Pensiya artımında vahid indeksasiya metoduna keçildi
16.12.2022 [11:30]
İndeksləşdirmə əsasında artım gələn ilin əvvəlindən bütün pensiyalara şamil olunacaq
Prezident İlham Əliyevin təsdiq etdiyi “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” yeni Qanun pensiyaçıların sosial müdafiəsinin gücləndirilməsinə xidmət edən növbəti addımdır.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən bildirilib ki, yeni Qanun pensiyaların indeksləşdirilərək artırılmasında gələn ilin əvvəlindən bütün növ pensiyalara münasibətdə vahid, bərabər yanaşmaya keçidi təmin edir.
Qulluq stajına görə əlavə alan pensiyaçıların (dövlət qulluqçuları, hərbi və xüsusi rütbəli şəxslər və s.) pensiyaları əgər bu vaxta qədər onların işləmiş olduqları sahələrdə əməkhaqqı artımı olduqda artırdısa, bundan sonra həmin pensiyalar da digər pensiyalar kimi hər ilin əvvəlində indeksləşdirilərək artırılacaq. Nəticədə həmin şəxslərin pensiyalarında da hər il artım baş verəcək.
Digər tərəfdən, xüsusi şərtlərlə pensiya alan şəxslərin pensiyalarına bu il üzrə hər ay ödənilən 10 faiz, həmçinin ümumi əsaslarla pensiya alan şəxslərin pensiyalarına isə il ərzində ödənilən 200 manat maddi yardımın bir aya düşən məbləği (16,67 manat) 2023-cü il yanvarın 1-dən onların pensiyalarının tərkibinə daxil ediləcək. Bundan sonra yekun pensiya məbləğləri 2022-ci il üzrə orta aylıq nominal əməkhaqqının illik artım tempinə uyğun indeksləşdirilib artırılacaq.
Misal üçün, xüsusi şərtlərlə pensiya təyin edilmiş şəxsin pensiyası 1000 manatdırsa, bu il əlavə dəstək olaraq hər ay verilən 10 faiz (100 manat) maddi yardımla birgə 1100 manat hesablanmaqla, indeksasiya faizi qədər artım bu yekun məbləğin (1100 manat) üzərinə əlavə ediləcək.
Qeyd edək ki, son 10 ildə həmin kateqoriyadan olan şəxslərin böyük əksəriyyətinin pensiyasında ən yüksək artım 70 faiz olubsa, ümumi əsaslarla pensiyaya çıxan şəxslərin pensiyalarında indeksasiya nəticəsində artım 98 faiz olub.
Bu da vahid indeksasiya metoduna keçidin xüsusi şərtlərlə pensiyaya çıxan şəxslərin pensiyalarının davamlı artımı üçün daha effektiv və onların mənafeyinə uyğun olduğunu göstərir.
Eyni zamanda, hər il pensiyaların indeksləşdirilərək artırılması elektron qaydada həyata keçirilir və xüsusi şərtlərlə təyin olunmuş pensiyaların da növbəti ildən e-sistem üzərindən artırılması təmin olunacaq. Bununla həm də aidiyyəti qurumların bu sahədə inzibatçılığını yüngülləşdirilməklə, əməkhaqqı artımı ilə bağlı hər hansı məlumat təqdimetmə öhdəliyi də aradan qalxacaq.
Eləcə də dövlət qulluqçusu, hərbi qulluqçu və digər bu kateqoriyadan olan şəxslərə pensiya təyin edildikdən sonra onlar da azı 6 il işlədikdə (və ya pensiya təyin edildikdən sonra bir müddət işləyib daha işləmədikdə) topladıqları kapitala əsasən hesablanacaq artım pensiyalarının ümumi məbləğinin üzərinə əlavə ediləcək və daha yüksək məbləğdə pensiya məbləğlərinin formalaşmasına səbəb olacaqdır.
Mübariz Abdullayev
Xəbər lenti
Hamısına baxDünya
28 May 18:32
Dünya
28 May 17:27
Dünya
28 May 16:19
Sosial
28 May 15:25
Gündəm
28 May 14:33
Gündəm
28 May 14:21
Gündəm
28 May 13:42
Dünya
28 May 13:40
Gündəm
28 May 13:29
Gündəm
28 May 12:59
Gündəm
28 May 12:39
Dünya
28 May 12:19
Dünya
28 May 11:25
Dünya
28 May 10:33
Siyasət
28 May 09:27
Dünya
28 May 08:49
Dünya
27 May 23:19
Gündəm
27 May 22:35
Dünya
27 May 21:40
Dünya
27 May 20:17
Dünya
27 May 19:25
Dünya
27 May 18:20
Dünya
27 May 17:31
Dünya
27 May 16:22
İdman
27 May 15:38
Hadisə
27 May 15:10
Dünya
27 May 14:59
Dünya
27 May 14:25
Mədəniyyət
27 May 13:41
Dünya
27 May 13:17
Dünya
27 May 12:59
Gündəm
27 May 12:23
Gündəm
27 May 11:35
Siyasət
27 May 11:19
Gündəm
27 May 10:52
Siyasət
27 May 10:36
Analitik
27 May 10:14
Sosial
27 May 09:57
Analitik
27 May 09:30
Analitik
27 May 09:15
Analitik
27 May 08:51
MEDİA
27 May 08:39
Siyasət
27 May 08:03
Siyasət
27 May 08:03
Sosial
27 May 07:54
Siyasət
27 May 07:44
Siyasət
27 May 07:42
Sosial
27 May 07:33
Siyasət
26 May 23:30
Siyasət
26 May 23:20
Sosial
26 May 23:19
Siyasət
26 May 22:59
Dünya
26 May 22:56
Siyasət
26 May 22:35
Siyasət
26 May 22:29
Siyasət
26 May 22:28
Siyasət
26 May 22:28
Siyasət
26 May 22:27
Dünya
26 May 22:24
Dünya
26 May 21:40
Sosial
26 May 21:38
Sosial
26 May 21:35
Sosial
26 May 21:17
Dünya
26 May 20:59
Dünya
26 May 20:25
Dünya
26 May 20:10
Dünya
26 May 19:41
Siyasət
26 May 19:32
Siyasət
26 May 19:32
YAP xəbərləri
26 May 19:28

