II Beynəlxalq Multikulturalizm Gənclər Forumunun iştirakçıları Şuşa və Xankəndi şəhərlərində
26.08.2025 [12:09]
Beynəlxalq Multikulturalizm Mərkəzinin (BBMM) ICESCO ilə birgə təşkil etdiyi “Gənclər çoxmədəniyyətli mühitdə sülh quruculuğunun elçiləri kimi” mövzusuna həsr edilən II Beynəlxalq Multikulturalizm Gənclər Forumunun iştirakçıları Şuşa və Xankəndi şəhərlərində olublar.
Forumun iştirakçıları Xankəndi şəhərinə gələrək, burada aparılan abadlıq-quruculuq işləri ilə tanış olublar. Daha sonra Forum iştirakçıları BBMM-in şöbə müdiri İrina Kuninanın “Azərbaycan Multikulturalizm modelinin xüsusiyyətləri” mövzusunda mühazirəsini dinləyiblər. O diqqətə çatdırıb ki, Azərbaycan multikulturalizminin siyasi əsasları Azərbaycan Respublikasının Konstitusiyasının bəndlərində, qanunvericilik aktlarında, fərman və sərəncamlarda öz əksini tapıb. Mövcud milli-mədəni müxtəliflik və etnik-dini dözümlülük mühiti Azərbaycanı çoxmillətli, çoxkonfessiyalı diyar kimi dünya miqyasında mədəniyyətlərarası dialoqun bənzərsiz məkanı edib. Mühazirə Forum iştirakçıları tərəfindən maraqla qarşılanıb və müzakirələrlə davam edib.
Forum çərçivəsində iştirakçılar Milli Məclisin deputatı siyasi elmlər doktoru Rizvan Nəbiyevin “Bakının sülh diplomatiyası: beynəlxalq hüquqda qayıdış hüququ və Azərbaycan konteksti” mövzusunda mühazirəsini də dinləyiblər. Deputat çıxışında 44 günlük Vətən müharibəsindən sonra yaranmış yeni reallıqlar, Prezident İlham Əliyevin sülh təşəbbüsləri, Azərbaycan və Ermənistan arasında paraflanmış sülh sazişinin əhəmiyyəti, həmçinin 2025-ci ildə Vaşinqtonda imzalanmış üçtərəfli bəyannamə barədə danışıb. O, Azərbaycanın sülh diplomatiyasının Cənubi Qafqazda sabitlik və əməkdaşlıq üçün yeni imkanlar açdığını vurğulayıb. Məruzədə ABŞ-la strateji əməkdaşlıq, 907-ci düzəlişin tətbiqinə verilən imtinanın uzadılması, işğalın nəticələri və məcburi köçkünlərin geri dönüş hüququ kimi məsələlər də diqqətə çatdırılıb.
Deputat Rizvan Nəbiyev, həmçinin uzun illər davam edən işğalın nəticələri – şəhər və kəndlərin dağıdılması, mina təhlükəsi, 700 minə yaxın məcburi köçkünün geri dönüş hüququ, habelə itkin düşmüş və taleyi naməlum olan 4 minə yaxın şəxsin faciəsi ilə bağlı faktları da qeyd edib. Eyni zamanda 1980-ci illərdə Ermənistandan qovulmuş 300 min azərbaycanlının qayıdış hüququnun təmin olunmamasına toxunaraq bu hüququn beynəlxalq sənədlərlə tanındığını vurğulayıb.
Forum iştirakçıları “Müasir konfliktlər zamanı sülhün bərpasında dinin rolu" mövzusunda interaktiv müzakirə aparıblar.
Sonra “Gənclər çoxmədəniyyətli mühitdə sülh quruculuğunun elçiləri kimi” mövzusuna həsr edilən II Beynəlxalq Multikulturalizm Gənclər Forumunun iştirakçılarının Şuşa şəhərinə ekskursiyası təşkil olunub. Ekskursiya çərçivəsində gənclərə şəhərin tarixi, mədəni və dini abidələri barədə ətraflı məlumat verilib. İştirakçılar Xurşidbanu Natəvanın evi və Bülbülün muzeyini ziyarət ediblər. Onlara bu görkəmli şəxsiyyətlərin Azərbaycan mədəniyyətindəki yeri və işğal dövründə abidələrə vurulmuş zərərlər haqqında məlumat verilib. Daha sonra qonaqlar Şuşa qalası, Yuxarı Gövhər Ağa məscidi və Vaqifin məqbərəsini gəzib, restavrasiya və bərpa işləri ilə tanış olublar. Ekskursiya zamanı gənclərə Şuşanın Azərbaycanın musiqi və poeziya beşiyi olması, şəhərin çoxmillətli mədəniyyət mərkəzi kimi tarixi əhəmiyyəti, habelə işğaldan azad olunmasından sonra həyata keçirilən yenidənqurma layihələri barədə məlumat verilib. Forum iştirakçıları həmçinin Cıdır düzünü ziyarət edərək Qarabağın gözəl təbiəti ilə tanış olublar və burada xatirə şəkilləri çəkdiriblər.
Forum çərçivəsində “Öz xalqını təqdim et” musiqili axşamlar da təşkil olunub. Burada iştirakçılar öz xalqlarının mədəniyyəti, adət ənənələri ilə bağlı məlumat veriblər.
Qeyd edək ki, “Gənclər çoxmədəniyyətli mühitdə sülh quruculuğunun elçiləri kimi” mövzusuna həsr olunan II Beynəlxalq Multikulturalizm Gənclər Forumuna avqustun 22-də start verilib. Bakı, Şuşa və Xankəndi şəhərlərində keçirilən Foruma dünyanın 50-dən çox ölkəsindən 70-dək iştirakçı qatılıb.
Xəbər lenti
Hamısına baxMaraqlı
29 May 21:19
Dünya
29 May 20:41
Dünya
29 May 19:22
Dünya
29 May 18:17
İdman
29 May 17:29
Dünya
29 May 16:45
Dünya
29 May 15:33
Dünya
29 May 14:19
İdman
29 May 13:24
Dünya
29 May 12:31
Dünya
29 May 11:40
Dünya
29 May 10:17
Dünya
29 May 09:50
Dünya
29 May 09:25
Dünya
29 May 08:51
İdman
29 May 08:38
Siyasət
28 May 23:45
Siyasət
28 May 22:08
Siyasət
28 May 21:36
Siyasət
28 May 20:31
Dünya
28 May 19:40
Dünya
28 May 18:32
Dünya
28 May 17:27
Gündəm
28 May 16:49
Siyasət
28 May 16:29
Dünya
28 May 16:19
Siyasət
28 May 16:09
Siyasət
28 May 16:08
Sosial
28 May 15:25
Siyasət
28 May 15:22
Siyasət
28 May 14:59
Gündəm
28 May 14:59
Gündəm
28 May 14:33
Gündəm
28 May 14:21
Gündəm
28 May 13:42
Dünya
28 May 13:40
Siyasət
28 May 13:13
Gündəm
28 May 12:59
Siyasət
28 May 12:34
Dünya
28 May 12:19
Siyasət
28 May 11:45
Dünya
28 May 11:25
Siyasət
28 May 10:45
Siyasət
28 May 10:33
Dünya
28 May 10:33
Siyasət
28 May 09:34
Siyasət
28 May 09:27
Dünya
28 May 08:49
Dünya
27 May 23:19
Gündəm
27 May 22:35
Dünya
27 May 21:40
Dünya
27 May 20:17
Siyasət
27 May 19:36
Dünya
27 May 19:25
Dünya
27 May 18:20
Dünya
27 May 17:31
Dünya
27 May 16:22
İdman
27 May 15:38
Siyasət
27 May 15:38
Siyasət
27 May 15:37
Hadisə
27 May 15:10
Dünya
27 May 14:59
Dünya
27 May 14:25
Mədəniyyət
27 May 13:41
Dünya
27 May 13:17
Dünya
27 May 12:59
Gündəm
27 May 12:23
Gündəm
27 May 11:35
Siyasət
27 May 11:19
Gündəm
27 May 10:52

