Riqininin qətli ciddi nəticələrə səbəb ola bilər
14.12.2022 [20:32]
Bildiyiniz kimi, Tehran rejimini son etiraz aksiyalarına görə sərt tənqid edən, bəlucların milli hüquqlarının pozulduğunu bildirən sünni din xadimi Mövləvi Əbdülvahid Riqini dekabrın 9-da oğurlanaraq qətlə yetirilib. İranın ali rəhbəri ayətullah Seyid Əli Xamenei isə bəlucların dini lideri Riqininin qətli ilə bağlı başsağlığı yayımlayıb.
Bizim internet portallarımız və qəzetlərimiz isə mətni düzgün tərcümə etməyiblər, nəticədə mətndə qətlin "rus muzdluları" tərəfindən həyata keçirildiyinin yer aldığı barədə informasiya gedib və hətta buna "ekspertlərimiz" münasibət bildirib. Əslində isə bəyanatda fars dilində "qatelan rusiyahənd" (yəni, "qatillər üzüqaradırlar") ifadəsi işlənib, yəni burada rus muzdlularından söhbət getmir. Həm həmkarlarımızdan, həm də çox hörmətli ekspertlərimizdən Yaxın Şərq, xüsusilə İranla bağlı məsələlərə münasibət bildirərkən diqqətli olmalarını xahiş edirəm.
Vurğulamaq istərdim ki, Riqini yalnız Sistan-Bəlucistan əyalətində deyil, ümumiyyətlə İran əhli-sünnə cameəsində böyük nüfuza malik din xadimi idi. Şübhəsiz ki, onun qətli xüsusi olaraq hazırlanmış icraatdır. Burada iki əsas versiyanın hər ikisi mümkün hesab edilə bilər:
1. Qətli Tehran rejiminə bağlı qüvvələr həyata keçirib. Məqsəd sünni icmasını, xüsusilə də bəlucları lidersiz qoymaq, hərəkatı zəiflətmək, hətta hərəkatda önə çıxan digər liderlərin gözlərini qorxutmaqdır;
2. Qətli prosesin daha kəskin qarşıdurmaya keçməsində maraqlı olan xarici xüsusi xidmət orqanları həyata keçirib. Məqsəd qisasçılıq hissləri üzərində qarşıdurmanı daha da körükləmək, sünni icmasının mübarizəsini daha da stimullaşdırmaqdır.
Səbəbin hansı olmasından asılı olmayaraq, Riqininin qətli ciddi nəticələrə səbəb ola bilər.
Vüqar Zifəroğlu, Yaxın Şərq ölkələri üzrə ekspert
Xəbər lenti
Hamısına baxDünya
29 May 19:22
Dünya
29 May 18:17
İdman
29 May 17:29
Dünya
29 May 16:45
Dünya
29 May 15:33
Dünya
29 May 14:19
İdman
29 May 13:24
Dünya
29 May 12:31
Dünya
29 May 11:40
Dünya
29 May 10:17
Dünya
29 May 09:50
Dünya
29 May 09:25
Dünya
29 May 08:51
İdman
29 May 08:38
Siyasət
28 May 23:45
Siyasət
28 May 22:08
Siyasət
28 May 21:36
Siyasət
28 May 20:31
Dünya
28 May 19:40
Dünya
28 May 18:32
Dünya
28 May 17:27
Gündəm
28 May 16:49
Siyasət
28 May 16:29
Dünya
28 May 16:19
Siyasət
28 May 16:09
Siyasət
28 May 16:08
Sosial
28 May 15:25
Siyasət
28 May 15:22
Siyasət
28 May 14:59
Gündəm
28 May 14:59
Gündəm
28 May 14:33
Gündəm
28 May 14:21
Gündəm
28 May 13:42
Dünya
28 May 13:40
Siyasət
28 May 13:13
Gündəm
28 May 12:59
Siyasət
28 May 12:34
Dünya
28 May 12:19
Siyasət
28 May 11:45
Dünya
28 May 11:25
Siyasət
28 May 10:45
Siyasət
28 May 10:33
Dünya
28 May 10:33
Siyasət
28 May 09:34
Siyasət
28 May 09:27
Dünya
28 May 08:49
Dünya
27 May 23:19
Gündəm
27 May 22:35
Dünya
27 May 21:40
Dünya
27 May 20:17
Siyasət
27 May 19:36
Dünya
27 May 19:25
Dünya
27 May 18:20
Dünya
27 May 17:31
Dünya
27 May 16:22
İdman
27 May 15:38
Siyasət
27 May 15:38
Siyasət
27 May 15:37
Hadisə
27 May 15:10
Dünya
27 May 14:59
Dünya
27 May 14:25
Mədəniyyət
27 May 13:41
Dünya
27 May 13:17
Dünya
27 May 12:59
Gündəm
27 May 12:23
Gündəm
27 May 11:35
Siyasət
27 May 11:19
Gündəm
27 May 10:52
Siyasət
27 May 10:36
Analitik
27 May 10:14

