AZAL uçuşların qabaqcıl peyk müşahidə sistemini tətbiq edir
18.10.2022 [16:26]
AZAL Azərbaycanın hava məkanında real vaxt rejimində hava hərəkətinin idarə olunmasına (HHİ) dair yüksək tələblərə cavab verən “Aireon” peyk sistemi vasitəsilə təyyarə uçuşlarının qlobal müşahidə sistemini tətbiq edəcəkdir.
"Azərbaycan Hava Yolları" QSC-nin Mətbuat xidmətindən bildiriblər ki, bu qabaqcıl yenilik aerokosmik sahədə qlobal təkamül prosesləri çərçivəsində innovativ texnologiyaların üstünlüklərindən tam istifadə edilməsinə imkan yaradacaqdır.
2022-ci il oktyabrın 18-də “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin prezidenti cənab Cahangir Əsgərovla “Aireon” şirkətinin prezidenti və baş icraçı direktoru cənab Don Toma arasında ABŞ-ın Azərbaycandakı müvəqqəti işlər vəkili Hugo Qevarın iştirakı ilə sözügedən sistemin tətbiqinə dair saziş imzalanmışdır.
Azərbaycanın hava məkanından keçərkən “Azəraeronaviqasiya” Hava Hərəkəti İdarəsi (AZANS) tərəfindən xidmət göstərilən tranzit uçuşların sayının ikiqat artdığı bir zamanda mövcud sistemin tətbiqi daha da önəmlidir. Hər gün AZANS 550-yə yaxın hava gəmisinə aeronaviqasiya xidmətlərini təqdim edir. Bu isə pandemiya dövrünədək olduğundan daha yüksək göstəricidir.
“Aireon” hava hərəkətini peyk idarəetmə sistemi uçuşların təhlükəsizliyi və effektivliyini radikal şəkildə optimallaşdıracaq həll təklif edir, eyni zamanda aviaşirkət üçün real vaxt rejimində reyslərin qlobal izlənməsini təmin edəcəkdir. Bu sistemin tətbiq edilməsi və tam istifadəsi ADS-B avadanlıqları ilə təchiz olunmuş təyyarələrin müşahidə edilməsini təmin etməklə yanaşı, daha əlverişli marşrut və yüksəklikləri seçməyə imkan yaradacaqdır,” - deyə AZAL prezidenti Cahangir Əsgərov bildirmişdir.
Beləliklə, bu sistem Azərbaycanın hava məkanında marşrutların iqtisadi effektivliyi və ekoloji təhlükəsizliyini təkmilləşdirməyə, yanacaqdan az istifadə etməyə və atmosferə zərərli tullantıların atılmasının minimuma endirilməsi ilə daha optimal marşrutlarla uçuşları planlaşdırmağa imkan yaradacaqdır. Eyni zamanda, bu sistem Azərbaycan aviaşirkətlərinə mənsub təyyarələrin dünyanın istənilən nöqtəsində uçuşları haqqında operativ məlumatların alınmasına da əlverişli şərait yaradacaqdır.
“AZAL regionda aviadaşımaların effektivliyi və təhlükəsizliyi sahəsində aparıcı rol oynayır,”- deyə “Aireon” şirkətinin prezidenti Don Toma vurğulamışdır. “Azərbaycanda kosmik texnologiyaların inkişafına rəhbərlik etmək istəyinə əsaslanaraq AZANS, “Aireon” şirkətinin ADS-B kosmik müşahidələrinin məlumatlarının Azərbaycanın hava məkanında istifadəsini tətbiq etməyə razılıq verməklə mühüm texnoloji addım atmışdır. “Aireon” şirkətinin məlumatları hava hərəkətini bilavasitə idarə edən dispetçerləri effektiv, təhlükəsiz və ekoloji cəhətdən təmiz müasir aeronaviqasiya xidmətləri ilə təmin etməklə AZANS-a Azərbaycanın hava məkanı haqqında tam təfərrüatlı məlumat təqdim edəcəkdir”.
“ABŞ-ın Bakıdaki Səfirliyinin müvəqqəti işlər vəkili Hüqo Qevara tədbirdə çıxış edərək demişdi: “Bu tədbir aerokosmik sahəsində olan tərəfdaşlığımızı vurğulayır. Mən müxtəlif iqtisadi sektorlarının Azərbaycanda uğur qazanmalarına sevinirəm. Birləşmiş Ştatların şirkətləri dünyanın müxtəlif ölkələrinə ən müasir xidmət və texnologiyaları təqdim edir. Bizim şirkətlərin yaxşılar sırasında ən yaxşı olmalarını bəyan etməkdən qürur duyuram. Hesab edirəm ki, AZAL Amerika texnologiyalarını və təhlükəsiz təchizatçılarını seçməklə müdrik qərar vermişdir,”” – Hüqo Qevara qeyd etmişdir.
Onu da qeyd edək ki, “Aireon” – “Iridium Communications Inc” peyk rabitə operatoru, “Nav Canada” şirkəti (Kanada Aeronaviqasiyası), NATS (Böyük Britaniya Aeronaviqasiyası), ENAV (İtaliya Aeronaviqasiyası), “Naviair” (Norveç Aeronaviqasiyası) və İrlandiya Aviasiya İdarəsi ilə əməkdaşlıq edir. Şirkət, ADS-B peyk əsaslı avtomatlaşdırılmış kosmik asılı müşahidə şəbəkəsindən istifadə etməklə dünyada hava gəmilərinin real zaman rejimində ilk peyk müşahidə sistemini işləyib hazırlamışdır.
Avropa Aviasiya Təhlükəsizliyi Agentliyi (EASA) tərəfindən rəsmi dəstək almış “Aireon” tarix boyu hava müşahidəsi üzrə ilk sertifikatlı təminatçıdır. 2017-ci ilin yanvar ayından 2019-cu ilin yanvar ayınadək “Space-X Falcon 9” raketlərində müvəffəqiyyətlə yerinə yetirilmiş “İridium NEXT” peykinin buraxılışı “Aireon” texnologiyasının əsasını təşkil edir.
Xəbər lenti
Hamısına baxDünya
11 May 23:22
Xəbər lenti
11 May 22:53
Siyasət
11 May 21:14
Dünya
11 May 20:24
Dünya
11 May 19:46
Dünya
11 May 18:40
İdman
11 May 18:19
Dünya
11 May 17:50
Dünya
11 May 17:27
Dünya
11 May 16:56
Sosial
11 May 16:28
Dünya
11 May 15:50
Dünya
11 May 15:22
Dünya
11 May 14:39
YAP xəbərləri
11 May 14:16
Dünya
11 May 13:40
Dünya
11 May 13:19
Dünya
11 May 12:47
YAP xəbərləri
11 May 12:13
Xəbər lenti
11 May 11:56
Hadisə
11 May 11:10
Hadisə
11 May 10:29
Dünya
11 May 09:58
Dünya
11 May 09:22
Dünya
11 May 08:45
Dünya
11 May 08:17
Dünya
11 May 07:50
İdman
11 May 07:24
Xəbər lenti
10 May 23:34
Dünya
10 May 22:12
Siyasət
10 May 22:06
Dünya
10 May 21:43
YAP xəbərləri
10 May 19:54
Sosial
10 May 19:23
YAP xəbərləri
10 May 18:52
Sosial
10 May 18:45
Siyasət
10 May 17:59
YAP xəbərləri
10 May 17:46
YAP xəbərləri
10 May 17:15
Siyasət
10 May 16:19
Xəbər lenti
10 May 15:48
Siyasət
10 May 15:24
Gündəm
10 May 13:59
Siyasət
10 May 13:23
Siyasət
10 May 13:22
Gündəm
10 May 12:57
Gündəm
10 May 12:51
Siyasət
10 May 12:32
Siyasət
10 May 12:20
Hadisə
10 May 12:02
Siyasət
10 May 11:57
İdman
10 May 10:19
Gündəm
10 May 09:13
Siyasət
10 May 00:24
Gündəm
09 May 23:53
Dünya
09 May 23:21
Dünya
09 May 22:40
Dünya
09 May 21:15
Dünya
09 May 20:33
Gündəm
09 May 19:40
Dünya
09 May 19:18
YAP xəbərləri
09 May 18:46
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38

