Ustad - Nəsir İmanquliyev...
22.12.2022 [10:24]
111 yaşı tamam olur
Bu gün jurnalist, tanınmış elm xadimi, pedaqoq Nəsir İmanquliyevin anadan olmasının 111 ili tamam olur. N.İmanquliyev 1911-ci il dekabrın 22-də Bakı şəhərində anadan olub.
1925-1926-cı illərdə Bakı şəhərində peşə məktəbini bitirib, 1934-cü ildə Lassal adına Neft Texnikumuna qəbul olub. Dövri mətbuatda ilk yazıları tələbəlik illərində çap olunmağa başlayıb. Tələbəlik illərindən başlayaraq, “Kommunist”, “Yeni yol”, “Gənc işçi”, “Vətənin səsi” qəzetlərində ədəbi işçi, ədəbi şöbənin müdir müavini, şöbə müdiri, məsul katib, redaktor vəzifələrində çalışıb. İkinci Dünya müharibəsi zamanı 1942-ci ildə siyasi işçi kimi Krım cəbhəsinə göndərilib, orada “Vuruşan Krım” qəzetinin məsul katibi olub, həmçinin hərbi hissədə tərcüməçi kimi xidmət edib. Bir il sonra “Kommunist” qəzetinə məsul katib təyin edilib, bu qəzetdə vətənpərvərlik mövzusuna həsr edilmiş bir çox məqalələri işıq üzü görüb.
Mərhum jurnalist 1947-ci ildən Bakı Dövlət Universitetində pedaqoji fəaliyyətə başlayıb. 1948-1950-ci illərdə universitetin Filologiya fakültəsində təhsilini iki ilə müvəffəqiyyətlə başa vurub. 1947-1998-ci illərdə Bakı Dövlət Universitetində Jurnalistika fakültəsinin “Jurnalistikanın nəzəriyyəsi və təcrübəsi” kafedrasında müəllim, dosent, professor olub. O, respublika üçün gənc jurnalist kadrlarının hazırlanması işində fəal iştirak edib, bu işə öz əvəzsiz töhfəsini verib. 1958-ci ildə Azərbaycanda yeni tipli “Bakı” və “Baku” (1953) axşam qəzetlərinin baş redaktoru təyin edilib. 1976-cı ildə “Azərbaycan SSR Əməkdar mədəniyyət işçisi”, 1990-cı ildə “Əməkdar jurnalist” fəxri adlarına layiq görülüb.
Müasir Azərbaycan jurnalistikasının təşəkkülündə xüsusi yeri olan N.İmanquliyev ömrünü Azərbaycan mətbuatının və mədəniyyətinin inkişafına, peşəkar jurnalist kadrların hazırlanmasına həsr edib. O, Azərbaycan milli mətbuatının inkişafı uğrunda yorulmadan ənənələrə bağlı orijinal bir jurnalistlika məktəbi yaradıb. Ömrünün 50 ilini Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsində milli kadrların hazırlanmasına sərf etmiş publisist zəngin pedaqoji fəaliyyəti ilə Azərbaycan jurnalistlərinin böyük bir nəslinin formalaşmasında mühüm rol oynayıb.
N.İmanquliyev yüzlərlə gənc jurnalistə bu peşənin sirlərini dərindən mənimsədib. Yetirmələrini gələcəyin yaxşı qələm sahibləri kimi görmək üçün əlindən gələni əsirgəməyib. Çox həssas bir insan olan Nəsir İmanquliyev maddi cəhətdən çətinlik çəkən tələbələrə hər zaman qayğı göstərərdi.
Ömrünün 30 ilini “Bakı” və “Baku” qəzetlərinin baş redaktoru kimi şərəfli bir işə həsr etmiş Nəsir İmanquliyev bu mətbu orqana gətirdiyi yeniliklərlə Azərbaycanda azad sözə, fikirə daha çox yer ayırıb, oxucuları daim yeni informasiya ilə təmin edib. Onun zəhməti sayəsində ərsəyə gələn bu qəzetin səhifələrində paytaxtımızın gözəlliyi, yenilikləri ilə yanaşı, həlli müşkülə çevrilmiş məsələlər də operativ və geniş surətdə işıqlandırılıb.
Professor Nəsir İmanquliyev 1998-ci ildə Bakı şəhərində vəfat edib. 2011-ci ilin dekabrında Azərbaycan Respublikasının Prezidentinin Sərəncamına əsasən ölkəmizdə Nəsir İmanquliyevin 100 illiyinə həsr olunmuş silsilə yubiley tədbirləri keçirilib.
Yeganə BAYRAMOVA
Xəbər lenti
Hamısına baxMaraqlı
29 May 21:19
Dünya
29 May 20:41
Dünya
29 May 19:22
Dünya
29 May 18:17
İdman
29 May 17:29
Dünya
29 May 16:45
Dünya
29 May 15:33
Dünya
29 May 14:19
İdman
29 May 13:24
Dünya
29 May 12:31
Dünya
29 May 11:40
Dünya
29 May 10:17
Dünya
29 May 09:50
Dünya
29 May 09:25
Dünya
29 May 08:51
İdman
29 May 08:38
Siyasət
28 May 23:45
Siyasət
28 May 22:08
Siyasət
28 May 21:36
Siyasət
28 May 20:31
Dünya
28 May 19:40
Dünya
28 May 18:32
Dünya
28 May 17:27
Gündəm
28 May 16:49
Siyasət
28 May 16:29
Dünya
28 May 16:19
Siyasət
28 May 16:09
Siyasət
28 May 16:08
Sosial
28 May 15:25
Siyasət
28 May 15:22
Siyasət
28 May 14:59
Gündəm
28 May 14:59
Gündəm
28 May 14:33
Gündəm
28 May 14:21
Gündəm
28 May 13:42
Dünya
28 May 13:40
Siyasət
28 May 13:13
Gündəm
28 May 12:59
Siyasət
28 May 12:34
Dünya
28 May 12:19
Siyasət
28 May 11:45
Dünya
28 May 11:25
Siyasət
28 May 10:45
Siyasət
28 May 10:33
Dünya
28 May 10:33
Siyasət
28 May 09:34
Siyasət
28 May 09:27
Dünya
28 May 08:49
Dünya
27 May 23:19
Gündəm
27 May 22:35
Dünya
27 May 21:40
Dünya
27 May 20:17
Siyasət
27 May 19:36
Dünya
27 May 19:25
Dünya
27 May 18:20
Dünya
27 May 17:31
Dünya
27 May 16:22
İdman
27 May 15:38
Siyasət
27 May 15:38
Siyasət
27 May 15:37
Hadisə
27 May 15:10
Dünya
27 May 14:59
Dünya
27 May 14:25
Mədəniyyət
27 May 13:41
Dünya
27 May 13:17
Dünya
27 May 12:59
Gündəm
27 May 12:23
Gündəm
27 May 11:35
Siyasət
27 May 11:19
Gündəm
27 May 10:52

