/ / Ermənistan Azərbaycanla şərti sərhəddə nəzarət-buraxılış məntəqələrinin qurulması təklifini qəbul etməyib
Ermənistan Azərbaycanla şərti sərhəddə nəzarət-buraxılış məntəqələrinin qurulması təklifini qəbul etməyib
24.02.2023 [17:51]
"Rəsmi İrəvan Azərbaycan-Ermənistan şərti sərhədində nəzarət-buraxılış məntəqələrinin qurulması ilə bağlı təklifi məqbul hesab etməyib".
"Report" xəbər verir ki, bunu xarici işlər naziri Ceyhun Bayramov jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, Ermənistan danışıqlardan yayınır və verilən təklifə heç bir izah vermədən imtina edir: "Son iki ildə Laçın yolu ətrafında çox böyük qanun pozuntusu halları baş verib. Yoldan qanunsuz istifadələr var idi. Bununla bağlı dəfələrlə beynəlxalq təşkilatlara məlumat verilib, ölkəmizdə fəaliyyət göstərən diplomatik korpus nümayəndələri üçün brifinqlər keçirilib. Burada müxtəlif istiqamətlər üzrə yüzlərlə fakt var idi. Təbii ki, bu da Azərbaycan cəmiyyətinin haqlı narazılığına səbəb olmuşdu. Eyni zamanda dekabrda başlamış etirazların səbəbi də məhz Laçın yolundan qanunsuz məqsədlərlə istifadə ilə bağlı idi".
Nazir bildirib ki, məsələnin həlli üçün bəlli çağırışlar var: "Həll yollarından biri kimi Prezident Münxen Təhlükəsizlik Konfransında Ermənistanın baş naziri ilə görüşdə, daha sonra panel müzakirəsi zamanı Ermənistan-Azərbaycan şərti sərhədində sərhəd-buraxılış keçid məntəqələrinin qurulmasını təklif etmişdi. Bu yolda şəffaflığı təmin edə bilər. Çünki hər kəs bilir ki, üçtərəfli bəyanatda nə yazılıb, tərəflərin öhdəliyi nədən ibarətdir. Ancaq şəffaflığın olmaması ciddi problem və suallar yaradır. Bu təklif işçi qaydada müzakirə ediləndə də beynəlxalq tərəfdaşlardan təklifin sağlam olduğunu eşidirik. Lakin Ermənistanın xarici işlər naziri bu təklifə istinad edərək heç bir izah vermədən ölkəsi üçün məqbul olmadığını açıqladı. Hesab edirik ki, bu açıqlama Ermənistanın üçtərəfli bəyanatla bağlı öhdəliyini yerinə yetirməkdə maraqlı olmadığı mənasına gəlir. Laçın yolunda hansısa gərginliyin olmaması üçün verilən təklifdən imtina edir. Ermənistan manipulyasiyalarla məşğul olmaq, beynəlxalq aləmdə çaşdırıcı məlumatların verilməsi ilə yanlış təsəvvür yaratmaq və lazımsız gərginlik yaratmaqda maraqlıdır".
Xəbər lenti
Hamısına baxDünya
29 May 19:22
Dünya
29 May 18:17
İdman
29 May 17:29
Dünya
29 May 16:45
Dünya
29 May 15:33
Dünya
29 May 14:19
İdman
29 May 13:24
Dünya
29 May 12:31
Dünya
29 May 11:40
Dünya
29 May 10:17
Dünya
29 May 09:50
Dünya
29 May 09:25
Dünya
29 May 08:51
İdman
29 May 08:38
Siyasət
28 May 23:45
Siyasət
28 May 22:08
Siyasət
28 May 21:36
Siyasət
28 May 20:31
Dünya
28 May 19:40
Dünya
28 May 18:32
Dünya
28 May 17:27
Gündəm
28 May 16:49
Siyasət
28 May 16:29
Dünya
28 May 16:19
Siyasət
28 May 16:09
Siyasət
28 May 16:08
Sosial
28 May 15:25
Siyasət
28 May 15:22
Siyasət
28 May 14:59
Gündəm
28 May 14:59
Gündəm
28 May 14:33
Gündəm
28 May 14:21
Gündəm
28 May 13:42
Dünya
28 May 13:40
Siyasət
28 May 13:13
Gündəm
28 May 12:59
Siyasət
28 May 12:34
Dünya
28 May 12:19
Siyasət
28 May 11:45
Dünya
28 May 11:25
Siyasət
28 May 10:45
Siyasət
28 May 10:33
Dünya
28 May 10:33
Siyasət
28 May 09:34
Siyasət
28 May 09:27
Dünya
28 May 08:49
Dünya
27 May 23:19
Gündəm
27 May 22:35
Dünya
27 May 21:40
Dünya
27 May 20:17
Siyasət
27 May 19:36
Dünya
27 May 19:25
Dünya
27 May 18:20
Dünya
27 May 17:31
Dünya
27 May 16:22
İdman
27 May 15:38
Siyasət
27 May 15:38
Siyasət
27 May 15:37
Hadisə
27 May 15:10
Dünya
27 May 14:59
Dünya
27 May 14:25
Mədəniyyət
27 May 13:41
Dünya
27 May 13:17
Dünya
27 May 12:59
Gündəm
27 May 12:23
Gündəm
27 May 11:35
Siyasət
27 May 11:19
Gündəm
27 May 10:52
Siyasət
27 May 10:36
Analitik
27 May 10:14

