Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Prezident İlham Əliyev Bəhreyn Kralına təbrik məktubu ünvanlayıb

Prezident İlham Əliyev Bəhreyn Kralına təbrik məktubu ünvanlayıb

16.12.2022 [11:15]

Prezident İlham Əliyev Bəhreynin Kralı Şeyx Həməd bin İsa Al Xəlifəyə təbrik məktubu ünvanlayıb.

Məktubda deyilir:

"Əlahəzrət,

Bəhreyn Krallığının milli bayramı münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edir və ən xoş arzularımı yetirirəm.

İnanıram ki, ölkələrimiz arasında dostluq və əməkdaşlıq münasibətləri xalqlarımızın mənafelərinə uyğun olaraq bundan sonra da inkişaf edəcək və genişlənəcəkdir.

Bu bayram günündə Sizə ən xoş arzularımı yetirir, dost Bəhreyn xalqına daim əmin-amanlıq və rifah diləyirəm".

Paylaş:
Baxılıb: 418 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

İqtisadiyyat

Siyasət

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31