Baş prokuror BMT Baş katibinin müavini ilə görüşüb
23.05.2025 [14:10]
Vyanada işgüzar səfərdə olan Baş prokuror Kamran Əliyev ilə BMT Baş katibinin müavini, Narkotiklər və Cinayətkarlıq üzrə İdarəsinin (BMTNCİ) icraçı direktoru Qada Vali arasında ikitərəfli görüş keçirilib.
Baş Prokurorluğun mətbuat xidmətindən verilən məlumata görə, görüş zamanı Azərbaycan ilə BMT arasında mövcud olan yüksəksəviyyəli münasibətlər və hüquq-mühafizə orqanlarımızla BMTNCİ arasında formalaşmış səmərəli əməkdaşlıq xüsusi məmnunluqla qeyd edilib. Bildirilib ki, son bir ildə Bakıda və Vyanada təşkil olunmuş birgə sessiyalar bu tərəfdaşlığın möhkəmlənməsinə, eyni zamanda, cinayətkarlığa qarşı mübarizədə yeni yanaşmalar və əməkdaşlıq istiqamətlərinin müəyyənləşdirilməsinə mühüm töhfə verib.
Qada Vali BMT-nin qlobal antikorrupsiya platforması olan GLOBE Şəbəkəsinin 6-cı Plenar iclasının Bakıda yüksək səviyyədə təşkili münasibətilə Baş prokuror Kamran Əliyevi təbrik edib, hərtərəfli dəstəyə görə təşəkkürünü bildirib. O, tədbirin korrupsiyaya qarşı mübarizə sahəsində beynəlxalq əməkdaşlığın dərinləşməsinə, yeni tərəfdaşlıqların qurulmasına və ümumilikdə dayanıqlı inkişaf məqsədlərinin reallaşdırılmasına xidmət etdiyini vurğulayıb.
Baş prokuror öz növbəsində GLOBE Şəbəkəsinin Azərbaycan üçün mühüm əhəmiyyət daşıyan beynəlxalq platforma olduğunu qeyd edərək bildirib ki, bu təşəbbüs ölkəmizin korrupsiyaya qarşı mübarizə sahəsindəki mövqeyinin gücləndirilməsi baxımından mühüm vasitədir. O əlavə edib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Plenar iclasın iştirakçılarına ünvanladığı müraciətdə ifadə olunduğu kimi, bu tədbir hökumət və dövlətimiz üçün xüsusi əhəmiyyət kəsb edir.
Görüşdə, həmçinin qlobal əhəmiyyət kəsb edən mühüm təşəbbüslər, o cümlədən Orta Dəhliz boyunca hüquq-mühafizə əməkdaşlığının gücləndirilməsi və cinayətkarlığa qarşı regional səylərin əlaqələndirilməsi məsələləri müzakirə olunub. Bu kontekstdə Mərkəzi Asiya və Cənubi Qafqaz üzrə Dövlətlərarası Əməkdaşlıq Şəbəkəsi çərçivəsində potensial əməkdaşlıq imkanları ətrafında fikir mübadiləsi aparılıb.
Tərəflər, həmçinin Braziliyanın Belem şəhərində keçiriləcək COP30 Konfransı ərəfəsində ətraf mühitin mühafizəsi, ekoloji cinayətlərə qarşı mübarizə mexanizmlərinin gücləndirilməsi istiqamətində birgə təşəbbüslərin mümkünlüyünü müzakirə ediblər.
Sonda qarşılıqlı maraq doğuran sahələr üzrə əməkdaşlığın inkişaf etdirilməsi və konkret fəaliyyət planlarının hazırlanması istiqamətində razılıq ifadə olunub.
Xəbər lenti
Hamısına baxMaraqlı
29 May 22:25
Maraqlı
29 May 21:19
Dünya
29 May 20:41
Dünya
29 May 19:22
Dünya
29 May 18:17
İdman
29 May 17:29
Dünya
29 May 16:45
Dünya
29 May 15:33
Dünya
29 May 14:19
İdman
29 May 13:24
Sosial
29 May 12:38
Dünya
29 May 12:31
Dünya
29 May 11:40
Dünya
29 May 10:17
Dünya
29 May 09:50
Dünya
29 May 09:25
Dünya
29 May 08:51
İdman
29 May 08:38
Siyasət
28 May 23:45
Siyasət
28 May 22:08
Siyasət
28 May 21:36
Siyasət
28 May 20:31
Dünya
28 May 19:40
Dünya
28 May 18:32
Dünya
28 May 17:27
Gündəm
28 May 16:49
Siyasət
28 May 16:29
Dünya
28 May 16:19
Siyasət
28 May 16:09
Siyasət
28 May 16:08
Sosial
28 May 15:25
Siyasət
28 May 15:22
Siyasət
28 May 14:59
Gündəm
28 May 14:59
Gündəm
28 May 14:33
Gündəm
28 May 14:21
Gündəm
28 May 13:42
Dünya
28 May 13:40
Siyasət
28 May 13:13
Gündəm
28 May 12:59
Siyasət
28 May 12:34
Dünya
28 May 12:19
Siyasət
28 May 11:45
Dünya
28 May 11:25
Siyasət
28 May 10:45
Siyasət
28 May 10:33
Dünya
28 May 10:33
Siyasət
28 May 09:34
Siyasət
28 May 09:27
Dünya
28 May 08:49
Dünya
27 May 23:19
Gündəm
27 May 22:35
Dünya
27 May 21:40
Dünya
27 May 20:17
Siyasət
27 May 19:36
Dünya
27 May 19:25
Dünya
27 May 18:20
Dünya
27 May 17:31
Dünya
27 May 16:22
İdman
27 May 15:38
Siyasət
27 May 15:38
Siyasət
27 May 15:37
Hadisə
27 May 15:10
Dünya
27 May 14:59
Dünya
27 May 14:25
Mədəniyyət
27 May 13:41
Dünya
27 May 13:17
Dünya
27 May 12:59
Gündəm
27 May 12:23
Gündəm
27 May 11:35

