500 milyonuncu ton Xəzər nefti...
15.12.2021 [10:15]
BTC ilə dost İtaliyaya yola salınıb
Mübariz ABDULLAYEV
Azərbaycanın dünyada etibarlı neft-qaz təchizatçısı kimi inam və etibar qazanmasını şərtləndirən bir sıra fundamental amil var. Onlardan biri budur ki, ölkəmiz yalnız mənbə rolunda çıxış etmir. Eyni zamanda, şaxələndirilmiş nəql marşrutlarına malik olması respublikamızın böyük üstünlüyüdür. Xəzərdə zəngin enerji resurslarına malik olan Azərbaycan özünü dünyaya həm yeni mənbə, həm də şaxələndirilmiş nəql marşrutlarına malik təchizatçı ölkə kimi təqdim edir. Bu, dünyada az rast gəlinən bir nümunədir. Ölkəmizin neft strategiyası kompleks səciyyə daşıyır və burada karbohidrogen resurslarının hasilatı ilə onun nəqli bir-biri ilə uzlaşdırılır. Qısa müstəqillik tarixində Xəzərin Azərbaycan sektorunda Azəri-Çıraq-Günəşli və transmilli şirkətlərlə birgə işlənən digər yataqların ekoloji normalar çərçivəsində istismarı uğurla həyata keçirilib. 2017-ci ildə respublikamızda iki milyard ton neft hasil edilməsi təntənəli şəkildə qeyd olunub. Bu həcmin 700 milyon tonu müstəqillik dövründə hasil edilib ki, onun da 460 milyon tondan çoxu “Əsrin müqaviləsi” ilə yaradılan konsorsiumun payına düşür.
Paralel olaraq imzalanan müqavilələrin müddəalarını nəzərdə tutulan müddətdə icra etmək və artan neft hasilatını beynəlxalq bazarlara daşımaq üçün yeni neft kəmərləri tikilib. 1997-ci ilin sonlarında neftin əsaslı şəkildə bərpa olunan Bakı-Novorossiysk kəməri ilə Qara dənizə ixracına başlanılıb. 1999-cu ildə Qara dənizin digər limanına - Supsaya Bakıdan neft kəməri çəkilib. 1999-cu ilin dekabrında Azərbaycan nefti ilə doldurulmuş ilk tanker dünya bazarlarına çıxarılıb. 2002-ci ildə ümummilli lider Heydər Əliyevin davamlı səyləri nəticəsində “Əsrin müqaviləsi”ndə nəzərdə tutulan, lakin çoxlarının əfsanə və ya kağız üzərində kəmər hesab etdiyi əsas ixrac neft kəmərinin - Bakı-Tbilisi-Ceyhanın təməli qoyulub. Qlobal əhəmiyyət kəsb edən kəmər Azərbaycanın enerji dəhlizinə çevrilməsi istiqamətində mühüm addım idi. 2005-ci il mayın 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirakı ilə Bakı-Tbilisi-Ceyhan neft kəmərinin açılış mərasimi keçirilib, 2006-cı ildə Türkiyənin Ceyhan limanından Azərbaycan neftinin nəqlinə başlanılıb.
Bütün ekoloji normalar, ən müasir standartlar gözlənilməklə çəkilən Bakı-Tbilisi-Ceyhanın (BTC) istismarı ötən dövrdə uğurla təmin edilib. Hazırda bu kəmər yalnız Azərbaycan neftinin daşınmasına xidmət etmir, qonşu dövlətlər, o cümlədən Qazaxıstan və Türkmənistan da bu ixrac marşrutundan bəhrələnirlər. BTC-nin istismarının 15-ci ilinin tamamında əlamətdar hadisə yaşanıb - Xəzər neftinin 500 milyonuncu tonu dekabrın 12-də SOCAR-ın nefti yüklənmiş “Nordorse” adlı və sayca 4922-ci olan tanker ilə Triestə (İtaliya) yola salınıb. 15 il ərzində BTC boru kəməri Xəzər neftini təhlükəsiz, etibarlı, sakit və ekoloji cəhətdən minimum risklə dünya bazarlarına nəql edib. Onun səmərəliliyi və istismar etibarlılığı ilk dövrlərdəki 75 faizdən artaraq hazırkı 99,9 faiz səviyyəsinə çatıb. Əlamətdar hadisəni dəyərləndirən BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qəri Counz vurğulayıb: “500 milyon ton neft ixracı BTC boru kəmərinin 15 illik sabit və səmərəli fəaliyyətinin nəticəsidir. Uzun müddət keçməsinə baxmayaraq, BTC qapalı Xəzər hövzəsi ilə dünya bazarlarına asan çıxışı olan Aralıq dənizi arasında birbaşa strateji əlaqə yaratmaqla regionun əsas enerji ixrac arteriyası olmaqda davam edir”.
Qurum rəsmisi BTC-nin inşasını özlüyündə nəhəng mühəndislik nailiyyəti kimi dəyərləndirib. “Biz hamımız BTC-nin uğur hekayəsi ilə, o cümlədən üç ölkə boyunca insanların və icmaların həyatına gətirdiyi böyük müsbət dəyişikliklərlə qürur duymalıyıq. BTC, həqiqətən də, hər mənada möhtəşəm bir ixrac sistemidir və onun əldə etdiyi nailiyyətlər bizdə qürur hissi oyadır. Bu dünya səviyyəli kəmərin üç ölkə boyunca gecə-gündüz təhlükəsiz və sakit fəaliyyət göstərməsi üçün çalışan bütün insanlara çox təşəkkür edirəm. Mən, həmçinin göstərdikləri dəstəyə və uğurlu əməkdaşlığa görə BTC-nin səhmdarlarına da öz minnətdarlığımı bildirirəm”, - deyə vurğulayıb.
Xəbər lenti
Hamısına baxSiyasət
05 İyun 16:36
Sosial
05 İyun 16:30
İdman
05 İyun 16:28
Sosial
05 İyun 15:56
Siyasət
05 İyun 15:38
Siyasət
05 İyun 15:29
Gündəm
05 İyun 15:26
Gündəm
05 İyun 15:25
Dünya
05 İyun 15:19
Sosial
05 İyun 14:52
Dünya
05 İyun 14:45
Siyasət
05 İyun 14:44
Xəbər lenti
05 İyun 14:27
YAP xəbərləri
05 İyun 14:02
Siyasət
05 İyun 13:55
YAP xəbərləri
05 İyun 13:49
Siyasət
05 İyun 13:21
Sosial
05 İyun 12:36
Siyasət
05 İyun 12:23
Gündəm
05 İyun 12:11
Elanlar
05 İyun 12:02
Gündəm
05 İyun 11:57
Xəbər lenti
05 İyun 11:44
Gündəm
05 İyun 11:37
İqtisadiyyat
05 İyun 11:34
Gündəm
05 İyun 11:25
Elm
05 İyun 11:23
Siyasət
05 İyun 11:11
Sosial
05 İyun 11:10
Gündəm
05 İyun 10:51
İqtisadiyyat
05 İyun 10:32
Gündəm
05 İyun 10:29
Analitik
05 İyun 10:16
Analitik
05 İyun 09:58
Analitik
05 İyun 09:34
Sosial
05 İyun 09:16
Sosial
05 İyun 08:53
Ədəbiyyat
05 İyun 08:30
İdman
04 İyun 23:42
Dünya
04 İyun 23:42
Hadisə
04 İyun 23:17
Dünya
04 İyun 22:59
Siyasət
04 İyun 22:53
Dünya
04 İyun 22:26
Dünya
04 İyun 21:43
Dünya
04 İyun 21:19
Dünya
04 İyun 20:45
İqtisadiyyat
04 İyun 20:27
Dünya
04 İyun 20:11
Maraqlı
04 İyun 19:53
Dünya
04 İyun 19:30
Dünya
04 İyun 19:18
YAP xəbərləri
04 İyun 19:07
Dünya
04 İyun 18:35
Dünya
04 İyun 18:15
Dünya
04 İyun 17:41
Dünya
04 İyun 17:12
Dünya
04 İyun 16:58
YAP xəbərləri
04 İyun 16:25
Dünya
04 İyun 16:23
YAP xəbərləri
04 İyun 16:21
Dünya
04 İyun 15:54
Dünya
04 İyun 15:31
Dünya
04 İyun 15:10
Dünya
04 İyun 14:49
İqtisadiyyat
04 İyun 14:42
İqtisadiyyat
04 İyun 14:40
Sosial
04 İyun 14:34
Siyasət
04 İyun 14:33
Xəbər lenti
04 İyun 14:25

