57 il öncə BMT-nin qəbul etdiyi önəmli Konvensiya...
21.12.2022 [10:30]
Dünya ölkələrində irqi ayrı-seçkilik
Yeganə BAYRAMOVA
1965-ci il dekabrın 21-də Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyası tərəfindən İrqi Ayrı-seçkiliyin Bütün Formalarının Ləğvi haqqında Beynəlxalq Konvensiya (ICERD) qəbul edilib. Konvensiya 4 yanvar 1969-cu ildə qüvvəyə minib. 2020-ci ilin dekabr ayından etibarən isə 182 ölkə Konvensiyanın iştirakçısıdır, daha 3 ölkə Konvensiyanı imzalasa da, təsdiqləməyiblər. Konvensiyaya uyğunluğa 18 mütəxəssisdən ibarət olan İrqi ayrı-seçkiliyin ləğvi Komitəsi nəzarət edir.
Hər bir iştirakçı dövlət irqi ayrı-seçkiliyə yönəlmiş heç bir hərəkət etməməyi və fəaliyyət göstərməməyi öhdəsinə götürür. Bütün milli, eləcə də yerli dövlət orqanlarının və idarələrinin bu öhdəliyə müvafiq hərəkət edəcəklərinə təminat verir. Hər bir iştirakçı dövlət hansısa şəxsin yaxud təşkilatın həyata keçirdiyi irqi ayrı-seçkiliyi təşviq və müdafiə etməməyi yaxud ona dəstək verməməyi öhdəsinə götürür. Bütün iştirakçı dövlətlər hökumətin milli və yerli miqyasda siyasətinə yenidən baxılması, habelə irqi ayrı-seçkiliyin meydana gəlməsinə, yaxud hər hansı şəkildə möhkəmlənməsinə aparan qanun və qərarların dəyişdirilməsi və ya ləğv edilməsi üçün tədbirlər görməlidir. İştirakçı dövlətlər müəyyən irqi qruplara mənsub şəxslərin inkişafını və müdafiəsini təmin etmək məqsədilə onların insan hüquqlarından tam və bərabər istifadə etməsinə zəmanət verən xüsusi və konkret tədbirlər həyata keçirməlidir.
İrqi-ayrı seçkilik hökm sürən ölkələr
Dünya Dəyərləri Sorğusunun məlumatlarına əsasən, dünyada irqçiliyə qarşı ən az tolerantlıq nümayiş etdirən ölkə İordaniyadır. Tədqiqata görə, irqi tolerantlıq etnik müxtəlifliyin olduğu Asiya ölkələrində də aşağı səviyyədədir. Bununla belə Qərbi və Mərkəzi Avropa ölkələri və ABŞ nisbətən irqi tolerant dövlətlər hesab olunurlar. İkinci ən irqçi dövlət Hindistandır. Burada Hindistan əhalisi tərəfindən digər dövlətlərin vətəndaşlarına qarşı həm dərisinin rəngi, həm də mənsub olduğu ölkəyə görə fərqli münasibət göstərilir. Hindistanda xüsusilə afrikalılar irqçilikdən əziyyət çəkirlər, hətta onlar hücuma məruz qalır və öldürülürlər. Niderlandda aparılmış və 2013-cü ildə yayımlanmış bir tədqiqat nəticəsində aşkar edilib ki, ərəb adları olan iş axtaranlara qarşı əhəmiyyətli dərəcədə ayrıseçkilik edilir.
Liberiyanın Konstitusiyası qeyri-qaraların vətəndaşlıq üçün qeyri-məqbul olduğunu müəyyən edir. Çoxsaylı audit tədqiqatları ABŞ-ın əmək bazarında irqi ayrıseçkiliklə bağlı ciddi sübutlar aşkar ediblər.
Qeyd edək ki, ötən gün Niderlandın baş naziri Mark Rutte ölkəsinin qlobal köləlik sistemindəki tarixi roluna görə üzr istəyib. O, bunu Haaqa Milli Arxivində çıxışı zamanı bildirib. Rutte qeyd edib ki, köləlik çox sayda insana böyük əzablar gətirib. Bu əzab hələ də onların nəsillərinin həyatına, o cümlədən irqçi stereotiplər və ayrı-seçkilik yolu ilə təsir edir. Onun sözlərinə görə, Niderland əsrlər boyu köləlikdən qazanc əldə edib.
Xatırladaq ki, Niderland müstəmləkələrində köləlik rəsmi olaraq 1863-cü ildə ləğv edilsə də, onun dolayı təzahürləri bəzi ərazilərdə onilliklərlə davam edib.
Xəbər lenti
Hamısına baxDünya
29 May 18:17
İdman
29 May 17:29
Dünya
29 May 16:45
Dünya
29 May 15:33
Dünya
29 May 14:19
İdman
29 May 13:24
Dünya
29 May 12:31
Dünya
29 May 11:40
Dünya
29 May 10:17
Dünya
29 May 09:50
Dünya
29 May 09:25
Dünya
29 May 08:51
İdman
29 May 08:38
Siyasət
28 May 23:45
Siyasət
28 May 22:08
Siyasət
28 May 21:36
Siyasət
28 May 20:31
Dünya
28 May 19:40
Dünya
28 May 18:32
Dünya
28 May 17:27
Gündəm
28 May 16:49
Siyasət
28 May 16:29
Dünya
28 May 16:19
Siyasət
28 May 16:09
Siyasət
28 May 16:08
Sosial
28 May 15:25
Siyasət
28 May 15:22
Siyasət
28 May 14:59
Gündəm
28 May 14:59
Gündəm
28 May 14:33
Gündəm
28 May 14:21
Gündəm
28 May 13:42
Dünya
28 May 13:40
Siyasət
28 May 13:13
Gündəm
28 May 12:59
Siyasət
28 May 12:34
Dünya
28 May 12:19
Siyasət
28 May 11:45
Dünya
28 May 11:25
Siyasət
28 May 10:45
Siyasət
28 May 10:33
Dünya
28 May 10:33
Siyasət
28 May 09:34
Siyasət
28 May 09:27
Dünya
28 May 08:49
Dünya
27 May 23:19
Gündəm
27 May 22:35
Dünya
27 May 21:40
Dünya
27 May 20:17
Siyasət
27 May 19:36
Dünya
27 May 19:25
Dünya
27 May 18:20
Dünya
27 May 17:31
Dünya
27 May 16:22
İdman
27 May 15:38
Siyasət
27 May 15:38
Siyasət
27 May 15:37
Hadisə
27 May 15:10
Dünya
27 May 14:59
Dünya
27 May 14:25
Mədəniyyət
27 May 13:41
Dünya
27 May 13:17
Dünya
27 May 12:59
Gündəm
27 May 12:23
Gündəm
27 May 11:35
Siyasət
27 May 11:19
Gündəm
27 May 10:52
Siyasət
27 May 10:36
Analitik
27 May 10:14
Sosial
27 May 09:57

