Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Hərbi Prokurorluq hərbi qulluqçunun özünü öldürməsi ilə bağlı məlumat yayıb

Hərbi Prokurorluq hərbi qulluqçunun özünü öldürməsi ilə bağlı məlumat yayıb

05.06.2022 [19:08]

Azərbaycan Respublikasının Hərbi Prokurorluğu Müdafiə Nazirliyinin hərbi qulluqçusunun odlu silahdan atəş açmaqla özünü öldürməsi ilə bağlı məlumat yayıb. 

Hərbi Prokurorluğun mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin hərbi qulluqçusu, əsgər Abdullazadə Səid Məzahir oğlunun odlu silahdan atəş açmaqla özünü öldürməsi barədə Kəlbəcər Hərbi Prokurorluğuna məlumat daxil olub. 

Daxil olmuş məlumat əsasında Kəlbəcər Hərbi Prokurorluğunun əməkdaşları tərəfindən hadisə yerinə və meyitə baxış keçirilib, iş üçün əhəmiyyət kəsb edən predmetlər maddi sübut kimi götürülüb, izahatlar alınıb və digər hərəkətlər icra edilib.

Fakt üzrə Kəlbəcər Hərbi Prokurorluğunda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanılaraq şahidlər dindirilib, müvafiq ekspertizalar təyin edilib və təxirəsalınmaz zəruri istintaq hərəkətləri həyata keçirilib.

Hazırda istintaq davam etdirilir və qanunvericiliyin tələblərinə uyğun olaraq bütün tədbirlərin görülməsi təmin olunacaqdır.

Paylaş:
Baxılıb: 115 dəfə
Multi-media

Xəbər lenti

Hamısına bax

Ədəbiyyat

Sosial

Avropa imtina edir

02 İyul 12:09

Xarici siyasət

Siyasət

Xəbər lenti

Xəbər lenti

Ədəbiyyat

Xəbər lenti

Müsahibə

Xarici siyasət

İqtisadiyyat

İqtisadiyyat

Prezident bu gün

Prezident bu gün

01 İyul 09:55

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31