Vardanyanın Qarabağ “arzusu”...
06.09.2022 [10:23]
Onun qanunsuz hərəkətlərinə qanunun tələbləri ilə cavab veriləcək
N.BAYRAMLI
Erməni biznesmen, milyarder Ruben Vardanyan Rusiya vətəndaşlığından imtina edərək Xankəndinə köçəcəyini, Qarabağda yaşayacağını bildirib. O, həmin ərazilərə yatırımlar etmək istəyində də olduğunu deyib. Vardanyanın bu qərarı ciddi suallar doğurur. Erməni milyarderin bu istəyinin qarşısı necə alına bilər?
Məsələ ilə bağlı qəzetimizə açıqlama verən Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Arzu Nağıyev bildirib ki, istər R.Vardanyanın, istərsə də başqalarının Azərbaycan sərhədini qanunsuz olaraq keçməsinə görə cinayət məsuliyyəti var. Bu barədə Cinayət Məcəlləsində müvafiq maddələrin olduğunu deyən komitə üzvünün sözlərinə görə, Vardanyan daim Rusiyanın hakim elitasının yanında olan adamdır: “Onun özbaşına Rusiya vətəndaşlığından çıxaraq külli miqdarda olan maliyyəsi ilə başqa yerlərdə yatırımlar etməsi inandırıcı deyil. Burada söhbət böyük siyasətdən gedir. Digər tərəfdən, Vardanyan hansı dövlətin vətəndaşlığını qəbul edəcək? Artıq Qarabağ münaqişəsi həll olunub, dövr əvvəlki dövr deyil. Heç kim, o cümlədən Vardanyan Qarabağa gələrək icazəsiz yatırım edə bilməz. Hər bir məsələ Azərbaycanla razılaşdırılmalıdır”.
Millət vəkilinin fikrincə, müəyyən dairələr bu hadisə fonunda Azərbaycanın nəbzini yoxlayırlar. Bilmək istəyirlər ki, Azərbaycan necə reaksiya verəcək. “Əlbəttə ki, Vardanyanın Qarabağa köçüb yaşamasına münasibətimiz kəskindir. Heç bir xarici vətəndaş Azərbaycan ərazisinə qanunsuz keçib nə yaşaya, nə də iş qura bilməz. Düşünürəm ki, burada məqsəd gələcəkdə Rusiyanın müəyyən dairələri tərəfindən Arayik Arutunyana alternativ yaratmaq ola bilər”, - deyə A.Nağıyev əlavə edib.
Politoloq Yeganə Hacıyeva isə bildirib ki, R.Vardanyanın adı Korrupsiya və Mütəşəkkil Cinayətkarlığın Araşdırılması Mərkəzinin (OCCRP) hesabatında çəkilir. Hesabatda Vardanyanla yanaşı, bir sıra digər erməni iş adamlarının Rusiyada yaratdıqları “çirkli pulların yuyulması sxemi”ndən bəhs edilir. Rusiyanın hakim elitası ilə sıx əlaqədə olan bu şəxslər böyük investisiya bankları vasitəsilə bu ölkədən 9 milyard dollarlıq vəsaitin çıxarılmasında ittiham olunurlar. “Troyka” adlandırılan bu sxem korrupsiyaya bulaşmış siyasətçilərə və mütəşəkkil cinayətkar şəbəkələrin üzvlərinə “çirkli vəsaitlərin yuyulması”, vergidən boyun qaçırma, mülkiyyətin xaricdə gizlədilməsi kimi imkanların yaradılmasına xidmət edib. Onun sözlərinə görə, bu prosesə isə Xankəndidə yaşamaq istəyən və Rusiyada özünə “qərbyönümlü reputasiya” qazanmış Ruben Vardanyan rəhbərlik edib: “Vardanyan ötən illərdə Azərbaycanın işğal edilmiş ərazilərində kənardan gətirilmiş ermənilərin yerləşdirilməsi üçün kəndlərin salınması layihələrini maliyyələşdirməsi, həmin ərazilərdə məktəb və kilsələrin tikdirməsi ilə diqqət çəkmişdi. Eyni zamanda, oğlu David Vardanyanı Azərbaycanın işğalda olan ərazilərinə “hərbi xidmət”ə yola salmışdı. Əslində isə oğlunu “çirkli pulların yuyulması”na və oradakı biznesinə rəhbərlik etmək üçün bura göndərmişdi. Vardanyanın “humanitar fondlar” adı altında qurduğu təsisatlar Qarabağla yanaşı, Livan və Suriya kimi ölkələrdə erməni kəndlərinin salınmasında, kilsə və məktəblərin tikilməsində fəal rol oynayıblar. Məhz bu çərçivədə işğal dövründə Suriya və Livandan erməni ailələri Azərbaycanın işğal altındakı ərazilərinə köçürülmüşdü. Vardanyanın bu fəaliyyətlərindəki əsas hədəflərindən biri də Rusiyadan çıxardığı “çirkli pullar”ı yumaq idi. Vardanyan həmişə öz çirkin məqsədlərini həyata keçirmək üçün Qarabağ separatçıları ilə əlaqədə olub. “Çirkli pulların yuyulması”ndan tutmuş, narkotiklərin qanunsuz dövriyyəsinə qədər bir çox cinayət əməllərinin həyata keçirilməsində iştirakçı və icraçı olub”.
Politoloq qeyd edib ki, R. Vardanyan Avropada Azərbaycana qarşı “siyasi məhbus” məsələsinin qabardılmasında və maliyyələşdirilməsində, eləcə də layihələşdirilməsində aktiv rol oynayıb. Vardanyanın cinayət dosyesi kifayət qədər qabarıqdır. Bu erməni qanunsuz silah və narkotik satışı ilə məşğuldur. Ötən illərdə Qarabağda “ekoloji kəndlər” adı altında şübhəli və məxfi layihələr həyata keçirib. Həmsöhbətimiz hesab edir ki, Vardanyanın Qarabağda yaşamaq istəyinin qarşısını almaq üçün Azərbaycan beynəlxalq hüquq və Konstitusiya çərçivəsində addımlar ata bilər: “Beynəlxalq hüquqla sülhməramlı fəaliyyəti çərçivəsində nəzarət olunan ərazilərdə terror qurumları, terrorçuluq fəaliyyəti və terrorun bütün təzahürlərinə dəstək verən qrupların təqibi əsasları var. Buna hərbi əməliyyatlar deyirlər. Bu hərbi əməliyyatlar həm birbaşa, həm də müştərək, yəni sülhməramlılarla birgə aparılır”. Y.Hacıyevanın fikrincə, Rusiya sülhməramlılarının belə bir hərbi əməliyyat aparacağı sual doğurur. Məsələ ondadır ki, onların nəzarətində olan ərazidə bu erməninin Qarabağla bağlı planları var, orada özünə ofşor zona yaratmaq istəyir. Necə ki, başqa yerlərdə yaradıb. Həmin ərazidə sanksiyalardan yayınmaqla fəaliyyət göstərə bilərlər. Vardanyanın Xankəndinə köçüb yaşamaq istəyi Qarabağ sevgisi ilə bağlı deyil. Məqsəd çirkli planlarını həyata keçirməkdir. Ona görə də, Vardanyanın Qarabağda qaldığı hər gün ona qarşı qanun çərçivəsində addımlar atılması üçün daha ciddi əsaslar formalaşdırır. “Onun nümayişkaranə şəkildə gəlməsi başqalarının eyni qaydada hərəkətinə səbəb ola bilər. Bu dairələr regionla bağlı yeni planlarını reallaşdırmaq istəyirlər ki, bu da revanşistlərə stimul verir. Buna görə də, Azərbaycanın beynəlxalq hüquq və Konstitusiya çərçivəsində lazımi addımlar atacağı gözləniləndir”, -deyə politoloq qeyd edib.
Xəbər lenti
Hamısına baxSosial
10 May 19:23
Sosial
10 May 18:45
YAP xəbərləri
10 May 17:46
YAP xəbərləri
10 May 17:15
Siyasət
10 May 16:19
Siyasət
10 May 15:24
Gündəm
10 May 13:59
Gündəm
10 May 12:57
Gündəm
10 May 12:51
Siyasət
10 May 12:32
Siyasət
10 May 12:20
Hadisə
10 May 12:02
Siyasət
10 May 11:57
İdman
10 May 10:19
Gündəm
10 May 09:13
Siyasət
10 May 00:24
Gündəm
09 May 23:53
Dünya
09 May 23:21
Dünya
09 May 22:40
Dünya
09 May 21:15
Dünya
09 May 20:33
Dünya
09 May 19:18
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:40
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38
Dünya
09 May 15:10
Dünya
09 May 14:54
Gündəm
09 May 14:46
Dünya
09 May 14:17
Siyasət
09 May 13:49
İdman
09 May 13:22
YAP xəbərləri
09 May 12:55
YAP xəbərləri
09 May 12:31
Gündəm
09 May 12:15
Xəbər lenti
09 May 12:09
Gündəm
09 May 12:01
İqtisadiyyat
09 May 11:54
Gündəm
09 May 11:52
Siyasət
09 May 11:31
İqtisadiyyat
09 May 11:17
İqtisadiyyat
09 May 10:54
Analitik
09 May 10:35
Siyasət
09 May 10:33
Analitik
09 May 10:12
Ədəbiyyat
09 May 09:57
Analitik
09 May 09:32
Sosial
09 May 09:15
Ədəbiyyat
09 May 08:51
Ədəbiyyat
09 May 08:39
Siyasət
09 May 08:17
Gündəm
09 May 08:10
Gündəm
09 May 07:42
Dünya
09 May 07:17
Xəbər lenti
09 May 06:36
Dünya
09 May 06:35
Dünya
08 May 23:34
Dünya
08 May 23:04
Formula 1
08 May 22:46
Dünya
08 May 22:34
Hərbi
08 May 22:31
İqtisadiyyat
08 May 22:18
Dünya
08 May 21:50
Xəbər lenti
08 May 21:23
İqtisadiyyat
08 May 21:22

