Jurnalistlərin VIII qurultayına 7 gün qaldı...
17.09.2022 [11:29]
Jurnalistlərin VIII qurultayına 7 gün qalır. Qurultayın keçirilməsi üzrə Təşkilat Komitəsi Azərbaycan Mətbuat Şurasına üzv təşkilatlardan Azərbaycan jurnalistlərinin VIII qurultayında iştirak etmək üçün nümayəndələrin qəbulunu davam etdirir. İndiyə kimi 70-dək təşkilat qurultayda iştirakını təsdiqləyib. Onlar, eyni zamanda, Mətbuat Şurasının İdarə Heyətinə namizədlərinin adlarını da təqdim ediblər. Qurultay nümayəndələrinin və namizədlərin qəbulu prosesi 2022-ci il sentyabrın 20-də başa çatacaq. Bu barədə VIII qurultayın keçirilməsi üzrə Təşkilat Komitəsindən məlumat verilib.
Qeyd edək ki, sentyabrın 24-də baş tutacaq qurultayda Mətbuat Şurasının yeni sədrinin seçiləcəyi gözlənilir. Eyni zamanda qurultayda idarə heyətinin yeni tərkibi seçiləcək.
Xatırladaq ki, indiyədək Azərbaycan jurnalistlərinin 7 qurultayı keçirilib. Jurnalistlərin sonuncu qurultayı 2018-ci ildə baş tutub.
Yeni sədrin qarşısında ciddi vəzifələr var
Mövzu barədə “Yeni Azərbaycan”a açıqlama verən professor, Əməkdar jurnalist Qulu Məhərrəmli bildirib ki, media cameəsində jurnalistlərin VIII qurultayı ilə bağlı çox söz-söhbətlər gəzir. Professorun sözlərinə görə, bunlar yaxşı proseslərdir, yəni insanlarda ümid var ki, hansısa təşkilat mediaya yeni nəfəs verərək öz missiyasını davam etdirə bilər: “Amma qurultayla bağlı xüsusi bir gözləntim yoxdur. Yəni, Mətbuat Şurası özünü tənzimləmə qurumu kimi yaranmışdı və hesab edirəm ki, əvvəlki 4-5 ildə də müəyyən qədər səmərəli fəaliyyət göstərə, medianı ifadə edə bildi. Ancaq çox təəssüflər olsun ki, sonrakı illərdə Mətbuat Şurası medianı yönəldən məmurların əlində bir vasitəyə çevrildi. Yəni artıq medianın problemlərindən yox, gələn göstərişlərlə bağlı hərəkət etməyə başladı və bununla da çox ciddi nüfuz itkisinə yol verdi. Sentyabrın 24-də keçiriləcək qurultayda yeni rəhbərlik seçiləcək, ümumiyyətlə isə Şuranın idarə heyəti tamamilə dəyişməlidir. Artıq Mətbuat Şurasında yeni nəsil jurnalistlərin olmasını arzulayıram. Gözləntim budur ki, yeni texnoloji prosesləri idarə edə bilən, müasir media fəlsəfəsini qavrayan və cəmiyyətə təsir göstərmək imkanında olan insanlar Mətbuat Şurasında təmsil olunsunlar. Mətbuat Şurası özünü tənzimləmə qurumu kimi yaranmışdı, amma faktiki olaraq sonradan yaradılan və dövlət agentliyi olan MEDİA gözlədiyimiz və Şuranın özünü doğrultmadığı məqamları reallaşdırır. Ona görə də bundan sonra Mətbuat Şurası xüsusi bir komissiya kimi etik nüansları gözləyən təşkilat olaraq fəaliyyət göstərə bilər. Bizim təsəvvürümüzdəki Mətbuat Şurasının, xüsusən də 2003-2008-ci illər arasında mövcud olan Şuradan əsər-əlamət yoxdur. Ona görə də yeni seçiləcək sədr qarşısında ciddi vəzifələr dayanır. Ölkədə azad mətbuatla bağlı müəyyən problemlər var, müstəqil mətbuatı inkişaf etdirməklə əlaqədar addımlar atılmalıdır. Bütün bu məsələlər həll edilməlidir və bunun üçün də bizə inkişaf etmiş, yetkin cəmiyyət, ləyaqətli, peşəkar, istedadlı və təbii ki, maddi cəhətdən təmin olunmuş media lazımdır ki, həm cəmiyyəti ifadə etsin, həm dövlət qurumu olsun, həm də öz müstəqilliyini qorusun. Bunları bir yerə gətirmək çox çətindir, amma mümkündür. Ona görə də yeni sədri qarşıda çətin günlər gözləyir”.
Yeganə BAYRAMOVA
Xəbər lenti
Hamısına baxDünya
29 May 19:22
Dünya
29 May 18:17
İdman
29 May 17:29
Dünya
29 May 16:45
Dünya
29 May 15:33
Dünya
29 May 14:19
İdman
29 May 13:24
Dünya
29 May 12:31
Dünya
29 May 11:40
Dünya
29 May 10:17
Dünya
29 May 09:50
Dünya
29 May 09:25
Dünya
29 May 08:51
İdman
29 May 08:38
Siyasət
28 May 23:45
Siyasət
28 May 22:08
Siyasət
28 May 21:36
Siyasət
28 May 20:31
Dünya
28 May 19:40
Dünya
28 May 18:32
Dünya
28 May 17:27
Gündəm
28 May 16:49
Siyasət
28 May 16:29
Dünya
28 May 16:19
Siyasət
28 May 16:09
Siyasət
28 May 16:08
Sosial
28 May 15:25
Siyasət
28 May 15:22
Siyasət
28 May 14:59
Gündəm
28 May 14:59
Gündəm
28 May 14:33
Gündəm
28 May 14:21
Gündəm
28 May 13:42
Dünya
28 May 13:40
Siyasət
28 May 13:13
Gündəm
28 May 12:59
Siyasət
28 May 12:34
Dünya
28 May 12:19
Siyasət
28 May 11:45
Dünya
28 May 11:25
Siyasət
28 May 10:45
Siyasət
28 May 10:33
Dünya
28 May 10:33
Siyasət
28 May 09:34
Siyasət
28 May 09:27
Dünya
28 May 08:49
Dünya
27 May 23:19
Gündəm
27 May 22:35
Dünya
27 May 21:40
Dünya
27 May 20:17
Siyasət
27 May 19:36
Dünya
27 May 19:25
Dünya
27 May 18:20
Dünya
27 May 17:31
Dünya
27 May 16:22
İdman
27 May 15:38
Siyasət
27 May 15:38
Siyasət
27 May 15:37
Hadisə
27 May 15:10
Dünya
27 May 14:59
Dünya
27 May 14:25
Mədəniyyət
27 May 13:41
Dünya
27 May 13:17
Dünya
27 May 12:59
Gündəm
27 May 12:23
Gündəm
27 May 11:35
Siyasət
27 May 11:19
Gündəm
27 May 10:52
Siyasət
27 May 10:36
Analitik
27 May 10:14

