Vətən müharibəsi iştirakçısı olan hərbçidən pul tələb edən sayt rəhbəri həbs olunub
15.09.2022 [13:15]
Azərbaycanda hərbi vəzifəli şəxsdən hədə-qorxu ilə pul tələb edən xəbər portalının rəhbəri həbs olunub.
Bu barədə Baş Prokurorluq və Dövlət Təhlükəsizliyi Xidməti (DTX) birgə məlumatı yayıb.
Bildirilib ki, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən “realxeber.org” internet saytının və eyni adlı youtub kanalının idarəçisi Zaur Qafarovun hərbi qulluqçudan barəsində həqiqətə uyğun olmayan rüsvayedici məlumatları yayma hədəsi ilə pul tələb etməsi barədə DTX-dən daxil olan məlumat əsasında əməliyyat-axtarış tədbirləri keçirilib.
Əməliyyat-axtarış tədbirləri ilə Zaur Qafarovun video-foto montaj vasitəsi ilə İkinci Qarabağ müharibəsi iştirakçısı olan hərbi vəzifəli şəxs barəsində sonuncunun guya hərbi qulluqçu adına yaraşmayan işlərlə məşğul olmasına dair nüfuzdan salan və həqiqətə uyğun olmayan video-çarx hazırlayaraq idarə etdiyi media platformalarına ictimaiyyətə açıq şəkildə qəsdən yerləşdirməsinə, həmin videogörüntülərin daha geniş ictimai kütlə arasında yaymaqla hədələyib bunun müqabilində sonuncudan pul tələb etməsinə əsaslı şübhələr müəyyən edilib.
Toplanan ilkin sübutlar əsasında Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanmaqla Zaur Qafarova həmin Məcəllənin 182.1-ci (Hədə-qorxu ilə tələb etmə) maddəsi ilə ittiham elan edilib və barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
"Hazırda təqsirləndirilən şəxsin eyni xarakterli əməllərindən zərər çəkən digər şəxslərin müəyyən edilməsi istiqamətində istintaq davam etdirilir", - birgə məlumatda qeyd olunub.
Xəbər lenti
Hamısına baxDünya
29 May 19:22
Dünya
29 May 18:17
İdman
29 May 17:29
Dünya
29 May 16:45
Dünya
29 May 15:33
Dünya
29 May 14:19
İdman
29 May 13:24
Dünya
29 May 12:31
Dünya
29 May 11:40
Dünya
29 May 10:17
Dünya
29 May 09:50
Dünya
29 May 09:25
Dünya
29 May 08:51
İdman
29 May 08:38
Siyasət
28 May 23:45
Siyasət
28 May 22:08
Siyasət
28 May 21:36
Siyasət
28 May 20:31
Dünya
28 May 19:40
Dünya
28 May 18:32
Dünya
28 May 17:27
Gündəm
28 May 16:49
Siyasət
28 May 16:29
Dünya
28 May 16:19
Siyasət
28 May 16:09
Siyasət
28 May 16:08
Sosial
28 May 15:25
Siyasət
28 May 15:22
Siyasət
28 May 14:59
Gündəm
28 May 14:59
Gündəm
28 May 14:33
Gündəm
28 May 14:21
Gündəm
28 May 13:42
Dünya
28 May 13:40
Siyasət
28 May 13:13
Gündəm
28 May 12:59
Siyasət
28 May 12:34
Dünya
28 May 12:19
Siyasət
28 May 11:45
Dünya
28 May 11:25
Siyasət
28 May 10:45
Siyasət
28 May 10:33
Dünya
28 May 10:33
Siyasət
28 May 09:34
Siyasət
28 May 09:27
Dünya
28 May 08:49
Dünya
27 May 23:19
Gündəm
27 May 22:35
Dünya
27 May 21:40
Dünya
27 May 20:17
Siyasət
27 May 19:36
Dünya
27 May 19:25
Dünya
27 May 18:20
Dünya
27 May 17:31
Dünya
27 May 16:22
İdman
27 May 15:38
Siyasət
27 May 15:38
Siyasət
27 May 15:37
Hadisə
27 May 15:10
Dünya
27 May 14:59
Dünya
27 May 14:25
Mədəniyyət
27 May 13:41
Dünya
27 May 13:17
Dünya
27 May 12:59
Gündəm
27 May 12:23
Gündəm
27 May 11:35
Siyasət
27 May 11:19
Gündəm
27 May 10:52
Siyasət
27 May 10:36
Analitik
27 May 10:14

