BMT Baş Assambleyasının 77-ci sessiyasında Azərbaycanın multikulturalizm durumu təqdir edilib
22.09.2022 [13:06]
21 sentyabr 2022-ci il tarixində BMT Baş Assambleyasının 77-ci sessiyası çərçivəsində Milli və ya etnik, dini və linqvistik azlıqlara məxsus şəxslərin hüquqları üzrə Bəyannamənin 30 illiyinə həsr edilən və açılış, ümumi debatlar və bağlanış sessiyalarından ibarət, fiziki formatda yüksək səviyyəli tədbiri keçirilib.
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin mətbuat xidmətindən “Yeni Azərbaycan”a verilən məlumata görə, BMT Baş Assambleyasının bu mötəbər tədbirində Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Rəvan Həsənov məruzə ilə çıxış edib.
Məruzədə Azərbaycanda əsrlər boyu formalaşan və bu gün də davam edən tolerantlıq mühiti, dövlətimizin əsas istiqamətlərindən biri olan multikulturalizm siyasəti, milli və dini qrupların fəaliyyətlərinə yaradılan şərait və dövlət tərəfindən onlara göstərilən qayğı barədə müfəssəl məlumat verilib. Qeyd edilib ki, Azərbaycanda ölkə başçısının fərmanı ilə 2014-cü ildə yaradılan Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi dövlət orqanı kimi azsaylı xalqların mədəniyyətinin, dilinin, inanclarının qorunması istiqamətində çox mühüm səmərəli layihələr həyata keçirib və keçirməkdə davam edir. Mərkəz dünyada nadir olan təşkilatlardandır və tolerantlıq, mədəniyyətlərarası dialoq və dinlərarası dialoqun qlobal səviyyədə təşviqinə öz töhfəsini verməkdədir. Mərkəzin nəzdində azsaylı xalqların məşvərət şurası fəaliyyət göstərir. Daha mühüm bir layihə isə budur ki, Mərkəzin təşkilatçılığı ilə Azərbaycanın bütün universitetlərində həm bakalavr, həm də magistr pilləsində, bütün ixtisaslarda multikulturalizm fənni tədris olunur. Bununla yanaşı, bu fənn dünyanın 24 nüfuzlu universitetində də Mərkəzin təşkilatçılığı ilə tədris edilir. Bu gələcək nəsillərdə tolerantlıq və multikultural düşüncənin formalaşması baxımından çox vacibdir. Rəvan Həsənov çıxışında eyni zamanda vurğulayıb ki, Azərbaycanda multikulturalizmin dövlət siyasəti səviyyəsində həyata keçirilməsinə baxmayaraq ölkəmizin mədəni irsinə qarşı son 30 ildə Ermənistan tərəfindən məqsədli şəkildə vandalizm aktı törədilib. Azərbaycanın işğaldan azad edilən ərazilərində tarixi-dini abidələr, ibadətgahlar tamamilə dağıdılıb və məhv edilib. Təəssüf ki, bu mədəni soyqrıma heç bir beynəlxalq təşkilat reaksiya göstərməyib. Bu cür hallar, əlbəttə, regionda dayanıqlı sülhə və birgəyaşayışa zərbə vurur.
Qeyd edək ki, dünyanın müxtəlif elmi dairələrində, nüfuzlu beynəlxalq təşkilatlarda ölkəmizdə müxtəlif xalqların və konfessiyaların sülh və əmin-amanlıq şəraitində birgə yaşamasına, Azərbaycan multikulturalizminin örnək model kimi öyrənilməsinə və Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin fəaliyyətinə maraq gündən-günə artır.
Xəbər lenti
Hamısına baxDünya
29 May 19:22
Dünya
29 May 18:17
İdman
29 May 17:29
Dünya
29 May 16:45
Dünya
29 May 15:33
Dünya
29 May 14:19
İdman
29 May 13:24
Dünya
29 May 12:31
Dünya
29 May 11:40
Dünya
29 May 10:17
Dünya
29 May 09:50
Dünya
29 May 09:25
Dünya
29 May 08:51
İdman
29 May 08:38
Siyasət
28 May 23:45
Siyasət
28 May 22:08
Siyasət
28 May 21:36
Siyasət
28 May 20:31
Dünya
28 May 19:40
Dünya
28 May 18:32
Dünya
28 May 17:27
Gündəm
28 May 16:49
Siyasət
28 May 16:29
Dünya
28 May 16:19
Siyasət
28 May 16:09
Siyasət
28 May 16:08
Sosial
28 May 15:25
Siyasət
28 May 15:22
Siyasət
28 May 14:59
Gündəm
28 May 14:59
Gündəm
28 May 14:33
Gündəm
28 May 14:21
Gündəm
28 May 13:42
Dünya
28 May 13:40
Siyasət
28 May 13:13
Gündəm
28 May 12:59
Siyasət
28 May 12:34
Dünya
28 May 12:19
Siyasət
28 May 11:45
Dünya
28 May 11:25
Siyasət
28 May 10:45
Siyasət
28 May 10:33
Dünya
28 May 10:33
Siyasət
28 May 09:34
Siyasət
28 May 09:27
Dünya
28 May 08:49
Dünya
27 May 23:19
Gündəm
27 May 22:35
Dünya
27 May 21:40
Dünya
27 May 20:17
Siyasət
27 May 19:36
Dünya
27 May 19:25
Dünya
27 May 18:20
Dünya
27 May 17:31
Dünya
27 May 16:22
İdman
27 May 15:38
Siyasət
27 May 15:38
Siyasət
27 May 15:37
Hadisə
27 May 15:10
Dünya
27 May 14:59
Dünya
27 May 14:25
Mədəniyyət
27 May 13:41
Dünya
27 May 13:17
Dünya
27 May 12:59
Gündəm
27 May 12:23
Gündəm
27 May 11:35
Siyasət
27 May 11:19
Gündəm
27 May 10:52
Siyasət
27 May 10:36
Analitik
27 May 10:14

