ELDAR İBRAHİMOV – 80
12.03.2025 [11:22]
Mart ayının 12-də Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini, Milli Məclisin İntizam Komissiyasının sədri, iqtisad elmləri doktoru, professor Eldar İbrahimovun 80 yaşı tamam olur. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Eldar İbrahimovun ölkəmizin ictimai-siyasi həyatında uzunmüddətli səmərəli fəaliyyətinə görə 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif ediməsi barədə Sərəncam imzalayıb. Bu münasibətlə Azərbaycan Ağsaqqallar Şurasının İdarə Heyətinin üzvləri yubilyara təbrik ünvanlayıblar. Təbrikdə deyilir:
Hörmətli Eldar müəllim!
Sizi – Azərbaycanın inkişafına həsr etdiyiniz şərəfli ömrünüzün kamillik zirvəsində olan müdrik ağsaqqalı, xalqına və dövlətinə xidmət duyğusunu hər şeydən üstün tutan görkəmli ictimai-siyasi xadimi, təvazökar və yüksək mənəviyyata malik ziyalını və etibarlı dostu 80 İllik Yubileyiniz və ölkəmizin ictimai-siyasi həyatında uzunmüddətli səmərəli fəaliyyətinizə görə 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə tətif olunmağınız münasibətilə səmimi-qəlbdən təbrik edir, Sizə uca Allahdan uzun ömür, möhkəm cansağlığı, xoşbəxtlik və əmin-amanlıq arzulayırıq!
Siz Azərbaycanın ən tarixi məqamlarında və siyasi hadisələrində fəal iştirak etməklə ölkəmizin müstəqilliyinin möhkəmlənməsi və inkişafı yolunda müstəsna xidmətlər göstərmiş vətənpərvər şəxsiyyətsiniz. Zəngin ictimai-siyasi və elmi fəaliyyətinizlə cəmiyyətimizə, eləcə də ölkəmizin tərəqqisinə, sabitliyinə və rifahına verdiyiniz əvəzsiz töhfələr böyük dəyərə malikdir. Naxçıvan MSSR Ali Sovetinin deputatı olduğunuz dövrdən müstəqil Azərbaycanın Milli Məclisindəki uzunmüddətli fəaliyyətinizə qədər hər zaman xalqımızın maraqlarını ön planda tutaraq, üzərinizə düşən vəzifələri yüksək səviyyədə yerinə yetirmisiniz. Milli Məclisin Aqrar siyasət komitəsinin sədri olaraq Azərbaycanda kənd təsərrüfatının inkişafında mühüm rol oynamısınız. Hazırda Milli Məclisin deputatı və İntizam Komissiyasının sədri kimi ölkəmizin qanunvericilik bazasının təkmilləşdirilməsi, cəmiyyətin etik və hüquqi tələblərə uyğun fəaliyyətinin təmin edilməsi istiqamətində gördüyünüz işlər xüsusi əhəmiyyət kəsb edir. Ümummilli Liderimiz Heydər Əliyevin yaxın silahdaşı və onun ideyalarına daim sadiq olan bir şəxs kimi Siz bu gün də Ulu Öndərin layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin uğurlu siyasətini qətiyyətlə dəstəkləyir, ölkəmizin ictimai-siyasi və sosial-iqtisadi həyatında əhəmiyyətli rol oynayaraq xalqımıza böyük xidmətlər göstərirsiniz. Möhtərəm Prezidentimiz tərəfindən aqrar sahədəki xidmətlərinizə, ölkəmizin ictimai-siyasi həyatında uzunmüddətli səmərəli fəaliyyətinizə görə ali dövlət təltiflərinə – “Şöhrət”, “Şərəf” və 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordenlərinə layiq görülməyiniz Azərbaycanın inkişafına və rifahına verdiyiniz töhfənin yüksək dəyərləndirilməsidir.
Səmərəli ictimai-siyasi, elmi fəaliyyətiniz və iqtisadiyyatın müxtəlif sahələrindəki xidmətlərinizlə yanaşı, həqiqətə, ədalətə bağlılığınız və örnək şəxsiyyətiniz Sizi cəmiyyətimizə müdrik ağsaqqal kimi tanıdıb və Siz hazırda Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini olaraq öz ağsaqqallıq missiyanızı uğurla həyata keçirirsiniz. Xalqımızın milli-mənəvi dəyərlərinin, tarixi ənənələrinin cəmiyyət arasında təbliğ edilməsində, gənclərimizə sağlam həyat tərzinin aşılanmasında, onların maarifləndirilməsində və vətənpərvər, mübariz vətəndaşlar kimi yetişməsində üzərinizə düşən vəzifələri layiqincə yerinə yetirirsiniz. Sizin zəngin təcrübəniz və müdrikliyiniz Azərbaycan gənclərinin həyatına doğru istiqamət verir, onları düzgün və əxlaqi yolda irəliləməyə dəvət edir.
Hörmətli Eldar müəllim!
Bu xoş fürsətdən istifadə edərək bir daha Sizi əlamətdar Yubileyiniz və 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə tətif olunmağınız münasibətilə ürəkdən təbrik edir, cəmiyyətimiz üçün nümunə olan ömür yolunuzda və gələcək ictimai-siyasi, elmi fəaliyyətinizdə Sizə yeni-yeni nailiyyətlər diləyirik!
Dərin hörmət və səmimiyyətlə,
Azərbaycan Ağsaqqallar Şurasının İdarə Heyətinin üzvləri adından Şuranın sədri, millət vəkili, professor Eldar QULİYEV
Xəbər lenti
Hamısına baxMüsahibə
05 İyun 17:21
Siyasət
05 İyun 16:36
Sosial
05 İyun 16:30
İdman
05 İyun 16:28
Sosial
05 İyun 15:56
Siyasət
05 İyun 15:38
Siyasət
05 İyun 15:29
Gündəm
05 İyun 15:26
Gündəm
05 İyun 15:25
Dünya
05 İyun 15:19
Sosial
05 İyun 14:52
Dünya
05 İyun 14:45
Siyasət
05 İyun 14:44
Xəbər lenti
05 İyun 14:27
YAP xəbərləri
05 İyun 14:02
Siyasət
05 İyun 13:55
YAP xəbərləri
05 İyun 13:49
Siyasət
05 İyun 13:21
Sosial
05 İyun 12:36
Siyasət
05 İyun 12:23
Gündəm
05 İyun 12:11
Elanlar
05 İyun 12:02
Gündəm
05 İyun 11:57
Xəbər lenti
05 İyun 11:44
Gündəm
05 İyun 11:37
İqtisadiyyat
05 İyun 11:34
Gündəm
05 İyun 11:25
Elm
05 İyun 11:23
Siyasət
05 İyun 11:11
Sosial
05 İyun 11:10
Gündəm
05 İyun 10:51
İqtisadiyyat
05 İyun 10:32
Gündəm
05 İyun 10:29
Analitik
05 İyun 10:16
Analitik
05 İyun 09:58
Analitik
05 İyun 09:34
Sosial
05 İyun 09:16
Sosial
05 İyun 08:53
Ədəbiyyat
05 İyun 08:30
İdman
04 İyun 23:42
Dünya
04 İyun 23:42
Hadisə
04 İyun 23:17
Dünya
04 İyun 22:59
Siyasət
04 İyun 22:53
Dünya
04 İyun 22:26
Dünya
04 İyun 21:43
Dünya
04 İyun 21:19
Dünya
04 İyun 20:45
İqtisadiyyat
04 İyun 20:27
Dünya
04 İyun 20:11
Maraqlı
04 İyun 19:53
Dünya
04 İyun 19:30
Dünya
04 İyun 19:18
YAP xəbərləri
04 İyun 19:07
Dünya
04 İyun 18:35
Dünya
04 İyun 18:15
Dünya
04 İyun 17:41
Dünya
04 İyun 17:12
Dünya
04 İyun 16:58
YAP xəbərləri
04 İyun 16:25
Dünya
04 İyun 16:23
YAP xəbərləri
04 İyun 16:21
Dünya
04 İyun 15:54
Dünya
04 İyun 15:31
Dünya
04 İyun 15:10
Dünya
04 İyun 14:49
İqtisadiyyat
04 İyun 14:42
İqtisadiyyat
04 İyun 14:40
Sosial
04 İyun 14:34
Siyasət
04 İyun 14:33

