Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Aynur Sofiyeva: Ulu Öndərin ideyaları Azərbaycanın davamlı inkişafının əsasıdır

Aynur Sofiyeva: Ulu Öndərin ideyaları Azərbaycanın davamlı inkişafının əsasıdır

11.12.2021 [11:56]

 Yeni Azərbaycan Partiyası (YAP) İdarə Heyətinin üzvü Aynur Sofiyeva Azərbaycanın ən yeni tarixində bütöv bir epoxanı özündə təcəssüm etdirən, müstəqil dövlətin əsaslarını yaradan və onların inkişafını təmin edən,  milli inkişaf strategiyasının müəllifi, ulu öndər Heydər Əliyevin Azərbaycanın işıqlı gələcəyə döğru inamla irəliləməsində rolundan geniş bəhs edərək bildirib ki, Ümummilli Lider 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıtmasaydı, bu gün ölkəmizin taleyinin necə olacağını təsəvvür etmək çətin deyildi: “Ulu öndər Heydər Əliyev qayıdışı ilə Azərbaycanı vətəndaş müharibəsindən, müstəqilliyini itirmək təhlükəsindən xilas etdi. Ö dövrün reallıqları bir daha bu həqiqəti təsdiqlədi ki, müstəqilliyin əldə olunması nə qədər çətindirsə, onun saxlanılması, daimi, əbədi olması bundan da çətindir. Ulu öndər düşünülmüş və məqsədyönlü siyasəti ilə Azərbaycanı bu bəlalardan xilas edərək inkişaf, tərəqqi yoluna çıxardı. Dövlətçiliyimizin əsasları yaradıldı. Azərbaycanın  inkişafını təmin edən  Milli Konstitusiymız qəbul edildi. Demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu yolunu tutaraq bütün atributların bərqərar olmasına səylər göstərildi.  Hər bir ölkənin inkişafının əsasında dayanan sabitliyin və normal iqtisadi mühitin yaradılması ilə Azərbaycanın beynəlxalq aləmdə təqdimatı, bir dövlət kimi varlığının təsdiqi həyata keçirildi. Ümummilli Lider Azərbaycanı yenidən qurdu, dünyanın müxtəlif ölkələrinə səpələnmiş soydaşlarımızı bir amal-azərbaycançılıq ideyası ətrafında sıx birləşdirdi.”

    A.Sofiyeva qeyd edib ki, böyük şəxsiyyətlərin ideyaları cəmiyyətdə baş verən hadisələrə şox ciddi təsir  göstərir və gələcəyin aydın təsəvvürünü yaradır: “Müstəqilliyinin yenidən bərpasının ilk illərində Azərbaycanın başının üstünü qara buludlar alanda xalqın üzünü öz xilaskarına-ulu öndər Heydər Əliyevə tutması səbəbsiz deyildi. Ümummilli Liderin zəngin dövlətçilik təcrübəsi, siyasi iradəsi, hadisələrə düzgün yanaşmaqla yanaşı, seçim etmək, gələcəyə istiqamətlənən yolu müəyyənləşdirmək bacarışı və bunların əsasında dayanan Vətən, dövlət, xalq sevgisi Azərbaycanı o illərin  çətinliklərindən, faciələrindən xilas etdi. Liderin xilaskarlıq missiyası onun fəaliyyətinin bütün məqamlarını özündə ehtiva edir.”

     Ulu öndər Heydər Əliyevin “Heç bir qüvvə  Azərbaycanın müstəqilliyini əlindən ala bilməz, bundan sonra heç bir qüvvə Azərbaycanın  dövlətçiliyini  məhv edə bilməz” fikirlərini önə çəkən YAP İdarə Heyətinin üzvü   Azərbaycanın 1993-cü ildən bugünədək keçdiyi inkişaf yolunun təhlili fonunda bildirib ki, bundan sonra Ümummili Liderin şah əsəri olan müasir müstəqil Azərbaycanı ancaq və ancaq inkişaf müşaiyət edəcək: “Dahi şəxsiyyət Heydər Əliyev 2003-cü ildə xalqa inamın və etimadın ünvanı kimi cənab İlham Əliyevi və Yeni Azərbaycan Partiyasını göstərməklə uğurlarımızın davamlılığına imza atdı.  Son 18 ildə Prezident İlham Əliyevin Azərbaycanın bu günü və gələcəyi ilə bağlı inkişaf strategiyasının, qəbul etdiyi qərarların və irəli sürdüyü təşəbbüslərin nəticəsi olaraq  ölkəmiz dünyaya inkişafın yeni modelini təqdim edir. Azərbaycan bütün sahələrdə zəngin təcrübəsi ilə diqqətdədir. Cənab İlham Əliyevin “güclü dövlət” modelinin əsasını təşkil edən iqtisadi, siyasi və hərbi gücün birliyinə torpaq Vətən sevgisini də əlavə edib  30 ilə yaxın həsrətlə gözlədiyimiz anın – Zəfərimizin sevincini yaşayırıq.  Azərbaycanın ərazi bütövlüyünü bərpa etməsi  son 18 ildə möhkəm təməl üzərində görülən işlərin, əldə olunan uğurların nəticəsidir. Ümummilli Lider 2003-cü ildə xalqımızı gələcəklə bağlı düzgün seçim etməyə istiqamətləndirərkən böyük əminliklə qeyd etmişdir ki, həm İlham Əliyev, həm də Yeni Azərbaycan Partiyası bundan sonra da  xalqın ən layiqli övladlarını öz ətrafında sıx birləşdirərək Azərbaycan dövlətinin inkişafı və xalqımızın firavanlığı yolunda çox işlər görəcəklər. Axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm.”

   “Ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev ümidləri döğrultdu, adını  tarixə torpaqlarımızın xilaskarı, qalib ölkənin qalib Lideri kimi yazdı” söyləyən Aynur Sofiyeva qeyd edib ki, tarixi Zəfərimizdən ötən bir ildə dövlət başçısının atdığı addımlara diqqət yetirsək işğaldan azad edilmiş ərazilərimizlə yanaşı, bütün bölgələrimizin  inkişafının prioritetliyini görərik: “Azərbaycan yeni reallıqların fonunda regionda və dünyada sözünün imzası qədər əhəmiyyətli olduğunu təsdiqləyir. Yeni əməkdaşlıq formatlarının yaradılması bölgədə sülhün, təhlükəsizliyin təmin olunmasını bir tələbə çevirib. Azərbaycan sülh müqaviləsinin də imzalanmasına nail olacaq. 30 ilin işğalına 44 gündə son qoyulması, tariximizin Zəfər səhifəsinin yazılması Heydər Əliyev siyasətinin təntənəsi, Heydər Əliyev  yolun ancaq və ancaq uğurlara yol açdığının təsdiqidir.”

Paylaş
Baxılıb: 161 dəfə

Xəbər lenti

Hamısına bax

Siyasət

İqtisadiyyat

İqtisadiyyat

Siyasət

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31