Pirallahı rayonunda Novruz bayramı təntənə ilə qeyd edilib
19.03.2025 [23:33]
Bakı şəhəri Pirallahı Rayon İcra Hakimiyyəti, mart ayının ilk günlərindən başlayaraq Novruz bayramına hazırlıqlarla əlaqədar silsilə tədbirlər həyata keçirmişdir. Ay ərzində iməciliklər, yaşıllaşdırma və ağacəkmə aksiyaları həyata keçirilmiş, abadlıq və təmizlik işləri görülmüşdür. Bununla yanaşı, məktəbəqədər və tam orta təhsil müəssisələrində, mədəniyyət ocaqlarında çərşənbələr və Novruz bayramı münasibətilə bir sıra tədbirlər təşkil olunmuşdur. Tədbirlər ənənəvi "Yurdumuza Bahar Gəlir" başlıqlı ümumrayon tədbiri ilə yekunlaşmışdır.
19 mart 2025-ci il tarixində Vaqif Mustafazadə adına Mədəniyyət Mərkəzində möhtəşəm bir atmosferdə təşkil olunan bayram şənliyinə Pirallahı Rayon İcra Hakimiyyətinin başçısı Vasif İmanov, YAP Pirallahı rayon təşkilatının sədri Emil Abasov, hüquq-mühafizə orqanlarının rəhbərləri, rayon ərazisində fəaliyyət göstərən idarə-müəssisə və təşkilatların kollektivləri, Vətən müharibəsi şəhidlərinin ailə üzvləri, veteranlar və rayon ictimaiyyətinin nümayəndələri qatılıb. Tədbirə gələn RİH başçısı və qonaqlar məktəbəqədər, məktəbdənkənar və ümumtəhsil müəssisələrinin kollektivləri tərəfindən hazırlanan sərgilərə baxış keçiriblər.
Daha sonra tədbiri bayram tonqalının alışdırılması ilə açıq elan edən RİH başçısı rayon sakinlərini milli bayram münasibətilə təbrik edərək, geniş nitq söyləyib. RİH başçısı vurğulayıb ki, Novruz bayramı bizə ulu əcdadlarımızın təbiətin əbədi nizamına ehtiramını ifadə edən müqəddəs yadigarıdır. Bu bayram Azərbaycan xalqının qədim və zəngin dünyagörüşünün, gələcəyə nikbin baxışının, bütövlükdə milli varlığımızın dolğun təcəssümü olub, mədəni sərvətlər xəzinəmizdə müstəsna yer tutur. Yad təsirlərdən qoruyaraq layiqincə yaşatdığımız Novruz ənənələri çoxəsrlik keçmişinə daim ehtiramla yanaşan xalqımızın, eyni zamanda, bəşər mədəniyyətinə töhfəsidir. O da qeyd edilib ki, Novruz bayramının əsl el şənliyi, dövlət səviyyəsində mötəbər bayram kimi qeyd olunmağa başlaması Ulu Öndərin adı ilə bağlıdır. Məhz Heydər Əliyevin hakimiyyətdə olduğu dövrlərdə xalqımız sovet ideologiyasının unutdurmağa cəhd göstərdiyi mənəvi irsimizin zənginliklərindən bəhrələnib və onu qoruyub. Nitqinin sonunda Vasif İmanov, milli bayramımızın Qarabağda və Şərqi Zəngəzurda qeyd olunması və bayram tonqalının dövlət başçımız tərəfindən bu torpaqlarda yandırılmasının sevincini rayon sakinləri ilə bölüşüb.
Tədbir bədii hissə ilə davam edib. Novruzun əsas simvolları olan Keçəl və Kosa obrazları tədbirə xüsusi maraq qatıb. Tanınmış müğənnilər və incəsənət nümayəndələri öz ifaları ilə tədbir iştirakçılarına zövqlü anlar yaşadıb. Tədbir boyunca təqdim olunan rəqs və musiqi nömrələri bayramın əhval-ruhiyyəsini yüksəldib. Novruz bayramı tədbiri Yallı rəqsi və Dədə Qorqudun çıxışı ilə sona çatıb. "Novruz birliyin, dostluğun və həmrəyliyin bayramıdır" deyən Dədə Qorqud Pirallahı sakinlərini bir daha Novruz bayramı münasibətilə təbrik edib.
Yekunda xatirə şəkli çəkdirilib və iştirakçılara bayram sovqatları təqdim edilib
Xəbər lenti
Hamısına baxGündəm
13 İyun 23:20
YAP xəbərləri
13 İyun 20:19
YAP xəbərləri
13 İyun 20:17
Xəbər lenti
13 İyun 19:50
YAP xəbərləri
13 İyun 18:58
YAP xəbərləri
13 İyun 18:15
YAP xəbərləri
13 İyun 16:21
Sosial
13 İyun 15:20
YAP xəbərləri
13 İyun 14:59
İdman
13 İyun 14:33
YAP xəbərləri
13 İyun 13:48
YAP xəbərləri
13 İyun 13:44
Gündəm
13 İyun 13:32
Gündəm
13 İyun 12:50
Siyasət
13 İyun 12:29
Gündəm
13 İyun 11:58
İqtisadiyyat
13 İyun 11:24
İqtisadiyyat
13 İyun 10:57
Siyasət
13 İyun 10:35
Sosial
13 İyun 10:13
Analitik
13 İyun 09:51
Analitik
13 İyun 09:38
Ədəbiyyat
13 İyun 09:15
Elm
13 İyun 08:52
Ədəbiyyat
13 İyun 08:30
Dünya
12 İyun 23:18
Dünya
12 İyun 22:40
Dünya
12 İyun 22:17
Dünya
12 İyun 21:59
YAP xəbərləri
12 İyun 21:34
Dünya
12 İyun 21:25
Dünya
12 İyun 20:42
Dünya
12 İyun 20:14
Maraqlı
12 İyun 19:56
Dünya
12 İyun 19:21
Dünya
12 İyun 18:35
Dünya
12 İyun 17:59
Dünya
12 İyun 17:24
Dünya
12 İyun 16:41
Dünya
12 İyun 16:14
İqtisadiyyat
12 İyun 15:47
Siyasət
12 İyun 15:47
Sosial
12 İyun 15:47
Sosial
12 İyun 15:46
Sosial
12 İyun 15:46
Sosial
12 İyun 15:45
İdman
12 İyun 15:30
İqtisadiyyat
12 İyun 15:23
Dünya
12 İyun 15:06
Dünya
12 İyun 14:45
İqtisadiyyat
12 İyun 14:43
İdman
12 İyun 14:42
Dünya
12 İyun 14:41
Dünya
12 İyun 14:41
YAP xəbərləri
12 İyun 14:40
YAP xəbərləri
12 İyun 14:30
YAP xəbərləri
12 İyun 14:28
Dünya
12 İyun 14:19
YAP xəbərləri
12 İyun 14:04
Dünya
12 İyun 13:57
YAP xəbərləri
12 İyun 13:54
Dünya
12 İyun 13:35
Elm
12 İyun 12:48
Sosial
12 İyun 12:48
YAP xəbərləri
12 İyun 12:37
Xəbər lenti
12 İyun 12:37
Siyasət
12 İyun 12:22
Gündəm
12 İyun 12:21
YAP xəbərləri
12 İyun 12:13
Sosial
12 İyun 12:11

