“Azərbaycan səfirliyinə edilən hücum Türkiyəyə hücumdur”
02.02.2023 [12:57]
“Şuşa Bəyannaməsini xatırladıram”
Günel ABBAS
“Ev sahibi olan ölkə diplomatik və konsulluq üzvlərinin müdafiəsinə cavabdehdir. Yəni İran Azərbaycan diplomatlarını qorumalıdır. Həmin məsələ 1961-ci il Vyana Konvensiyasında açıq şəkildə əksini tapıb. Hücuma görə İran məsuliyyət daşıyır. İranda güclü kəşfiyyat təhlükəsizlik sistemi mövcuddur, hücumun baş verməsini qəbul etmək mümkün deyil. Rəsmi Tehran terroru həyata keçirən, hücuma kömək edən hər kəsi ortaya çıxarmalıdır”.
Bunu yeniazerbaycan.com-a açıqlamasında Türkiyənin Azərbaycandakı keçmiş səfiri Hulusi Kılıç deyib.
O bildirib ki, Azərbaycanın səfirliyi Azərbaycanın torpağıdır: “Yəni, Azərbaycanın torpağına hücum edilib. 44 günlük Vətən müharibəsindən sonra rəsmi Tehranın fərqli davranışlar sərgilədiyini müşahidə edirik. Azərbaycanın tarixi zəfəri nədənsə İranı narahat edir. İranın Azərbaycanla sərhəddə təlimlər keçirməsini, Zəngəzur dəhlizi ilə bağlı etirazlarını və s. anlamaq mümkün deyil. İran Türkiyə ilə Azərbaycanın qonşusudur. Qonşuluq əlaqələrini davam etdirməlidir. İran ağlını başına yığmalıdır. Həm Türkiyə, həm də Azərbaycanla əlaqələrini normallaşdırmalıdır. İran unutmamalıdır ki, 15 iyul “Şuşa Bəyannaməsi” ilə Türkiyə-Azərbaycan bir millət, bir dövlətə çevrilib. “Şuşa Bəyannaməsi” bizə böyük güc verir. Azərbaycan səfirliyinə edilən hücum Türkiyəyə hücum kimi qəbul edilir, yaxud əksinə. Prezident səviyyəsində verilən açıqlamalar Azərbaycan-Türkiyə qardaşlığının bariz nümunəsidir. Azərbaycan yalnız deyil”.
Sabiq səfirin sözlərinə görə, İran sülh üçün səy göstərməlidir: “Rəsmi Tehranla problemimiz yoxdur. Amma görünür, İranın bizimlə problemi var. Hücumu edən bir nəfər deyil. Əlbəttə, arxasında dayanan şəxslər vardır. Onları da tutmaq, ortaya çıxarmaq gərəklidir. Can Azərbaycanın Tehrandakı səfirliyinə xain terror hücumunu şiddətlə və nifrətlə pisləyirəm. Yaralılara Allahdan şəfa diləyirəm, şəhidimizə Allah rəhmət etsin. Ailəsinə, Azərbaycan xalqına, millətimizə baş sağlığı verirəm!”.
Xatırladaq ki, yanvarın 27-də Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycanın İrandakı səfirliyinə terror hücumu olub. “Kalaşnikov” markalı avtomatla silahlanan şəxs mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisi Orxan Əsgərovu qətlə yetirib. Terrorçu səfirliyin əməkdaşları tərəfindən saxlanılıb. 29 yanvar 2023-cü il tarixində Azərbaycanın İrandakı səfirliyinin əməkdaşları, onların ailə üzvləri, səfirliyimizə qarşı törədilmiş terror aktı nəticəsində yaralananlar təxliyyə edilib.
Xəbər lenti
Hamısına baxDünya
28 May 17:27
Dünya
28 May 16:19
Sosial
28 May 15:25
Gündəm
28 May 14:33
Gündəm
28 May 14:21
Gündəm
28 May 13:42
Dünya
28 May 13:40
Gündəm
28 May 13:29
Gündəm
28 May 12:59
Gündəm
28 May 12:39
Dünya
28 May 12:19
Dünya
28 May 11:25
Dünya
28 May 10:33
Siyasət
28 May 09:27
Dünya
28 May 08:49
Dünya
27 May 23:19
Gündəm
27 May 22:35
Dünya
27 May 21:40
Dünya
27 May 20:17
Dünya
27 May 19:25
Dünya
27 May 18:20
Dünya
27 May 17:31
Dünya
27 May 16:22
İdman
27 May 15:38
Hadisə
27 May 15:10
Dünya
27 May 14:59
Dünya
27 May 14:25
Mədəniyyət
27 May 13:41
Dünya
27 May 13:17
Dünya
27 May 12:59
Gündəm
27 May 12:23
Gündəm
27 May 11:35
Siyasət
27 May 11:19
Gündəm
27 May 10:52
Siyasət
27 May 10:36
Analitik
27 May 10:14
Sosial
27 May 09:57
Analitik
27 May 09:30
Analitik
27 May 09:15
Analitik
27 May 08:51
MEDİA
27 May 08:39
Siyasət
27 May 08:03
Siyasət
27 May 08:03
Sosial
27 May 07:54
Siyasət
27 May 07:44
Siyasət
27 May 07:42
Sosial
27 May 07:33
Siyasət
26 May 23:30
Siyasət
26 May 23:20
Sosial
26 May 23:19
Siyasət
26 May 22:59
Dünya
26 May 22:56
Siyasət
26 May 22:35
Siyasət
26 May 22:29
Siyasət
26 May 22:28
Siyasət
26 May 22:28
Siyasət
26 May 22:27
Dünya
26 May 22:24
Dünya
26 May 21:40
Sosial
26 May 21:38
Sosial
26 May 21:35
Sosial
26 May 21:17
Dünya
26 May 20:59
Dünya
26 May 20:25
Dünya
26 May 20:10
Dünya
26 May 19:41
Siyasət
26 May 19:32
Siyasət
26 May 19:32
YAP xəbərləri
26 May 19:28
Gündəm
26 May 19:25

