Kreditin gecikdirilməsinə görə yeni qaydalar
20.01.2023 [10:55]
Dəyişikliklər vətəndaşlara nə vəd edir?
Azərbaycanda kreditin gecikdirilməsinə görə yeni qaydalar müəyyən edilir. Bu barədə məsələ Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin dünən keçirilən iclasında müzakirə edilən Mülki Məcəlləyə dəyişiklikdə öz əksini tapıb.
Dəyişikliyə əsasən, Məcəllədə və müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclunun pul məbləğini ödəməsini gecikdirməsinə görə kreditorun tələb edə biləcəyi məbləğ məhdudlaşdırılır. Bu halda gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə görə illik 5 faizdən çox olmamaq şərti qoyulur.
Sözügedən qaydalarla bağlı “Yeni Azərbaycan”a açıqlama verən Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov bildirib ki, yeni qaydaların müəyyən edilməsində məqsəd kredit öhdəliyinin gücləndirilməsi, ümumiyyətlə, kredit sektorunda risklərin minimumlaşdırılmasından ibarətdir: “Nəzərə alsaq ki, bu gün bir çox vətəndaşların kreditə ehtiyacı var. Bankların da kredit təklif etmək imkanları gün keçdikcə artır. Son statistika göstərir ki, bu gün ölkəmizdəki banklarda kifayət qədər böyük məbləğdə passiv vəsaitlər var. Hansı ki, banklar həmin pulları kredit formasında vətəndaşlara təklif etmək istəyirlər. Ona görə də mövcud qaydaların dəyişdirilməsində məqsəd ondan ibarətdir ki, götürülən məbləğlər kredit öhədiliyinə uyğun olaraq qaytarılsın, eyni zamanda, ödəmə qabiliyyəti olan vətəndaşlar yeni kreditlərdən yararlana bilsinlər”.
Millət vəkilinin sözlərinə görə, bəzi hallarda ödəmə imkanları zəif olan və yaxud kredit götürdükdən sonra öhdəliklərini tam yerinə yetirə bilməyən şəxslərin borclarını bağlamaq üçün daha böyük məbləğdə kredit götürülməsini müşahidə edirik: “Nəticədə həmin vətəndaşların ödəmə imkanı ilə bağlı çətinliklər yaranır. Amma mövcud qaydaların, ümumiyyətlə, mexanizmin dəyişdirilməsi və kreditə ehtiyacı olan, ödəmə qabiliyyəti yüksək qiymətləndirilən vətəndaşlarımızın kreditə əlçatanlığının artmasına gətirib çıxaracaq. Bu baxımdan sözügedən dəyişikliklər həm bank sektorundakı risklərin azaldılmasına, həm də vətəndaşlarımızın, xüsusən də ödəmə qabiliyyəti yaxşı olan şəxslərin kreditə çıxış imkanlarının artmasına gətirib çıxaracaq”.
Yeganə BAYRAMOVA
Xəbər lenti
Hamısına baxMaraqlı
29 May 22:25
Maraqlı
29 May 21:19
Dünya
29 May 20:41
Dünya
29 May 19:22
Dünya
29 May 18:17
İdman
29 May 17:29
Dünya
29 May 16:45
Dünya
29 May 15:33
Dünya
29 May 14:19
İdman
29 May 13:24
Sosial
29 May 12:38
Dünya
29 May 12:31
Dünya
29 May 11:40
Dünya
29 May 10:17
Dünya
29 May 09:50
Dünya
29 May 09:25
Dünya
29 May 08:51
İdman
29 May 08:38
Siyasət
28 May 23:45
Siyasət
28 May 22:08
Siyasət
28 May 21:36
Siyasət
28 May 20:31
Dünya
28 May 19:40
Dünya
28 May 18:32
Dünya
28 May 17:27
Gündəm
28 May 16:49
Siyasət
28 May 16:29
Dünya
28 May 16:19
Siyasət
28 May 16:09
Siyasət
28 May 16:08
Sosial
28 May 15:25
Siyasət
28 May 15:22
Siyasət
28 May 14:59
Gündəm
28 May 14:59
Gündəm
28 May 14:33
Gündəm
28 May 14:21
Gündəm
28 May 13:42
Dünya
28 May 13:40
Siyasət
28 May 13:13
Gündəm
28 May 12:59
Siyasət
28 May 12:34
Dünya
28 May 12:19
Siyasət
28 May 11:45
Dünya
28 May 11:25
Siyasət
28 May 10:45
Siyasət
28 May 10:33
Dünya
28 May 10:33
Siyasət
28 May 09:34
Siyasət
28 May 09:27
Dünya
28 May 08:49
Dünya
27 May 23:19
Gündəm
27 May 22:35
Dünya
27 May 21:40
Dünya
27 May 20:17
Siyasət
27 May 19:36
Dünya
27 May 19:25
Dünya
27 May 18:20
Dünya
27 May 17:31
Dünya
27 May 16:22
İdman
27 May 15:38
Siyasət
27 May 15:38
Siyasət
27 May 15:37
Hadisə
27 May 15:10
Dünya
27 May 14:59
Dünya
27 May 14:25
Mədəniyyət
27 May 13:41
Dünya
27 May 13:17
Dünya
27 May 12:59
Gündəm
27 May 12:23
Gündəm
27 May 11:35

