törətdikləri kütləvi qırğınlar və başqa məsələlər ətraflı şərh olunub. Qeyd edilib ki, 44 günlük Vətən müharibəsində müzəffər Ordumuz ermənilərin törətdikləri cinayətlərin qisasını hərb meydanında alıb. Azərbaycan xalqının qanına susamış hərbi cinayətkarlar bu gün dövlətimiz tərəfindən ədalət məhkəməsi qarşısına çıxarılıb, qanun qarşısında cavab verirlər.
Konfransda Xocalı mövzusunun bədii ədəbiyyatımızda əksi, N.Həsənzadə, Z.Yaqub, Ş.Sadiq, E.Elatlı, A.Yadigar, E.Yurdoğlu, Z.Vedili, Q.Qərib və başqa qələm sahiblərinin əsərlərində faciə dəhşətlərinin, xalqın ağrı-acısının bədii təsviri məsələsi təhlil olunub.
AMEA-nın müxbir üzvü, professor Vəli Baxşəliyev Xocalı həqiqətlərinin təbliğini hər bir tədqiqatçının, hər bir insanın vətəndaşlıq borcu adlandırıb.
Xəbər lenti
Hamısına baxMaraqlı
29 May 22:25
Maraqlı
29 May 21:19
Dünya
29 May 20:41
Dünya
29 May 19:22
Dünya
29 May 18:17
İdman
29 May 17:29
Dünya
29 May 16:45
Dünya
29 May 15:33
Dünya
29 May 14:19
İdman
29 May 13:24
Dünya
29 May 12:31
Dünya
29 May 11:40
Dünya
29 May 10:17
Dünya
29 May 09:50
Dünya
29 May 09:25
Dünya
29 May 08:51
İdman
29 May 08:38
Siyasət
28 May 23:45
Siyasət
28 May 22:08
Siyasət
28 May 21:36
Siyasət
28 May 20:31
Dünya
28 May 19:40
Dünya
28 May 18:32
Dünya
28 May 17:27
Gündəm
28 May 16:49
Siyasət
28 May 16:29
Dünya
28 May 16:19
Siyasət
28 May 16:09
Siyasət
28 May 16:08
Sosial
28 May 15:25
Siyasət
28 May 15:22
Siyasət
28 May 14:59
Gündəm
28 May 14:59
Gündəm
28 May 14:33
Gündəm
28 May 14:21
Gündəm
28 May 13:42
Dünya
28 May 13:40
Siyasət
28 May 13:13
Gündəm
28 May 12:59
Siyasət
28 May 12:34
Dünya
28 May 12:19
Siyasət
28 May 11:45
Dünya
28 May 11:25
Siyasət
28 May 10:45
Siyasət
28 May 10:33
Dünya
28 May 10:33
Siyasət
28 May 09:34
Siyasət
28 May 09:27
Dünya
28 May 08:49
Dünya
27 May 23:19
Gündəm
27 May 22:35
Dünya
27 May 21:40
Dünya
27 May 20:17
Siyasət
27 May 19:36
Dünya
27 May 19:25
Dünya
27 May 18:20
Dünya
27 May 17:31
Dünya
27 May 16:22
İdman
27 May 15:38
Siyasət
27 May 15:38
Siyasət
27 May 15:37
Hadisə
27 May 15:10
Dünya
27 May 14:59
Dünya
27 May 14:25
Mədəniyyət
27 May 13:41
Dünya
27 May 13:17
Dünya
27 May 12:59
Gündəm
27 May 12:23
Gündəm
27 May 11:35
Siyasət
27 May 11:19

