95 yaşlı baba: Kötücəmin dünyaya gəlişi məni tarixə yazdı
14.05.2022 [12:25]
Azərbaycanda ustad Aşıq Ələsgər yaradıcılığına dövlət səviyyəsində həmişə yüksək qiymət verilib. Ümummilli liderimiz Heydər Əliyevin təşəbbüsü ilə 1972-ci ildə Moskvada böyük sənətkarımızın 150 illik yubileyi qeyd olunub.
Eyni zamanda, 1997-ci ildə ulu öndər Heydər Əliyevin Sərəncamı ilə Aşıq Ələsgərin 175 illik yubileyi dövlət səviyyəsində qeyd olunub. Bu ənənə Prezident İlham Əliyev tərəfindən davam etdirilib və dövlət başçısının müvafiq Sərəncamı ilə 2011-ci ildə ustad aşığın 190 illik yubileyi, ötən il isə 200 illik yubileyi ölkəmizdə böyük təntənə ilə qeyd edilib.
Qeyd edək ki, təkcə dövlət səviyyəsində deyil, sadə insanlar tərəfindən də Aşıq Ələsgərin zəngin irsi yaşadılır. Belə insanlardan biri də sadə peşə adamı Tarix ləqəbli Hüseyn Çətindərəlidir.
Məlumat üçün qeyd edək ki, Hüseyn Həsənov 1927-ci il dekabrın 14-də Göyçə mahalının Ardanış kəndində anadan olub. Aşıqlar dünyasının sultanı hesab olunan Aşıq Ələsgərin zəngin irsini yaşadan sadə peşə adamı özünün şəxsi evində - Nərimanov rayonu, Atatürk prospekti 37, mənzil 75-də Aşıq Ələsgər muzeyi yaradıb. Bir sözlə, 5 otaqlı evinin 4 otağını muzeyə çevirib.
Məlumat üçün bildirək ki, 2002-ci ildən yaradılan muzeydə Aşıq Ələsgərə məxsus olan saz, xrom çəkmə və bel kəməri saxlanılır. Muzeydə, həmçinin 3000 eksponat, 1500 aşığımızın fotoşəkli, 900 val, şair-aşıqların 500 kitabı, həmçinin 4 ədəd bahalı qrammofon, 3 patefon, lent yazıları, kasetlər və s. qorunur.
Muzeyin yaradıcısı bizimlə söhbətində deyib ki, bu muzey yaradılandan sonra onu ziyarət edənlər də çoxdur. Bunların arasında Azərbaycanın tanınmış elm adamları, ictimai xadimlər, millət vəkilləri, dövlət qurumlarının nümayəndələri, xarici dövlətlərin Azərbaycandakı səfirləri də olub.
Həmin muzeydəki eksponatları daha sonra Mədəniyyət Nazirliyinə təhvil verib.
Beləliklə, göründüyü kimi, Hüseyn kişinin həyatı və fəaliyyəti bilavasitə Dədə Ələsgərin irsinin yaşadılması ilə bağlıdır. Aşıq Ələsgərlə babası Məşədi Həsənin çox yaxın dost olduğunu deyən H.Həsənovun sözlərinə görə, sürücülüklə məşğul olduğu müddətdə rayonlara səfər edərkən Aşıq Ələsgərlə bağlı məlumatlar toplayıb: “1821-ci ildə Göyçə mahalının Ağkilsə kəndində dünyaya gələn, yaşayıb-yaradan, xalqımızın fəxri olan Aşıq Ələsgərin muzeyinin yaradılması ideyası məndə elə sürücülük etdiyim ilk vaxtlardan yarandı. Bu səbəbdən də, rayonlara səfər edərkən aşıqları ziyarət edirdim, soraqlaşa-soraqlaşa Aşıq Ələsgərlə bağlı nə məlumat əldə edirdimsə, həmin məlumatları, əşyaları, onun haqqında yazılan şeirləri, kitabları, digər maddi nümunələri toplayıb evimə gətirirdim. 1988-ci ildə Qərbi Azərbaycandan bütün soydaşlarımız məcburiyyət qarşısında doğma yurdumuzu tərk etdilər. Aşıq Ələsgər yurdu olan Göyçə mahalı da mənfur ermənilərə qaldı. Belə olan halda onun adına nəsə yaratmağa qərar verdim. Dədə Ələsgər demiş, “Səksəni, doxsanı keçibdir yaşım...”. Beləcə, mən də 95 yaşı haqladım, 100-ə doğru yol gedirəm. Hər kəsə bu hissi yaşamağı arzu edirəm”.
H.Həsənovun 5 oğlu və 5 qızı, eləcə də 51 nəvə-nəticəsi var. Ömür-gün yoldaşı Gülbəsti xanım 2007-ci ildə vəfat etdikdən sonra ahıl yaşında tək qaldığını deyən müsahibimiz bütün həyatını övladlarına və muzeyə həsr etdiyini deyir.
Bu günlərdə Hüseyn babanın sevincinin həddi-hüdudu yoxdur. Onun təbirincə desək, gözəl-göyçək Gül-Çiçək adlı kötücəsi dünyaya gəlib: “Gül-Çiçək kötücəm mayın 6-da dünyaya gəlib. Onun gəlişi məni tarixə yazdı. Çünki nəslimizdə hələ kötücəsi olan yox idi. Bu xoşbəxtlik mənə qismət oldu”.
P.S. Redaksiyamızın heyəti adından Hüseyn babaya göz aydınlığı, Gül-Çiçək balaya isə uzun ömür arzu edirik.
MÜŞFİQƏ
Xəbər lenti
Hamısına baxDünya
03 Fevral 20:45
Maraqlı
03 Fevral 20:34
Dünya
03 Fevral 20:13
Dünya
03 Fevral 19:51
Dünya
03 Fevral 19:39
Dünya
03 Fevral 19:25
Dünya
03 Fevral 18:20
YAP xəbərləri
03 Fevral 17:40
YAP xəbərləri
03 Fevral 17:36
Xəbər lenti
03 Fevral 17:28
YAP xəbərləri
03 Fevral 17:28
Siyasət
03 Fevral 17:25
Siyasət
03 Fevral 16:01
Gündəm
03 Fevral 15:56
Xəbər lenti
03 Fevral 15:54
Elanlar
03 Fevral 15:20
Sosial
03 Fevral 14:52
Dünya
03 Fevral 14:52
Dünya
03 Fevral 14:50
Dünya
03 Fevral 14:19
Sosial
03 Fevral 13:46
Sosial
03 Fevral 13:25
Sosial
03 Fevral 12:44
Xəbər lenti
03 Fevral 12:44
Sosial
03 Fevral 12:13
Sosial
03 Fevral 12:12
Sosial
03 Fevral 12:11
İqtisadiyyat
03 Fevral 12:10
İqtisadiyyat
03 Fevral 12:09
Analitik
03 Fevral 11:45
Siyasət
03 Fevral 11:34
Siyasət
03 Fevral 11:19
Gündəm
03 Fevral 10:57
Siyasət
03 Fevral 10:33
Gündəm
03 Fevral 10:29
İqtisadiyyat
03 Fevral 10:18
Analitik
03 Fevral 09:54
Hadisə
03 Fevral 09:36
Analitik
03 Fevral 09:31
İqtisadiyyat
03 Fevral 09:15
Analitik
03 Fevral 08:50
Mədəniyyət
03 Fevral 08:27
Gündəm
03 Fevral 08:10
Dünya
02 Fevral 23:36
YAP xəbərləri
02 Fevral 23:12
İqtisadiyyat
02 Fevral 22:51
Dünya
02 Fevral 22:37
YAP xəbərləri
02 Fevral 22:19
Dünya
02 Fevral 21:53
YAP xəbərləri
02 Fevral 21:23
İqtisadiyyat
02 Fevral 21:08
Sosial
02 Fevral 20:50
YAP xəbərləri
02 Fevral 20:35
Sosial
02 Fevral 20:19
Gündəm
02 Fevral 20:15
Dünya
02 Fevral 20:12
Dünya
02 Fevral 19:49
Xəbər lenti
02 Fevral 19:32
YAP xəbərləri
02 Fevral 19:16
YAP xəbərləri
02 Fevral 18:28
YAP xəbərləri
02 Fevral 16:55
Gündəm
02 Fevral 16:39
Elanlar
02 Fevral 16:25
Dünya
02 Fevral 16:21
Dünya
02 Fevral 15:21
İdman
02 Fevral 15:07
Sosial
02 Fevral 14:54
Sosial
02 Fevral 14:51
Hadisə
02 Fevral 14:51
YAP xəbərləri
02 Fevral 14:26

