Multikulturalizm Mərkəzi ləzgi dilində kitabların təqdimatını keçirib
04.03.2026 [15:29]
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin (BBMM) və “Samur” Ləzgi Mədəniyyət Mərkəzi İctimai Birliyinin birgə təşkilatçılığı ilə Qusar rayon Heydər Əliyev Mərkəzində ləzgi dilində çap olunmuş Qurban Səidin “Əli və Nino”, ləzgi şairi Eyvaz Güləliyevin “Seçilmiş Əsərlər II Hissə” kitablarının təqdimatı keçirilib.
Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdən öncə Ülü Öndər Heydər Əliyevin abidəsinin önünə tər güllər düzülüb.
Açılış nitqi ilə çıxış edən BBMM-in icraçı direktorunun müavini Ramin Qəmbərov bildirib ki, “Əli və Nino” və ləzgi şairi Eyvaz Güləliyevin “Seçilmiş əsərlər II hissə” kitabı yalnız ədəbi hadisə deyil, eyni zamanda ölkəmizdə multikultural dəyərlərin qorunmasının və inkişaf etdirilməsinin bariz nümunəsidir. O vurğulayıb ki, Azərbaycan tarixən müxtəlif etnik-dini icmaların, dillərin və mədəniyyətlərin dinc yanaşı yaşadığı məkan olub. Bu zənginlik bizim milli sərvətimizdir.
Ramin Qəmbərov diqqətə çatdırıb ki, dövlətimizin həyata keçirdiyi multikultural siyasət nəticəsində ölkəmizdə yaşayan bütün etnik icmaların ana dilinin, ədəbiyyatının və mədəni irsinin qorunması və inkişafı üçün geniş imkanlar yaradılıb. Ləzgi dilində nəşr olunan bu kitablar bir daha göstərir ki, hər bir Azərbaycan vətəndaşının ana dili və mədəniyyəti böyük hörmətlə qarşılanır. Xüsusilə “Seçilmiş əsərlər II hissə” kitabında müəllifin şeirləri ilə yanaşı, Azərbaycanın tanınmış şairlərinin əsərlərinin ləzgi dilinə tərcümə olunması ədəbi və mənəvi körpünün daha da möhkəmlənməsinə xidmət edir.
BBMM-in baş məsləhətçisi Araz Qurbanov qeyd edib ki, təqdimat mərasimi ölkəmizdə ana dilinə, ədəbiyyata və mədəni müxtəlifliyə göstərilən diqqətin bariz nümunəsidir. Ləzgi dilində nəşr olunan kitablar milli-mənəvi dəyərlərin qorunmasına və zəngin ədəbi irsin gələcək nəsillərə ötürülməsinə mühüm töhfə verir. Bu cür layihələr cəmiyyətimizdə qarşılıqlı hörmətin, mədəni dialoqun və ədəbi əlaqələrin daha da möhkəmlənməsinə xidmət edir, ortaq dəyərlərin daha dərindən dərk olunmasına imkan yaradır. Ana dilində kitabların nəşri gənc nəslin öz köklərinə bağlılığını gücləndirir, onların dilə, ədəbiyyata marağını artırır, mənəvi dəyərlərə bağlı, mədəni müxtəlifliyi zənginlik kimi qəbul edən bir cəmiyyətin formalaşmasına xidmət edir.
“Samur” Ləzgi Mədəniyyət Mərkəzinin sədri İmran Rzayev, ehtiyatda olan polkovnik, Qarabağ müharibəsi və Silahlı Qüvvələrin veteranı Şair Ramaldanov, şair-publisist, Azərbaycan Yazıçılar Birliyinin üzvü Ramiz Qusarçaylı çıxışlarında Azərbaycan dövləti tərəfindən hər zaman azsaylı xalqlara qayğı ilə yanaşıldığını, onların mədəniyyətinin, adət-ənənələrinin qorunub saxlanılmasına önəm verildiyi, etnik icmaların mədəniyyət mərkəzlərinin fəaliyyətinə dəstək göstərildiyi, onların dillərində dərsliklər, kitablar çap olunduğunu bildiriblər. Vurğulanıb ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə uğurlu multikulturalizmin siyasəti aparılır, bütün xalqların hüquq və azadlıqlarına bərabər yanaşılır, etnik azlıqlara xüsusi diqqət və qayğı göstərilir.
Qeyd edək ki, Eyvaz Güləliyevin “Seçilmiş əsərlər II hissə” kitabında müəllifin şeirləri, qəzəlləri və Azərbaycanın tanınmış şairlərinin ləzgi dilinə tərcümə olunmuş əsərləri yer alıb.
Xəbər lenti
Hamısına baxDünya
29 May 19:22
Dünya
29 May 18:17
İdman
29 May 17:29
Dünya
29 May 16:45
Dünya
29 May 15:33
Dünya
29 May 14:19
İdman
29 May 13:24
Dünya
29 May 12:31
Dünya
29 May 11:40
Dünya
29 May 10:17
Dünya
29 May 09:50
Dünya
29 May 09:25
Dünya
29 May 08:51
İdman
29 May 08:38
Siyasət
28 May 23:45
Siyasət
28 May 22:08
Siyasət
28 May 21:36
Siyasət
28 May 20:31
Dünya
28 May 19:40
Dünya
28 May 18:32
Dünya
28 May 17:27
Gündəm
28 May 16:49
Siyasət
28 May 16:29
Dünya
28 May 16:19
Siyasət
28 May 16:09
Siyasət
28 May 16:08
Sosial
28 May 15:25
Siyasət
28 May 15:22
Siyasət
28 May 14:59
Gündəm
28 May 14:59
Gündəm
28 May 14:33
Gündəm
28 May 14:21
Gündəm
28 May 13:42
Dünya
28 May 13:40
Siyasət
28 May 13:13
Gündəm
28 May 12:59
Siyasət
28 May 12:34
Dünya
28 May 12:19
Siyasət
28 May 11:45
Dünya
28 May 11:25
Siyasət
28 May 10:45
Siyasət
28 May 10:33
Dünya
28 May 10:33
Siyasət
28 May 09:34
Siyasət
28 May 09:27
Dünya
28 May 08:49
Dünya
27 May 23:19
Gündəm
27 May 22:35
Dünya
27 May 21:40
Dünya
27 May 20:17
Siyasət
27 May 19:36
Dünya
27 May 19:25
Dünya
27 May 18:20
Dünya
27 May 17:31
Dünya
27 May 16:22
İdman
27 May 15:38
Siyasət
27 May 15:38
Siyasət
27 May 15:37
Hadisə
27 May 15:10
Dünya
27 May 14:59
Dünya
27 May 14:25
Mədəniyyət
27 May 13:41
Dünya
27 May 13:17
Dünya
27 May 12:59
Gündəm
27 May 12:23
Gündəm
27 May 11:35
Siyasət
27 May 11:19
Gündəm
27 May 10:52
Siyasət
27 May 10:36
Analitik
27 May 10:14

