Heydər Əliyev Fondunun Rusiyadakı nümayəndəliyi uşaqlara bayram sevinci yaşadıb
15.12.2022 [22:28]
Heydər Əliyev Fondunun Rusiya Federasiyasındakı nümayəndəliyinin əməkdaşları Fondun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə Yeni il ərəfəsində “Bizim ev” Ailə Tərbiyəsinə Dəstək Mərkəzində olub, valideyn himayəsindən məhrum uşaqlar üçün bayram tədbiri təşkil ediblər.
AZƏRTAC xəbər verir ki, uşaqlar üçün Moskva Kukla Teatrının ifasında “Al çiçək” tamaşası nümayiş etdirilib.
Fondun Rusiya nümayəndəliyinin humanitar proqramlar üzrə rəhbəri Tamilla Əhmədova bayramın təşkilindən danışaraq deyib: “Bu gün yenidən “Bizim ev” Ailə Tərbiyəsinə Dəstək Mərkəzində qonaq olmağımıza və Yeni il ərəfəsində müəssisənin yetirmələrini təbrik etməyimizə şadıq. Bugünkü uşaqlar – sabah ölkələrin, planetin, bütün bəşəriyyətin taleyini həll edəcək insanlardır. Bu gün uşaq, sabah - xalqdırlar. Bugünkü dünya böyüklərə məxsusdur və biz onlara dinc, xoşbəxt məmləkət miras qoymalıyıq. Uşaqlar planetimizin sabahıdır”.
O qeyd edib ki, uşaqların problemi Heydər Əliyev Fondunun diqqətindən heç vaxt kənarda qalmır, bu, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın rəhbərlik etdiyi Fondun fəaliyyətinin əsas istiqamətlərindən biridir. “Fondun vitse-prezidenti və Rusiya nümayəndəliyinin rəhbəri Leyla Əliyeva uşaqlara kömək edən, onların həyatını daha parlaq və xoşbəxt etmək iqtidarında olan hər bir layihəni bütün ölkələrdə həmişə dəstəkləyir”, - deyən T.Əhmədova xatırladıb ki, “Bizim ev” Ailə Tərbiyəsinə Dəstək Mərkəzindən olan uşaqlar Fondun dəvətilə Bakıya səfər edib, həmyaşıdları ilə görüşüb, şən vaxt keçiriblər. “Sevindirici haldır ki, ölkələrimizin və xalqlarımızın uşaqları dövlət və cəmiyyətin etibarlı müdafiəsi altında, bir-birinə qarşılıqlı hörmət ab-havasında böyüyür. Dostluqda ən möhkəm və ən səmimi münasibətlər məhz uşaqlıqda yaranır. Bu gün uşaq dostluğu, sabah isə xalqlar arasında dostluq”, - deyə T.Əhmədova sözünə yekun vurub.
“Bizim ev” Ailə Tərbiyəsinə Dəstək Mərkəzinin direktoru Vadim Menşov Heydər Əliyev Fonduna və şəxsən Fondun vitse-prezidenti Leyla Əliyevaya diqqət və qayğıya görə təşəkkür edib. O deyib: “Heydər Əliyev Fondunun əməkdaşları artıq bizim ailəmizin üzvləridir. Bizim birgə proqramlarımız, layihələrimiz var, uşaqların işə düzəlməsi ilə birgə məşğul oluruq, “Bizim ev”in yetirmələrinə kömək göstəririk. Fonda və şəxsən Leyla xanıma uşaqlarımıza göstərdiyi qayğıya görə “Çox sağ ol” deyirik”.
Tədbirin sonunda Heydər Əliyev Fondunun Rusiyadakı nümayəndəliyinin əməkdaşları uşaqlara Yeni il hədiyyələri paylayıblar.
Xəbər lenti
Hamısına baxMaraqlı
29 May 22:25
Maraqlı
29 May 21:19
Dünya
29 May 20:41
Dünya
29 May 19:22
Dünya
29 May 18:17
İdman
29 May 17:29
Dünya
29 May 16:45
Dünya
29 May 15:33
Dünya
29 May 14:19
İdman
29 May 13:24
Sosial
29 May 12:38
Dünya
29 May 12:31
Dünya
29 May 11:40
Dünya
29 May 10:17
Dünya
29 May 09:50
Dünya
29 May 09:25
Dünya
29 May 08:51
İdman
29 May 08:38
Siyasət
28 May 23:45
Siyasət
28 May 22:08
Siyasət
28 May 21:36
Siyasət
28 May 20:31
Dünya
28 May 19:40
Dünya
28 May 18:32
Dünya
28 May 17:27
Gündəm
28 May 16:49
Siyasət
28 May 16:29
Dünya
28 May 16:19
Siyasət
28 May 16:09
Siyasət
28 May 16:08
Sosial
28 May 15:25
Siyasət
28 May 15:22
Siyasət
28 May 14:59
Gündəm
28 May 14:59
Gündəm
28 May 14:33
Gündəm
28 May 14:21
Gündəm
28 May 13:42
Dünya
28 May 13:40
Siyasət
28 May 13:13
Gündəm
28 May 12:59
Siyasət
28 May 12:34
Dünya
28 May 12:19
Siyasət
28 May 11:45
Dünya
28 May 11:25
Siyasət
28 May 10:45
Siyasət
28 May 10:33
Dünya
28 May 10:33
Siyasət
28 May 09:34
Siyasət
28 May 09:27
Dünya
28 May 08:49
Dünya
27 May 23:19
Gündəm
27 May 22:35
Dünya
27 May 21:40
Dünya
27 May 20:17
Siyasət
27 May 19:36
Dünya
27 May 19:25
Dünya
27 May 18:20
Dünya
27 May 17:31
Dünya
27 May 16:22
İdman
27 May 15:38
Siyasət
27 May 15:38
Siyasət
27 May 15:37
Hadisə
27 May 15:10
Dünya
27 May 14:59
Dünya
27 May 14:25
Mədəniyyət
27 May 13:41
Dünya
27 May 13:17
Dünya
27 May 12:59
Gündəm
27 May 12:23
Gündəm
27 May 11:35

