Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / İrandan yeni təhdid...

İrandan yeni təhdid...

13.12.2022 [10:32]

“qonşularının böyük dostu” bu dəfə də qonşularına “gücünü” göstərmək niyyətindədir

İran yenə təhdidləri ilə gündəm oldu. Belə ki, bu ölkənin vitse-spikeri  Əli Nikzad “bəzi qonşularına” ismarış göndərib: “İranın bəzi qonşuların ambisiyalarına cavabı onlar üçün güclü, əzici və təəssüfləndirici olacaq”.

Yerli KİV-in məlumatına görə, Əli Nikzad İranı “qonşularının böyük dostu” adlandırıb. “Qonşularla qonşuluq siyasəti İranın xarici siyasətinin dəyişməz prinsipidir. İran qonşularının böyük dostu və dəstəkçisidir. İraq xalqının və hökumətinin İŞİD-in ölkəni vəhşicəsinə işğalına qarşı şiddətlə müdafiə etməsi İranın qonşularına qarşı xeyirxahlığının yaxşı nümunəsidir”.

Qonşularının təhlükəsiz və iqtisadi cəhətdən firavan olmasının İran üçün vacib olduğunu iddia edən molla rejiminin nümayəndəsi ad çəkmədən bölgə ölkələrini təhdid edib. Nikzad bildirib ki, hər hansı bir qonşu ölkəsinin suverenliyinə qarşı iddia irəli sürərsə, İranın cavabı güclü, əzici və təəssüfləndirici olacaq.

Bu təzadlı fikirlərin müəllifi nə demək istəyib?

Paylaş:
Baxılıb: 402 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

İqtisadiyyat

Siyasət

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31