II Beynəlxalq Multikulturalizm Gənclər Forumu keçirilir
22.08.2025 [12:39]
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi ICESCO ilə birgə 22-27 avqust 2025-ci il tarixlərində II Beynəlxalq Multikulturalizm Gənclər Forumunu keçirir. “Gənclər çoxmədəniyyətli mühitdə sülh quruculuğunun elçiləri kimi” mövzusuna həsr edilən Forumun məqsədi müxtəlif ölkələrdən olan gəncləri bir araya gətirərək multikultural dəyərlərin təşviqinə, mədəniyyətlərarası dialoqun inkişafına və dinlərarası anlaşmanın möhkəmləndirilməsinə töhfə verməkdir. Beynəlxalq Multikulturalizm Gənclər Forumuna dünyanın 50-dən çox ölkəsindən 70-dək iştirakçı qatılacaq. Bakı, Xankəndi və Şuşa şəhərlərində təşkil ediləcək Forum çərçivəsində panel müzakirələri, interaktiv sessiyalar və təlim proqramlarının təşkili nəzərdə tutulur. İştirakçılar eyni zamanda Azərbaycanın işğaldan azad edilən tarixi torpaqlarında mədəni irsin vəziyyəti və aparılan quruculuq işləri ilə yaxından tanış olacaqlar.
Qeyd edək ki, Beynəlxalq Multikulturalizm Gənclər Forumu – müxtəlif millətlərdən, dinlərdən və mədəniyyətlərdən olan gəncləri bir araya gətirən, multikultural dəyərlərin təşviqi, qarşılıqlı anlaşma və tolerantlığın gücləndirilməsi məqsədi daşıyan ictimai platformadır. Forumun əsas məqsədi gənclər arasında multikultural dəyərlərə hörmətin artırılması, etnik və dini müxtəlifliyin sülh və həmrəylik mənbəyi kimi tanıdılması, eləcə də bu sahədə bilik və təcrübə mübadiləsinin təmin olunmasıdır. Forum çərçivəsində keçirilən panel müzakirələr, interaktiv sessiyalar, seminarlar və təqdimatlar vasitəsilə iştirakçılar müxtəlif multikultural təcrübələrlə tanış olur, birgə layihələr üçün təşəbbüslər irəli sürür və sosial həmrəylik ruhunda yeni əməkdaşlıqlar qururlar.
I Beynəlxalq Multikulturalizm Gənclər Forumu 2019-cu ildə “Bakı Mədəniyyətlərarası Gənclər Forumu: Dinlərarası dialoqdan fəaliyyətə doğru” adlı IX Beynəlxalq Multikulturalizm Yay Məktəbi çərçivəsində təşkil olunub.
Xəbər lenti
Hamısına baxMaraqlı
29 May 22:25
Maraqlı
29 May 21:19
Dünya
29 May 20:41
Dünya
29 May 19:22
Dünya
29 May 18:17
İdman
29 May 17:29
Dünya
29 May 16:45
Dünya
29 May 15:33
Dünya
29 May 14:19
İdman
29 May 13:24
Dünya
29 May 12:31
Dünya
29 May 11:40
Dünya
29 May 10:17
Dünya
29 May 09:50
Dünya
29 May 09:25
Dünya
29 May 08:51
İdman
29 May 08:38
Siyasət
28 May 23:45
Siyasət
28 May 22:08
Siyasət
28 May 21:36
Siyasət
28 May 20:31
Dünya
28 May 19:40
Dünya
28 May 18:32
Dünya
28 May 17:27
Gündəm
28 May 16:49
Siyasət
28 May 16:29
Dünya
28 May 16:19
Siyasət
28 May 16:09
Siyasət
28 May 16:08
Sosial
28 May 15:25
Siyasət
28 May 15:22
Siyasət
28 May 14:59
Gündəm
28 May 14:59
Gündəm
28 May 14:33
Gündəm
28 May 14:21
Gündəm
28 May 13:42
Dünya
28 May 13:40
Siyasət
28 May 13:13
Gündəm
28 May 12:59
Siyasət
28 May 12:34
Dünya
28 May 12:19
Siyasət
28 May 11:45
Dünya
28 May 11:25
Siyasət
28 May 10:45
Siyasət
28 May 10:33
Dünya
28 May 10:33
Siyasət
28 May 09:34
Siyasət
28 May 09:27
Dünya
28 May 08:49
Dünya
27 May 23:19
Gündəm
27 May 22:35
Dünya
27 May 21:40
Dünya
27 May 20:17
Siyasət
27 May 19:36
Dünya
27 May 19:25
Dünya
27 May 18:20
Dünya
27 May 17:31
Dünya
27 May 16:22
İdman
27 May 15:38
Siyasət
27 May 15:38
Siyasət
27 May 15:37
Hadisə
27 May 15:10
Dünya
27 May 14:59
Dünya
27 May 14:25
Mədəniyyət
27 May 13:41
Dünya
27 May 13:17
Dünya
27 May 12:59
Gündəm
27 May 12:23
Gündəm
27 May 11:35
Siyasət
27 May 11:19

