Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Ombudsman BMT-nin insan hüquqları üzrə ali komissarına cavab verib

Ombudsman BMT-nin insan hüquqları üzrə ali komissarına cavab verib

24.01.2023 [14:48]

Azərbaycanın insan hüquqları üzrə müvəkkili (Ombudsman) Səbinə Əliyeva BMT-nin insan hüquqları üzrə ali komissarı Volker Türkə cavab verib.

Bu barədə Ombudsman Aparatından məlumat verilib.

S.Əliyeva müraciətində bildirib ki, beynəlxalq təşkilatların yüksək rütbəli məmurları hər hansı bir bəyanat verməzdən əvvəl ilk növbədə əsaslanmış və etibarlı mənbələrə istinad etməli və bu cür həssas bir məsələdə verdikləri bəyanata görə daşıdıqları məsuliyyəti hiss etməlidirlər: "Lakin təəssüf hissi ilə qeyd etməliyəm ki, bəzən bu cür yüksək rütbəli məmurlar məsələ barəsində heç bir məlumatları olmadan məsuliyyətsiz bəyanatlar verə bilirlər. Bu, nəinki onların təmsil etdikləri təşkilatın nüfuzuna xələl gətirir, həmçinin onların şəffaflığı və bitərəfliyinə əsaslı şəkildə ictimai şübhələrin yaranmasına səbəb olur".

"BMT-nin insan hüquqları üzrə ali komissarı Volker Türkün Laçın-Xankəndi yolundakı dinc aksiya ilə əlaqədar verdiyi son bəyanatına cavab olaraq çox hörmətli Komissara bir sual ünvanlamaq istərdim: Hörmətli Ali Komissar, ehtimal edirəm ki, əlinizdə Laçın-Xankəndi yolundakı vətəndaş cəmiyyəti institutlarının etiraz aksiyaçılarının ərzaq, dərman və əsas ləvazimatları daşıyan yük maşınlarına maneçilik yaratmaları barəsində məlumatlar var. Həmin məlumatları bizimlə də bölüşməyinizi xahiş edirəm ki, Azərbaycan Ombudsmanı olaraq müvafiq tədbir görə bilim. Əks halda sizin bəyanatlarınız Azərbaycana qarşı əsassız ittihamlardan başqa bir şey deyil", - o, məktubunda qeyd edib.

Paylaş:
Baxılıb: 68 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Daha 39 casus

01 Fevral 12:06  

Xarici siyasət

Analitik

Sosial

Xəbər lenti

Siyasət

Dördüncü səfər...

01 Fevral 10:18  

Xəbər lenti

Tariflər yeniləndi

31 Yanvar 16:53

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28