ABŞ Azərbaycana 2 milyon dollar ayırıb
13.09.2022 [10:40]
Hərbi ekspert: Ərazilərin minalardan tam təmizlənməsi üçün 100 milyonlarla dollar lazımdır
Günel ABBASOVA
44 günlük müharibədən sonra Azərbaycan dövlətinin əsas prioritetlərindən biri də Qarabağ həqiqətlərinin, oradakı vəziyyətin dünyaya çatdırılmasıdır. Bunu əsas götürərək bərpa-quruculuq işlərinin başladığı andan etibarən müxtəlif ölkələrin nümayəndələrinin bu bölgələrə səfərləri təşkil edilir. İşğaldan azad edilmiş ərazilərdə beynəlxalq tədbirlərin keçirilməsi və ölkəmizdə fəaliyyət göstərən diplomatik korpus nümayəndələrinin tez-tez Şuşaya, eləcə də digər ərazilərə səfər etməsi təsadüfi deyil. Qarabağ və Şərqi Zəngəzurda xüsusilə minalarla bağlı problemlərin dünyaya çatdırılmasında bu addımlar əhəmiyyətli rol oynayır. İşğaldan azad olunmuş ərazilərdə mövcud vəziyyətlə tanış olan nümayəndələr Azərbaycana minalardan təmizlənmə işləri üçün dəstək və maliyyə yardımının ayrılmasını dünyanın diqqətinə çatdırmağa davam edirlər. Dünya ictimaiyyətinə belə açıqlamaların nəticəsidir ki, ötən gün ABŞ Qarabağ müharibəsindən zərər çəkmiş ərazilərin minalardan təmizlənməsinə 2 milyon dollar ayırıb.
ABŞ departamentinin mətbuata yaydığı məlumatda qeyd olunub ki, regional sülh və əməkdaşlığı təşviq etmək üçün Birləşmiş Ştatlar 2020-ci ilin payızında Cənubi Qafqazda Ermənistan və Azərbaycan hərbi qüvvələri arasında baş vermiş intensiv döyüşlərdən zərər çəkmiş ərazilərdə humanitar minatəmizləmə əməliyyatları üçün 2 milyon dollar ayırdığını elan etməkdən məmnundur: “Münaqişə zonasında minalar və partlamamış hərbi sursatlar dinc sakinləri öldürməkdə və şikəst etməkdə, iqtisadi inkişafı əngəlləməkdə və köçkünlərin təhlükəsiz geri qayıtmasının qarşısını almaqda davam edir. 2021-ci ilin noyabrında elan edilən 500 000 dollara əsaslanaraq, ABŞ-ın yeni maliyyəsi minaları və partlamamış hərbi sursatları təmizləmək üçün minatəmizləmə təşkilatlarının texniki imkanlarını gücləndirməyə davam edəcək. Bu səylər insanların təhlükəsizliyinin yaxşılaşdırılması və məcburi köçkünlərin öz evlərinə qayıtmasına və həyatlarını təhlükəsiz şəkildə bərpa etməsinə imkan yaratmaq üçün çox vacibdir”.
Əlbəttə ki, ABŞ-ın Azərbaycanın minalardan təmizləmə işini təkbaşına yerinə yetirməməli olduğunu anlaması və bu xüsusda maliyyə yardımı göstərməsi müsbət bir addımdır. Bəs, bu vəsait 4.5 milyona yaxın minalarla örtülü olan ərazilərin təmizlənməsinə nə qədər kömək olacaq, vəsait hansı istiqamətdə istifadə ediləcək?
Hərbi Ekspert Ədalət Verdiyev “Yeni Azərbaycan”a açıqlamasında bildirib ki, ayrılan vəsaitin cəmi 2 milyon dollardan ibarət olması təəssüf doğurur: “ABŞ yaxşı anlayır ki, minatəmizləmə nə qədər uzun müddət tələb edən və təhlükəli prosesdir. Ona görə də ayrılan 2 milyon dollar nisbətən az məbləğdir. Ümid edirik ki, bu vəsait yaxın perspektivdə ən azı bir neçə dəfə artırılacaq. Nəzərə alsaq ki, ANAMA və onunla birgə ərazilərimizin minalardan təmizlənməsində iştirak edən şirkətlər bu bölgələrin tamamilə təmizlənməsi üçün 100 milyonlarla dollar vəsaitə ehtiyac duyur. O zaman bu məbləğin nə qədər kiçik bir rəqəm olduğunu da aşkar şəkildə görə bilərik. Bu məbləğ, sadəcə kiçik bir ərazinin təmizlənməsi üçün kifayətdir”.
Xəbər lenti
Hamısına baxGündəm
10 May 12:57
Gündəm
10 May 12:51
Siyasət
10 May 12:32
Gündəm
10 May 12:27
Siyasət
10 May 12:20
Hadisə
10 May 12:02
Siyasət
10 May 11:57
İdman
10 May 10:19
Gündəm
10 May 09:13
Siyasət
10 May 00:24
Gündəm
09 May 23:53
Dünya
09 May 23:21
Dünya
09 May 22:40
Dünya
09 May 21:15
Dünya
09 May 20:33
Dünya
09 May 19:18
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:40
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38
Dünya
09 May 15:10
Dünya
09 May 14:54
Gündəm
09 May 14:46
Dünya
09 May 14:17
Siyasət
09 May 13:49
İdman
09 May 13:22
YAP xəbərləri
09 May 12:55
YAP xəbərləri
09 May 12:31
Gündəm
09 May 12:15
Xəbər lenti
09 May 12:09
Gündəm
09 May 12:01
İqtisadiyyat
09 May 11:54
Gündəm
09 May 11:52
Siyasət
09 May 11:31
İqtisadiyyat
09 May 11:17
İqtisadiyyat
09 May 10:54
Analitik
09 May 10:35
Siyasət
09 May 10:33
Analitik
09 May 10:12
Ədəbiyyat
09 May 09:57
Analitik
09 May 09:32
Sosial
09 May 09:15
Ədəbiyyat
09 May 08:51
Ədəbiyyat
09 May 08:39
Siyasət
09 May 08:17
Gündəm
09 May 08:10
Gündəm
09 May 07:42
Dünya
09 May 07:17
Xəbər lenti
09 May 06:36
Dünya
09 May 06:35
Dünya
08 May 23:34
Dünya
08 May 23:04
Formula 1
08 May 22:46
Dünya
08 May 22:34
Hərbi
08 May 22:31
İqtisadiyyat
08 May 22:18
Dünya
08 May 21:50
Xəbər lenti
08 May 21:23
İqtisadiyyat
08 May 21:22
Dünya
08 May 21:08
Dünya
08 May 20:43
Xəbər lenti
08 May 20:39
Dünya
08 May 20:30
İdman
08 May 20:16
Sosial
08 May 19:52

