Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Dünyada koronavirusa yoluxma sayı 531 milyonu ötüb

Dünyada koronavirusa yoluxma sayı 531 milyonu ötüb

05.06.2022 [17:14]

Dünyada koronavirusa yoluxanların sayı 531 704 928 nəfərə çatıb.

“Report” xəbər verir ki, bu barədə ABŞ-ın Con Hopkins Universitetinin məlumatında qeyd olunur.

Virusun yayılmasında indiyədək COVID-19-dan 6 milyon 298 min 372 nəfər dünyasını dəyişib.

İyirmi milyondan çox yoluxma olan ölkələr arasında ABŞ, Hindistan, Braziliya, Fransa, Almaniya və Böyük Britaniya ilk yerləri tutur.

Qeyd edək ki, koronavirus 2019-cu ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Ümumdünya Səhiyyə Təşkilatı 2020-ci ilin fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

Paylaş:
Baxılıb: 631 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31