Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Erməni təxribatçılarının Kəlbəcər və Daşkəsəndə basdırdığı 230 mina zərərsizləşdirilib

Erməni təxribatçılarının Kəlbəcər və Daşkəsəndə basdırdığı 230 mina zərərsizləşdirilib

05.10.2022 [17:49]

Kəlbəcər və Daşkəsəndə 230 mina aşkarlanaraq zərərsizləşdirilib.

Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, erməni diversiya qruplarının Kəlbəcər rayonu ərazisində basdırdığı növbəti 118 ədəd PMN-Э tipli piyada əleyhinə və 4 ədəd TM-62M tipli tank əleyhinə mina, həmçinin Daşkəsən rayonu ərazisində 108 ədəd PMN-Э tipli piyada əleyhinə mina aşkar olunub.

Aşkar edilən bütün minalar mühəndis-istehkamçılarımız tərəfindən təhlükəsizlik qaydalarına riayət olunmaqla zərərsizləşdirilib.

"Azərbaycan Ordusunun mühəndis-istehkam bölmələri ərazilərimizin minalardan təmizlənməsi üzrə fəaliyyətlərini yüksək peşəkarlıqla icra edir", - məlumatda qeyd olunub.

Paylaş:
Baxılıb: 586 dəfə

Xəbər lenti

Hamısına bax
Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30