Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Füzuli rayonu yeni tarixi mərhələyə qədəm qoyur

Füzuli rayonu yeni tarixi mərhələyə qədəm qoyur

12.05.2022 [10:17]

Nicat

44 günlük Vətən müharibəsində əldə etdiyimiz parlaq qələbədən dərhal sonra Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında dədə-baba torpaqlarımızda abadlıq-quruculuq işlərinə başlanıldı. İşğaldan azad edilmiş torpaqlarımızda sürətli inkişaf dinamikasının təmin edilməsi, Böyük Qayıdışın yaxın zamanda gerçəkləşməsi dövlətin prioritet istiqamətlərindəndir. Ölkə başçımız mütəmadi olaraq Qarabağa səfərlər edir, orada gedən tikinti-bərpa-quruculuq işləri ilə tanış olur, tapşırıq və tövsiyələrini verir. Bütün bunların əyani nəticəsidir ki, artıq dədə-baba torpaqlarımız yeni bir tarixi mərhələyə qədəm qoyur, sakinlərini qarşılamağa hazır vəziyyətə gətirilir.

Ulu Öndərin doğum günündə - mayın 10-da Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın Füzuli rayonuna səfəri  çərçivəsində bir sıra obyektlərin təməlqoyma mərasimlərində iştirak ediblər.

Peşə Liseyinin təməlinin qoyulması mərasimində təhsil naziri Emin Əmrullayev Prezident İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya kompleks barədə məlumat verib. Bildirildi ki, Peşə Liseyinin ərazisi 3,2 hektar sahəni əhatə edəcək. Kompleksdə tədris, laboratoriya təcrübələri, idman binaları və meydançası yaradılacaq. Burada, həmçinin avtomobil təmiri emalatxanası, avadanlıq və texnika, təsərrüfat anbarları, təsərrüfat qurğusu, praktik təlimlər qurğusu da inşa ediləcək. Kompleksin elektrik enerjisi ilə fasiləsiz təminatı üçün transformator yarımstansiyası da quraşdırılacaq. Füzuli şəhər Peşə Liseyinin inşası zamanı yaşıllıq zolaqlarının yaradılması xüsusilə diqqətdə saxlanılıb. Belə ki, yaşıllıq sahəsi bu kompleksin ərazisinin 43,7 faizini təşkil edəcək. Burada yaradılacaq idman meydançasının sahəsi 540 kvadratmetr olacaq.

Dövlətimizin başçısı Füzuli şəhər Peşə Liseyinin təməlini qoydu.

Dövrün çağırışlarına və yeni trendlərinə uyğun olaraq ölkəmizdə təhsil sahəsində islahatlar çərçivəsində peşə təhsili sisteminin modernləşdirilməsi istiqamətində məqsədyönlü tədbirlərin, layihələrin uğurla həyata keçirildiyini xüsusilə qeyd etmək yerinə düşər. Belə ki, peşə təhsilinin inkişaf etdirilməsi ölkəmizdə prioritet istiqamət kimi müəyyən olunub. Son illər paytaxt Bakı ilə yanaşı, bölgələrdə də yeni peşə təhsili müəssisələri qurulur. Füzuli şəhərində Peşə Liseyinin təməlinin qoyulması da bu istiqamətdə həyata keçirilən layihələrdən biridir. Lisey ildə 800-yə yaxın tələbə qəbul etməklə yanaşı, 1000-dək tələbə üçün qısamüddətli kurslar və ömürboyu təhsil proqramları təmin etmək imkanında olacaq.

Son təməlqoymalar bir daha təsdiq edir ki, Füzuli rayonu artıq yeni bərpa-quruculuq işlərinə qədəm qoyub. Uzun müddət işğal altında qalan Füzulu şəhəri yenidən qurulur və bərpa olunur.  Bu fikirləri “Yeni Azərbaycan”a danışan  Füzuli rayonundan olan millət vəkili Vüqar Bayramov səsləndirib: “50 minlik sakini olacaq Füzuli şəhəri gözləniləndən daha qısa müddətdə yenidən bərpa olunub məksunlaşmağa hazır olacaq. İşğaldan azad olunan ərazilərimizdə ikinci ağıllı kənd də Füzuli şəhərinin yaxınlığında yerləşən Dövlətyarlı kəndində inşa ediləcək.

 “Füzuli Beynəlxalq Hava Limanı dünyada ən qısa müddətdə inşa edilən hava limanlarından biridir. Hava Limanı beynəlxalq standartlara uyğun olaraq qurulan və beynəlxalq uçuşları həyata keçirəcək hava limanıdır”.

Deputat bildirib ki, Füzuli rayonunun nəqliyyat və logistik infrastrukturunun formalaşdırılması istiqamətində də işlər intensiv şəkildə həyata keçirilir: “Horadiz-Ağbənd dəmir yolu xətti, eləcə də Horadizlə Zəngilanı birləşdirəcək avtomobil yolu, o cümlədən Füzuli-Hadrut, Füzuli-Şuşa Zəfər yollarının inşa edilməsi də ondan xəbər verir ki, işğaldan azad edilmiş torpaqlarımız çox qısa zamanda bərpa və yenidənqurma mərhələsinə qədəm qoyub. Bərpa və yenidənqurmanın daha intensiv şəkildə aparılması məskunlaşma prosesinin gözləniləndən daha tez olacağından xəbər verir”.

Paylaş:
Baxılıb: 627 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Gündəm

İqtisadiyyat

Mədəniyyət

Baş rejissorsuz...

03 Fevral 08:27

YAP xəbərləri

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28