Azərbaycanda qida istehlakı məlumatları bazasının yaradılması ilə bağlı layihəyə start verilib
27.02.2025 [20:52]
Bu gün ölkəmizdə start verilən “Daha yaxşı qidalanma və daha təhlükəsiz qida üçün qida istehlakı məlumatları bazası” pilot layihəsinin açılışı və bu çərçivədə ilk seminar keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA), Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu (AQTİ), Kənd Təsərrüfatı Nazirliyi, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) və digər qurumların nümayəndələri, eləcə də özəl sektorun təmsilçiləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Layihənin əsas məqsədi əhalinin bütün qruplarını əhatə edəcək qida istehlakı məlumatları bazasının yaradılması, qida təhlükəsizliyi ilə bağlı problemlərin aradan qaldırılmasına yönəlmiş bir sıra tədbirlərin hazırlanması, yığılmış məlumatlardan qida siyasətinin təkmilləşdirilməsi və aqrar siyasətin inkişafı üçün istifadə olunması, yerli mütəxəssislərin qida təhlükəsizliyi sahəsində ən yaxşı təcrübə və qlobal standartları öyrənməsinin təmin edilməsi və ölkəmizdə qida təhlükəsizliyi ilə sağlamlıq sahəsində əhəmiyyətli irəliləyişlərə nail olunmasından ibarətdir.
Seminarda çıxış edən AQTA sədri Qoşqar Təhməzli bildirib ki, qida istehlakı məlumatları bazası fərdlər, əhalinin müəyyən qrupları və ümumi əhali tərəfindən istehlak edilən qidanın miqdarı, növləri və istehlakla bağlı qanunauyğunluqlar haqqında toplanmış və təhlil olunmuş məlumatlar toplusudur: “Bu baza insanların qidalanma zamanı üstünlük verdiyi məqamlar, rasionun tərkibi, porsiyaların həcmi, qidalanma tezliyi və vərdişləri kimi qida qəbulunun müxtəlif aspektləri ilə bağlı məlumatları özündə ehtiva etməklə, qidalanma üzrə seçimləri anlayaraq vəziyyəti qiymətləndirmək və bu seçimlərin sağlamlıq və rifaha təsirini təhlil etmək üçün istifadə olunur. Belə məlumat bazaları pəhriz meyillərini müəyyən etməyə, nutriyentlərin çatışmazlığı və ya artıqlığını qiymətləndirməyə, qidalanma vərdişlərindəki dəyişiklikləri izləməyə, eyni zamanda, problemlərin həlli istiqamətində verilən qərarların və qidalanma proqramlarının effektivliyini qiymətləndirməyə kömək göstərərək, piylənmə və qida çatışmazlığı kimi sağlamlıqla bağlı problemlərin həlli üçün əvəzolunmaz bir alət rolunu oynayır. Tənzimləmə və idarəetmədə təmin etdiyi imkanlarla yanaşı, belə məlumat bazalarının istehlakçıların qidalanma meyilləri və nutriyent qəbulu barədə fərdi məlumatlılığı baxımından da müəyyən imkanları mövcuddur”.
AQTA sədri vurğulayıb ki, gələcəkdə qida istehlakı ilə bağlı məlumatların mobil tətbiqlər və ağıllı mətbəx avadanlıqları vasitəsilə daha qüsursuz və dəqiq formada toplanıla bilməsi proyeksiya edilir: “Bu texnologiyalar qida qəbulu, nutriyentlərin kompozisiyası və fərdiləşdirilmiş qidalanma tövsiyələri haqqında real vaxt rejimində məlumatları təqdim edə bilər ki, bu da öz növbəsində həmin məlumatların digər sağlamlıq məlumatları ilə inteqrasiyası nəticəsində qidalanma ehtiyaclarının və yanaşmalarının fərdi qaydada qiymətləndirilməsinə geniş imkanlar yarada bilər”.
Tədbirdə çıxış edən FAO-nun Azərbaycandakı nümayəndəsi Nasar Hayat bildirib ki, 2025-ci ildə Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı aclıqla mübarizə, qida təhlükəsizliyinin təmin edilməsi və davamlı kənd təsərrüfatının təşviqi ilə bağlı qlobal səylərin 80 illiyini qeyd edir: “FAO 80 yalnız bir ildönümü deyil - bu, irəliləyişimizi qiymətləndirmək, missiyamızı bir daha təsdiqləmək və hər kəsin təhlükəsiz və qidalandırıcı ərzağa çıxışı olan bir gələcək yaratmaq üçün yeni məqsədlər qoymaq fürsətidir. Azərbaycanda FAO-nun dövlət qurumları ilə tərəfdaşlığı səmərəli əməkdaşlıq nümunəsinə çevrilib. Birlikdə kənd təsərrüfatı məhsuldarlığını gücləndirən, kənd yerlərində yaşayış səviyyəsini yüksəldən və davamlı təbii resursların idarə edilməsini təşviq edən layihələr həyata keçirdik. Bunlara suyun daha səmərəli istifadəsi üçün suvarma sistemlərinin modernləşdirilməsi, kənd təsərrüfatı kooperativlərinin inkişafının dəstəklənməsi və kiçik fermerlərin bacarıqlarını artırmaq üçün təlim proqramlarının təmin edilməsi daxildir. Layihələrimiz qida istehsalını artırmaqla yanaşı, iqtisadi artım və ətraf mühitin qorunmasına da töhfə verir”.
Sonra seminarda “Daha yaxşı qidalanma və daha təhlükəsiz qida üçün qida məhsullarının istehlakı məlumatları üzrə potensialın artırılması: “Layihənin icmalı”, “Qida təhlükəsizliyi, qidalanma və sağlam pəhriz üzrə Azərbaycana baxış” və “Qida məhsullarının istehlakı məlumatı – faydalar və beynəlxalq təcrübə” mövzularında məruzələr dinlənilib, müzakirələr aparılıb.
Qeyd edilib ki, qida məhsullarının istehlakı məlumatları qidalanma meyillərini müəyyənləşdirməyə, qidanın çatışmazlığını və ya artıq qəbulunu, sağlamlıq risklərini qiymətləndirməyə və zamanla yemək vərdişlərindəki dəyişiklikləri izləməyə kömək göstərir. Bu məlumatlar qida çatışmazlığı və ya piylənmə riski altında olan əhali qruplarını müəyyənləşdirmək, sağlam qidalanmaya çıxışı yaxşılaşdırmaq üçün sübuta əsaslanan siyasətlər hazırlamaq, risk altında olan qruplar üçün hədəflənmiş qida təhlükəsizliyi və qidalanma müdaxilələri həyata keçirmək baxımından vacibdir. Bu məlumatlar qida təhlükəsizliyinin milli və submilli səviyyədə monitorinqi və qiymətləndirilməsində də mühüm rol oynayır.
Xəbər lenti
Hamısına baxDünya
29 May 19:22
Dünya
29 May 18:17
İdman
29 May 17:29
Dünya
29 May 16:45
Dünya
29 May 15:33
Dünya
29 May 14:19
İdman
29 May 13:24
Dünya
29 May 12:31
Dünya
29 May 11:40
Dünya
29 May 10:17
Dünya
29 May 09:50
Dünya
29 May 09:25
Dünya
29 May 08:51
İdman
29 May 08:38
Siyasət
28 May 23:45
Siyasət
28 May 22:08
Siyasət
28 May 21:36
Siyasət
28 May 20:31
Dünya
28 May 19:40
Dünya
28 May 18:32
Dünya
28 May 17:27
Gündəm
28 May 16:49
Siyasət
28 May 16:29
Dünya
28 May 16:19
Siyasət
28 May 16:09
Siyasət
28 May 16:08
Sosial
28 May 15:25
Siyasət
28 May 15:22
Siyasət
28 May 14:59
Gündəm
28 May 14:59
Gündəm
28 May 14:33
Gündəm
28 May 14:21
Gündəm
28 May 13:42
Dünya
28 May 13:40
Siyasət
28 May 13:13
Gündəm
28 May 12:59
Siyasət
28 May 12:34
Dünya
28 May 12:19
Siyasət
28 May 11:45
Dünya
28 May 11:25
Siyasət
28 May 10:45
Siyasət
28 May 10:33
Dünya
28 May 10:33
Siyasət
28 May 09:34
Siyasət
28 May 09:27
Dünya
28 May 08:49
Dünya
27 May 23:19
Gündəm
27 May 22:35
Dünya
27 May 21:40
Dünya
27 May 20:17
Siyasət
27 May 19:36
Dünya
27 May 19:25
Dünya
27 May 18:20
Dünya
27 May 17:31
Dünya
27 May 16:22
İdman
27 May 15:38
Siyasət
27 May 15:38
Siyasət
27 May 15:37
Hadisə
27 May 15:10
Dünya
27 May 14:59
Dünya
27 May 14:25
Mədəniyyət
27 May 13:41
Dünya
27 May 13:17
Dünya
27 May 12:59
Gündəm
27 May 12:23
Gündəm
27 May 11:35
Siyasət
27 May 11:19
Gündəm
27 May 10:52
Siyasət
27 May 10:36
Analitik
27 May 10:14

