Londonun tarixi “Mansion House” binasında Novruz qeyd olunub
10.03.2025 [17:09]
Bu il Novruz Britaniyaya erkən gəlib. Belə ki, martın 5-də Londonun maliyyə mərkəzi sayılan “City of London”un tarixi “Mansion House” binasında möhtəşəm Novruz bayramı tədbiri keçirilib.
Bu barədə Britaniya Azərbaycanlıları Cəmiyyətinin sədri, Fəridə Pənahova XQ-yə məlumat verib. Məlumata görə, bayram gecəsi Böyük Britaniyanın qabaqcıl fintek şirkətlərindən biri olan və azərbaycanlı sahibkar Orxan Nəsibov tərəfindən təsis edilən “Guavapay”in təşkilatçılığı ilə baş tutub. "City of London"-un 696-cı Lord Meri Alastair Kinqin dəstəyi və iştirakı ilə keçirilən bu təntənəli tədbir Novruzun zəngin mədəni irsini, sülh və birlik dəyərlərini əks etdirib.
Gecədə Azərbaycan Respublikasının Böyük Britaniyadakı səfiri Elin Süleymanov, Türkiyə, Özbəkistan və Qırğızıstanın Londondakı səfirləri, Britaniya parlamentinin üzvləri, eləcə də biznes və maliyyə sahəsində nüfuzlu şəxslər, diaspor nümayəndələri və ölkənin öndə olan universitetlərində təhsil alan azərbaycanlı tələbələr iştirak ediblər. Lord Alastair Kinq çıxışında Novruzun insanları bir araya gətirən dəyərlərini vurğulayaraq, bu bayramın multikultural dəyərlərin və dostluğun simvolu olduğunu qeyd edib. O, eyni zamanda “Guavapay”in Londondakı sürətlə inkişaf edən fintek sektoruna verdiyi töhfələri yüksək qiymətləndirərək belə beynəlxalq təşəbbüslərin şəhərin iqtisadi inkişafında mühüm rol oynadığını bildirib. Lord Alastair Kinq, həmçinin qeyd edib ki, bu tədbir “Mansion House”-da Azərbaycanla bağlı ilk tədbiridir.
“Guavapay” Qrupunun icraçı direktoru Elxan Nəsibov çıxışında Novruzun yenilənmə və inkişaf ruhunun biznes və texnologiya sahələrində də öz əksini tapdığını bildirib. O, “Guavapay”in 8 il əvvəl Orxan Nəsibov tərəfindən Londonda təsis edildiyini və bu illər ərzində beynəlxalq maliyyə texnologiyalarında mühüm körpü rolunu oynadığını vurğulayıb.
Çıxışlar zamanı qeyd olundu ki, tədbirin məqsədi Novruzu təkcə baharın müjdəçisi kimi deyil, həm də xalqları, mədəniyyətləri, qitələri birləşdirən bir körpü kimi dəyərləndirmək və yeni qarşılıqlı əməkdaşlıqların bünövrəsini qoyan dostluq platforması yaratmaqdır.
Qonaqlar üçün bayramın rəmzi olan ləziz Azərbaycan şirniyyatları təqdim edilib, Novruzun ruhu zəngin musiqi proqramının ahəngi ilə canlanıb, bayram ovqatına xüsusi bir rəng qatıb.
Tədbirdə Londonda fəaliyyət göstərən “Qarabağ” məktəbinin şagirdləri, Azərbaycanın əməkdar artisti, virtuoz skripkaçı Ceyla Seyidova və istedadlı kamança ustası Rasim Fərziyev möhtəşəm çıxışları ilə yadda qalıblar.
Bu tədbir Azərbaycan və Böyük Britaniya arasında mədəni və iqtisadi əlaqələrin daha da dərinləşməsinə mühüm töhfə verən əlamətdar bir hadisə kimi yadda qalıb.
Qeyd edək ki, tədbirin keçirildiyi “City of London” - Londonun maliyyə mərkəzidir və təxminən 2,9 kvadrat kilometr sahəni əhatə edir. Bura qlobal maliyyə arenasında böyük təsirə malik sıx bir ərazidir. Ölçüsünə baxmayaraq, bu tarixi bölgə İngiltərə Bankı və London Fond Birjası kimi əsas institutların mərkəzi olub, dünyanın ən nüfuzlu maliyyə mərkəzlərindən biri kimi son dərəcə əhəmiyyətlidir.
Xəbər lenti
Hamısına baxDünya
29 May 18:17
İdman
29 May 17:29
Dünya
29 May 16:45
Dünya
29 May 15:33
Dünya
29 May 14:19
İdman
29 May 13:24
Dünya
29 May 12:31
Dünya
29 May 11:40
Dünya
29 May 10:17
Dünya
29 May 09:50
Dünya
29 May 09:25
Dünya
29 May 08:51
İdman
29 May 08:38
Siyasət
28 May 23:45
Siyasət
28 May 22:08
Siyasət
28 May 21:36
Siyasət
28 May 20:31
Dünya
28 May 19:40
Dünya
28 May 18:32
Dünya
28 May 17:27
Gündəm
28 May 16:49
Siyasət
28 May 16:29
Dünya
28 May 16:19
Siyasət
28 May 16:09
Siyasət
28 May 16:08
Sosial
28 May 15:25
Siyasət
28 May 15:22
Siyasət
28 May 14:59
Gündəm
28 May 14:59
Gündəm
28 May 14:33
Gündəm
28 May 14:21
Gündəm
28 May 13:42
Dünya
28 May 13:40
Siyasət
28 May 13:13
Gündəm
28 May 12:59
Siyasət
28 May 12:34
Dünya
28 May 12:19
Siyasət
28 May 11:45
Dünya
28 May 11:25
Siyasət
28 May 10:45
Siyasət
28 May 10:33
Dünya
28 May 10:33
Siyasət
28 May 09:34
Siyasət
28 May 09:27
Dünya
28 May 08:49
Dünya
27 May 23:19
Gündəm
27 May 22:35
Dünya
27 May 21:40
Dünya
27 May 20:17
Siyasət
27 May 19:36
Dünya
27 May 19:25
Dünya
27 May 18:20
Dünya
27 May 17:31
Dünya
27 May 16:22
İdman
27 May 15:38
Siyasət
27 May 15:38
Siyasət
27 May 15:37
Hadisə
27 May 15:10
Dünya
27 May 14:59
Dünya
27 May 14:25
Mədəniyyət
27 May 13:41
Dünya
27 May 13:17
Dünya
27 May 12:59
Gündəm
27 May 12:23
Gündəm
27 May 11:35
Siyasət
27 May 11:19
Gündəm
27 May 10:52
Siyasət
27 May 10:36
Analitik
27 May 10:14
Sosial
27 May 09:57

