Azərbaycanlı şagirdin beynəlxalq arenada uğuru
26.02.2026 [20:20]
Azərbaycanlı şagird Nəzrin İsmayılzadə beynəlxalq səviyyəli Kopernik Olimpiadasında “Science Dünya 2” nəticəsi göstərərək gümüş medal qazanıb. Bu uğur onun uzunmüddətli zəhmətinin, intizamlı hazırlığının və elmə olan sevgisinin nəticəsidir. Gənc olimpiadaçı ilə hazırlıq prosesi, qarşılaşdığı çətinliklər və gələcək planları barədə söhbətləşdik.
– Nəzrin, ilk olaraq səni Kopernik Olimpiadasında “Science Dünya 2” nəticəsi və gümüş medal qazanmağın münasibətilə təbrik edirik. Bu uğur xəbəri sənə çatanda ilk reaksiyan necə oldu?
– Çox sağ olun, çox minnətdaram. Xəbəri eşidəndə çox sevindim. Həm həyəcanlı, həm də qürurlu idim. Orada rəqiblərimin hamısı çox güclü idi, amma mən də özümə inanırdım və bu inam məni irəli apardı.
– Olimpiadaya hazırlaşmağa nə vaxtdan başlamışdın və gündəlik hazırlıq prosesin necə keçirdi?
– Azərbaycandakı mərhələni keçdikdən sonra ciddi şəkildə hazırlaşmağa başladım. Olimpiada haqqında mümkün qədər çox araşdırma etdim, proqram və mövzularla tanış oldum. Özümə gündəlik plan qurmuşdum – hansı mövzunu, nə qədər və hansı mənbədən oxuyacağımı əvvəlcədən müəyyənləşdirirdim.
– Elm fənləri arasında ən çox hansını sevirsən və niyə?
– Riyaziyyat və elm fənlərini – biologiya, kimya və fizikanı çox sevirəm. Uşaqlıqdan riyaziyyata marağım olub və bu fənni yaxşı bilmişəm. Digər elm sahələri də mənə çox maraqlı gəlir, çünki araşdırma və düşünmə tələb edir.
– Kopernik Olimpiadasında səni ən çox çətinləndirən tapşırıq və ya mərhələ hansı oldu?
– Açığı, tapşırıqlardan çox səfər məni çətinləşdirdi. Birbaşa reys olmadığı üçün əvvəl İstanbula, sonra isə Texasa uçduq. Saat fərqi və uzun uçuş məni çox yordu. Amma yarış mərhələsində özümü toparlaya bildim və tapşırıqlar mənə o qədər də çətin gəlmədi. Həmçinin qeyd edim ki, Kopernik Olimpiadasında Azərbaycanı iki nəfər təmsil edirdi.
– Bu uğura gedən yolda müəllimlərinin və ailənin dəstəyi sənin üçün nə dərəcədə önəmli idi?
– Müəllimlərimin və ailəmin dəstəyini hər zaman hiss etmişəm. Xüsusilə anamın dəstəyi mənim üçün çox dəyərlidir. Onlara çox təşəkkür edirəm. Onların inamı mənə əlavə motivasiya verib.
– Səncə, uğur qazanmağında ən böyük rol oynayan xüsusiyyətin nədir?
– Məncə, ən vacib xüsusiyyət səbrlə və dözümlə çalışmaqdır. Heç vaxt “bacarmaram” deyə düşünməmək lazımdır. Ümidsizliyə qapılmadan davam etmək uğurun əsas şərtidir.
– Məktəb dərsləri ilə olimpiada hazırlığını necə balanslaşdırırsan?
– Məktəbimə də təşəkkür edirəm, çünki bizi beynəlxalq olimpiadalara hər zaman dəstəkləyir və şərait yaradır. Əlbəttə, həm dərsləri, həm də olimpiada hazırlığını birlikdə aparmaq çətindir. Mən əvvəlcə məktəb tapşırıqlarımı yerinə yetirir, qalan vaxtımı isə olimpiadaya ayırırdım. Xüsusilə şənbə və bazar günləri daha çox məşğul olurdum.
– Gələcəkdə özünü hansı sahədə görürsən? Elm sahəsində konkret bir arzun varmı?
– Açığı, bu barədə hələ dəqiq qərar verməmişəm. Amma arzum riyaziyyat və ya biologiya sahəsində elmi araşdırmalar aparmaq, bir tədqiqat mərkəzində çalışmaqdır. Ola bilsin ki, gələcəkdə başqa bir sahəyə də yönələm. Düşünürəm ki, hələ qərar vermək üçün tezdir.
– Olimpiadalarda iştirak etmək istəyən digər şagirdlərə nə məsləhət görərdin?
– Çox çalışsınlar və heç vaxt vaz keçməsinlər. Ən əsası isə özlərinə inansınlar.
– Qarşıdakı dövrdə yeni hədəflərin nələrdir?
– Daha çox beynəlxalq olimpiadalarda iştirak etməyi planlaşdırıram. Hazırda aprel ayında İtaliyada keçiriləcək SOSMO olimpiadasının final mərhələsinə hazırlaşıram. Ümid edirəm ki, orada da uğur qazanacağam.
Xəbər lenti
Hamısına baxMaraqlı
29 May 22:25
Maraqlı
29 May 21:19
Dünya
29 May 20:41
Dünya
29 May 19:22
Dünya
29 May 18:17
İdman
29 May 17:29
Dünya
29 May 16:45
Dünya
29 May 15:33
Dünya
29 May 14:19
İdman
29 May 13:24
Sosial
29 May 12:38
Dünya
29 May 12:31
Dünya
29 May 11:40
Dünya
29 May 10:17
Dünya
29 May 09:50
Dünya
29 May 09:25
Dünya
29 May 08:51
İdman
29 May 08:38
Siyasət
28 May 23:45
Siyasət
28 May 22:08
Siyasət
28 May 21:36
Siyasət
28 May 20:31
Dünya
28 May 19:40
Dünya
28 May 18:32
Dünya
28 May 17:27
Gündəm
28 May 16:49
Siyasət
28 May 16:29
Dünya
28 May 16:19
Siyasət
28 May 16:09
Siyasət
28 May 16:08
Sosial
28 May 15:25
Siyasət
28 May 15:22
Siyasət
28 May 14:59
Gündəm
28 May 14:59
Gündəm
28 May 14:33
Gündəm
28 May 14:21
Gündəm
28 May 13:42
Dünya
28 May 13:40
Siyasət
28 May 13:13
Gündəm
28 May 12:59
Siyasət
28 May 12:34
Dünya
28 May 12:19
Siyasət
28 May 11:45
Dünya
28 May 11:25
Siyasət
28 May 10:45
Siyasət
28 May 10:33
Dünya
28 May 10:33
Siyasət
28 May 09:34
Siyasət
28 May 09:27
Dünya
28 May 08:49
Dünya
27 May 23:19
Gündəm
27 May 22:35
Dünya
27 May 21:40
Dünya
27 May 20:17
Siyasət
27 May 19:36
Dünya
27 May 19:25
Dünya
27 May 18:20
Dünya
27 May 17:31
Dünya
27 May 16:22
İdman
27 May 15:38
Siyasət
27 May 15:38
Siyasət
27 May 15:37
Hadisə
27 May 15:10
Dünya
27 May 14:59
Dünya
27 May 14:25
Mədəniyyət
27 May 13:41
Dünya
27 May 13:17
Dünya
27 May 12:59
Gündəm
27 May 12:23
Gündəm
27 May 11:35

