Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Ayaz Mütəllibov I Fəxri xiyabanda dəfn ediləcək

Ayaz Mütəllibov I Fəxri xiyabanda dəfn ediləcək

28.03.2022 [11:56]

Azərbaycanın ilk prezidenti Ayaz Mütəllibov Birinci Fəxri xiyabanda dəfn olunacaq.

Bu barədə APA-ya Ayaz Mütəllibovun sabiq köməkçisi Anar Ağayev məlumat verib.

Ötən gecə dünyasını dəyişən eks-prezident Ayaz Mütəllibovun dəfn mərasiminə hazırlıq prosesi başlayıb.

Bu barədə Bizim.Media-ya Mütəllibovun köməkçisi Qulu Həsənoğlu məlumat verib.

Onun sözlərinə görə, eks-prezidentin nəşi Birinci vitse-prezident Mehriban Əliyevanın xüsusi tapşırığı ilə “Heydər” məscidinə aparılıb:

“Sağ olsun dövlətimiz, Ayaz müəllimin dəfn mərasimini nəzarətinə götürüb. Cənazəni “Heydər” məscidinə apardıq. Bakı Şəhər İcra Hakimiyyətindən də nümayəndələr gəlmişdi."

Xatırladaq ki, 84 yaşında dünyasını dəyişən Ayaz Mütəllibov uzun müddətdir ki, yüksək qan təzyiqindən əziyyət çəkirdi.

Ayaz Niyazi oğlu Mütəllibov 12 may 1938-ci ildə Bakıda ziyalı ailəsində anadan olub.

O, 1991-ci il sentyabrın 8-də ümumi seçkilərdə Azərbaycanın prezidenti seçilib, 1992-ci il martın 6-da istefa verib.

Paylaş:
Baxılıb: 190 dəfə
Multi-media

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Sosial

Sosial

Xəbər lenti

Prezident bu gün

Prezident bu gün

05 İyul 10:09

Sosial

Gündəm

Brüsseldən Bakıya...

05 İyul 09:50  

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31