Prokuror Ata Abdullayevə 9 il cəza istədi
21.12.2021 [13:17]
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hədə-qorxu ilə tələb etmədə təqsirləndirilən Ata Abdullayevin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
Trend-in məlumatına görə, hakim Fikrət Qəribovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxs və onun vəkili etiraz edərək Ata Abdullayevə “iPhone-11 ProMax” marrkalı telefon verdiyi iddia olunan Ziya Məmmədovun məhkəməyə çağrılıb dindirilməsini bir daha tələb edib.
“Məni o adamlardan pul tələb etməyimi sübut edən heç bir fakt yoxdur. Bircə Ziya Məmmədovdur, o da bura gəlmir. Görünür, gəlib yalan danışmaq istəmir. Mən heç kimi hədələməmişəm. Mən tapançanı televizorda görmüşəm. Fakt ortaya qoyulsa ki, o telefon Elmar Əliyevdən hədə-qorxu ilə alınıb, evimi satıb, 100 min ödəməyə hazıram. Mənim dostlarım var ki, mənə görə ölümə hazırdılar. Ortaya sübut qoyulsun, 1 telefonun əvəzinə, 4-nü qaytarım”, - Ata Abdullayev bildirib.
Təqsirləndirilən şəxs 2009-cu ildə Neft Akademiyasında baş vermiş terror zamanı gördüyü işlərdən də danışıb: “O hadisədə Neft Akademiyasına birinci daxil olan mən olmuşam. Yaralıların, meyitlərin daşınmasına kömək eləmişəm. Hüquq-mühafizə orqanlarına da birinci mən məlumat vermişəm. Əgər mən olmasaydım, orada ölənlərin sayı xeyli çox olardı. O hadisədən sonra Akif Çovdarov mənə o qədər zülm elədi ki”.
Ata Abdullayev deyib ki, törətmədiyi əməllərə görə həbsdə saxlanması onu yorur. “Məni güllələmək qərarı olsaydı, onu eləyərdiniz, mənim də canım qurtarardı. Yorulmuşam, daha ölürəm mən”, -A. Abdullayev deyib.
Daha sonra məhkəmə prosesində sənədlərin tədqiqi mərhələsi başlanıb. Məlum olub ki, Ata Abdullayev 2004-cü ildə Nəsimi rayon Məhkəməsinin hökmüylə Cinayət Məcəlləsinin 321 (hərbi xidmət keçməkdən boyun qaçırma) maddəsilə məhkum edilib. 2014-cü ildə isə Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmüylə Cinayət Məcəlləsinin 177 (oğurluq) və 271-ci (kompüter sisteminə qanunsuz daxil olma) maddələrilə təqsirli bilinib. Online qaydada kartlardan pul oğurlamağa görə o zaman MTN əməkdaşları tərəfindən həbs olunan Ata Abdullayevə məhkəmə 7 il şərti cəza verib.
Sənədlər arasında Ata Abdullayevin yaşadığı ərazinin Mənzil Kommunal İstismar Sahəsinin rəisinin istintaq dövründə DTX-ya göndərdiyi xasiyyətnamə də var. Orada yazılıb ki, Ata Abdullayev özündən razı, qonşularla münaqişəli biridir.
İş materiallarında Ata Abdullayevin qonşularının da ayrıca ərizəsi var və o da məhkəmədə elan edilib. Orada göstərilib ki, Ata Abdullayevin cinayət törətməsinə inanmırlar: “Ata Abdullayev cəmiyyət arasında özünə layiqli yer tutub. Sakinlərin xeyir-şər məclislərində aktiv iştirak edib. Xeyirxahdır. Belə bir şəxsin cinayət törətməsi mümkün deyil”.
Ata Abdullayevin vəkili Telman Talıbov bildirib ki, Mənzil Kommunal İstismar Sahəsinin rəisinin verdiyi xasiyyətnamə qərəzlidir: “Onun yazdıqları qara məqsədləri üçün təxəyyülünün məhsuludur”.
Ata Abdullayev deyib ki, deputatlığa namizəd olanda 3 gün ərzində 650 nəfərin imzasını toplayıb. Seçkidə həmin dairə üzrə 11 namizəd arasında 3-cü yeri tutub.
Daha sonra prosesdə məhkəmə istintaqı yekunlaşıb və dövlət ittihamçısı çıxış edib. Prokuror bildirib ki, Ata Abdullayevə Cinayət Məcəlləsinin 182.2.2 və 182.2.4 maddələrilə verilən ittihamlar məhkəmədə sübuta yetirilib. Dövlət ittihamçısı onun 9 il azadlıqdan məhrum edilməsini, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsini təklif edib.
Zərərçəkmiş Elmar Əliyevin nümayəndəsi isə telefona görə 2400 manatlıq maddi ziyan, 10 min manat da mənəvi ziyanın ödənilməsi haqda mülki iddialarının təmin olunmasını istəyib. Onun eyni zamanda, qanuna uyğun şəkildə cəzalandırılmasını istəyib.
Ata Abdullayevin vəkili müdafiə nitqinə hazırlaşmaq üçün məhkəmədən vaxt istəyib. Məhkəmə prosesi dekabrın 28-də vəkilin çıxışıyla davam edəcək.
Qeyd edək ki, ittihama əsasən, A.Abdullayev müxtəlif şəxslərdən onlar haqqında rüsvayedici məlumatlar yaymaq hədəsi ilə pul tələb edib. Belə ki, o, Gənclər və İdman Nazirliyinin tabeliyində Avropa Oyunları və “Formula-1” yarışlarıyla bağlı Əməliyyat Komitəsində çalışan Elmar Əliyevə zəng edərək, ondan 10 min manat istəyib. Son nəticədə 2400 manatlıq “iPhone 11 Pro Max” telefonu alıb.
Bundan başqa, A.Abdullayev Abşeron Rayon İcra Hakimiyyətinin Masazır qəsəbəsi üzrə nümayəndəsi Şahlar Həsənovdan 6 000 pul istəyib. O, Masazırda məişət tullantılarının vaxtında daşınmaması ilə bağlı video yaymaqla hədələyib.
Həmçinin o, aşmış ağacı videoya çəkərək, sahibkar Cəmil Babayevi ağacları kəsməkdə ittiham etməklə ondan da pul tələb edib.
A.Abdullayev Sabunçuda sahibkar Elçin Əliyevi qanunsuz tikinti aparmaqda ittiham edərək, ondan 15 000 manat pul tələb edib.
Bununla əlaqədar ona CM-in 182.2.2 (hədə-qorxu ilə tələb etmə) və 182.2.4-cü (xeyli miqdarda əmlak əldə etmək məqsədi ilə törədildikdə) maddələrilə ittiham verilib.Qeyd edək ki, A.Abdullayev Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları tərəfindən bu ilin mart ayında saxlanılıb. O, Cinayət Məcəlləsinin 182.2.2 (hədə-qorxu ilə tələb etmə) maddəsi ilə ittiham edilərək barəsində Səbail Rayon Məhkəməsi tərəfindən həbs qətimkan tədbiri seçilib.
Xəbər lenti
Hamısına baxDünya
05 İyun 18:15
Xəbər lenti
05 İyun 18:14
Sosial
05 İyun 17:59
Müsahibə
05 İyun 17:21
Siyasət
05 İyun 16:36
Sosial
05 İyun 16:30
İdman
05 İyun 16:28
Sosial
05 İyun 15:56
Siyasət
05 İyun 15:38
Siyasət
05 İyun 15:29
Gündəm
05 İyun 15:26
Gündəm
05 İyun 15:25
Dünya
05 İyun 15:19
Sosial
05 İyun 14:52
Dünya
05 İyun 14:45
Siyasət
05 İyun 14:44
Xəbər lenti
05 İyun 14:27
YAP xəbərləri
05 İyun 14:02
Siyasət
05 İyun 13:55
YAP xəbərləri
05 İyun 13:49
Siyasət
05 İyun 13:21
Sosial
05 İyun 12:36
Siyasət
05 İyun 12:23
Gündəm
05 İyun 12:11
Elanlar
05 İyun 12:02
Gündəm
05 İyun 11:57
Xəbər lenti
05 İyun 11:44
Gündəm
05 İyun 11:37
İqtisadiyyat
05 İyun 11:34
Gündəm
05 İyun 11:25
Elm
05 İyun 11:23
Siyasət
05 İyun 11:11
Sosial
05 İyun 11:10
Gündəm
05 İyun 10:51
İqtisadiyyat
05 İyun 10:32
Gündəm
05 İyun 10:29
Analitik
05 İyun 10:16
Analitik
05 İyun 09:58
Analitik
05 İyun 09:34
Sosial
05 İyun 09:16
Sosial
05 İyun 08:53
Ədəbiyyat
05 İyun 08:30
İdman
04 İyun 23:42
Dünya
04 İyun 23:42
Hadisə
04 İyun 23:17
Dünya
04 İyun 22:59
Siyasət
04 İyun 22:53
Dünya
04 İyun 22:26
Dünya
04 İyun 21:43
Dünya
04 İyun 21:19
Dünya
04 İyun 20:45
İqtisadiyyat
04 İyun 20:27
Dünya
04 İyun 20:11
Maraqlı
04 İyun 19:53
Dünya
04 İyun 19:30
Dünya
04 İyun 19:18
YAP xəbərləri
04 İyun 19:07
Dünya
04 İyun 18:35
Dünya
04 İyun 18:15
Dünya
04 İyun 17:41
Dünya
04 İyun 17:12
Dünya
04 İyun 16:58
YAP xəbərləri
04 İyun 16:25
Dünya
04 İyun 16:23
YAP xəbərləri
04 İyun 16:21
Dünya
04 İyun 15:54
Dünya
04 İyun 15:31
Dünya
04 İyun 15:10
Dünya
04 İyun 14:49
İqtisadiyyat
04 İyun 14:42

