Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / “Utair” Moskvadan Gəncəyə reyslər açır

“Utair” Moskvadan Gəncəyə reyslər açır

02.02.2022 [12:44]

Rusiyanın “Utair” şirkəti fevralın 9-dan etibarən Moskva-Gəncə marşrutu ilə reyslərin yerinə yetirilməsinə başlayır.

“Hətta hava uçuşlarının məhdud olduğu şəraitdə biz uçuşların coğrafiyasını genişləndiririk, cədvələ yeni istiqamətlər daxil edirik. Uzun illər ərzində “Utair” Moskvadan Azərbaycanın paytaxtı – Bakıya uçuşlar yerinə yetirib, indi isə sərnişinlərin rahatlığı üçün Gəncəyə yeni marşrut daxil edirik”, - “Utair- Sərnişin hava yolları”nın prezidenti Oleq Semyonov qeyd edib.

Reyslər Boeing 737-800 təyyarəsi ilə çərşənbə günləri Moskvadan saat 6:05-da və Gəncədən 11:30-da yerinə yetiriləcək. Hər hava limanı üçün yerli vaxt qeyd edilib.

Biletlərin qiyməti – bir istiqamətdə 8810 rubldan yuxarı təşkil edir. 

Paylaş:
Baxılıb: 974 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

İqtisadiyyat

Gündəm

İqtisadiyyat

Analitik

Analitik

Ədəbiyyat

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30