AQSİA təmsilçiləri Rumıniyada keçirilən konfransda iştirak ediblər
06.06.2022 [17:32]
Bu günlərdə Rumıniyanın müxtəlif bölgələrindən yüzlərlə qadın sahibkarın qatıldığı konfrans təşkil olunub. Rumıniya Qadın Sahibkarlar Assosiasiyasının təşkil etdiyi konfransda USAID Özəl Sektorun İnkişafı Layihəsinin maliyyə dəstəyi ilə AQSİA İdarə Heyətinin sədri Səkinə Babayeva və Assosiasiyanın digər təmsilçiləri iştirak edib. Rumıniya və Avropa parlamenti deputatlarının qatıldığı toplantıda çıxış edən natiqlər biznesdə qadınların rolunun daha da gücləndirilməsindən, təcrübə mübadiləsinin əhəmiyyətindən bəhs ediblər.
Rumıniya Qadın Sahibkarlar Assosiasiyasının təşkilatçılığı ilə keçirilən konfransda Azərbaycan Qadın Sahibkarlar İnkişafı Assosiasiyasının (AQSİA) İdarə Heyətinin sədri Səkinə Babayeva çıxış edərək iki ölkənin xanım sahibkarları arasında münasibətlərin əhəmiyyətindən danışıb. AQSİA sədri rəhbərlik etdiyi qurumun fəaliyyətindən söz açaraq qeyd edib ki, Azərbaycanda qadın sahibkarlığının inkişafı istiqamətində ciddi addımlar atılır. Eyni zamanda Səkinə Babayeva USAID Özəl Sektorun İnkişafı Layihəsi çərçivəsində qadın sahibkarlığın inkişafı üçün görülən əhəmiyyətli işlərdən bəhs edib. Avropa Parlamentinin deputatı, Rumıniya Qadın Sahibkarlar Assosiasiyasının prezidenti, Yüngül Sənayedə İşəgötürənlər Federasiyasının prezidenti, Milli İxracatçılar Şurasının üzvü Maria Qrapininin moderatorluğu ilə gerçəkləşən konfransda Rumıniya Nümayəndələr Palatasının üzvü, deputat, siyasətçi Elena Stoica, Beynəlxalq Şəxsi Müəssisə Mərkəzi Mütəxəssisi Camelia Bulat da çıxışlarında Azərbaycanla təmasların genişlənməsində maraqlı olduqlarını bildiriblər. Daha sonra konfrans iştirakçılarına rəsmi ziyafət verilib. Səfərin ikinci günü Rumıniya Qadın
Sahibkarlar Assosiasiyası ilə Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyası arasında əməkdaşlığa dair memorandum imzalanıb.
Xəbər lenti
Hamısına baxMaraqlı
29 May 22:25
Maraqlı
29 May 21:19
Dünya
29 May 20:41
Dünya
29 May 19:22
Dünya
29 May 18:17
İdman
29 May 17:29
Dünya
29 May 16:45
Dünya
29 May 15:33
Dünya
29 May 14:19
İdman
29 May 13:24
Sosial
29 May 12:38
Dünya
29 May 12:31
Dünya
29 May 11:40
Dünya
29 May 10:17
Dünya
29 May 09:50
Dünya
29 May 09:25
Dünya
29 May 08:51
İdman
29 May 08:38
Siyasət
28 May 23:45
Siyasət
28 May 22:08
Siyasət
28 May 21:36
Siyasət
28 May 20:31
Dünya
28 May 19:40
Dünya
28 May 18:32
Dünya
28 May 17:27
Gündəm
28 May 16:49
Siyasət
28 May 16:29
Dünya
28 May 16:19
Siyasət
28 May 16:09
Siyasət
28 May 16:08
Sosial
28 May 15:25
Siyasət
28 May 15:22
Siyasət
28 May 14:59
Gündəm
28 May 14:59
Gündəm
28 May 14:33
Gündəm
28 May 14:21
Gündəm
28 May 13:42
Dünya
28 May 13:40
Siyasət
28 May 13:13
Gündəm
28 May 12:59
Siyasət
28 May 12:34
Dünya
28 May 12:19
Siyasət
28 May 11:45
Dünya
28 May 11:25
Siyasət
28 May 10:45
Siyasət
28 May 10:33
Dünya
28 May 10:33
Siyasət
28 May 09:34
Siyasət
28 May 09:27
Dünya
28 May 08:49
Dünya
27 May 23:19
Gündəm
27 May 22:35
Dünya
27 May 21:40
Dünya
27 May 20:17
Siyasət
27 May 19:36
Dünya
27 May 19:25
Dünya
27 May 18:20
Dünya
27 May 17:31
Dünya
27 May 16:22
İdman
27 May 15:38
Siyasət
27 May 15:38
Siyasət
27 May 15:37
Hadisə
27 May 15:10
Dünya
27 May 14:59
Dünya
27 May 14:25
Mədəniyyət
27 May 13:41
Dünya
27 May 13:17
Dünya
27 May 12:59
Gündəm
27 May 12:23
Gündəm
27 May 11:35

