Blinkenin zəngi ABŞ-ın sülh gündəliyini daha da inkişaf etdirmək istəyini nümayiş etdirir
21.03.2023 [22:40]
Hazırda dünyada gedən mühüm geosiyasi proseslər fonunda ABŞ-ın Cənubi Qafqaza marağı getdikcə artır. Amerika Birləşmiş Ştatlarının dövlət katibi Antoni Blinken martın 21-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng etməsi də göstərir ki, ABŞ regionda sülhün, təhlükəsizliyin və sabitliyin qorunmasında maraqlıdır. Dövlət katibi Antoni Blinken bir daha vurğulayıb ki, ABŞ Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılması və sülh müqaviləsinin imzalanması üçün səylərini bundan sonra da davam etdirəcək.
Xüsusilə vurğulamaq lazımdır ki, telefon danışığı əsnasında Azərbaycanın Laçın-Xankəndi yolu ətrafındakı vəziyyət müzakirə olunub. Prezident İlham Əliyev qeyd edib ki, ötən il dekabrın 12-dən bugünədək Rusiya sülhməramlılarının və Beynəlxalq Qırmızı Xaç Komitəsinin xətti ilə buradan 4700-dən artıq nəqliyyat vasitəsinin, tibbi yardıma ehtiyacı olan şəxslərin və onları müşayiət edənlərin keçidi təmin olunub. Yol humanitar məqsədlər üçün açıqdır. Buna görə də bu yolun guya blokadada olması barədə məlumat Ermənistanın yalançı təbliğatıdır.
Bununla yanaşı, Azərbaycan Prezidenti vurğulayıb ki, Ermənistanın Laçın yoluna köməkçi yoldan istifadə edərək Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi ərazilərimizdə qanunsuz hərbi daşımalar, şəxsi heyətin rotasiyasını həyata keçirməsi, habelə Ermənistan silahlı qüvvələrinin 10 minə yaxın hərbçisinin hələ də Azərbaycan ərazisində olması ciddi narahatlıq doğurur. Bu xüsusda dövlətimizin başçısı Azərbaycanın Laçın yolunun Ermənistanla sərhədinin son nöqtəsində sərhəd-keçid məntəqəsinin yaradılmasının labüdlüyünü xüsusilə vurğulayıb. Sərhəd-keçid məntəqəsinin yaradılması artıq zərurətə çevrilib və bölgənin təhlükəsizliyinin qorunması üçün mühüm əhəmiyyətə malikdir.
Digər tərəfdən, Prezident İlham Əliyev son həftələr ərzində Ermənistan tərəfinin Avropa İttifaqının bu ölkədəki missiyasının yerləşməsindən sui-istifadə edərək vəziyyəti qəsdən gərginləşdirmək istiqamətində siyasət yürütdüyünü, Azərbaycan-Ermənistan dövlət sərhədi boyu və Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazilərində Ermənistan silahlı qüvvələri və qanunsuz erməni hərbi birləşmələri tərəfindən atəşkəsin intensiv şəkildə pozulması hallarının müşahidə olunduğunu diqqətə çatdırıb. Azərbaycan Prezidenti bu xüsusda 2023-cü il martın 5-də qeyri-qanuni erməni birləşmələrinin törətdikləri təxribat nəticəsində 2 hərbi qulluqçumuzun şəhid olmasını və Novruz bayramı günü - martın 20-də Azərbaycan-Ermənistan dövlət sərhədinin Zəngilan rayonu ərazisindən keçən hissəsində Ermənistanın növbəti təxribatı nəticəsində Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçusunun yaralandığını qeyd edib. Ermənistanın sistemli şəkildə atəşkəsi pozması və Avropa İttifaqının emissarlarını da təxribat planının tərkibinə daxil etməsi prosesi müşahidə olunmaqdadır. Bütün bu hərbi-siyasi təxribatlara son qoyulmalı və rəsmi İrəvan bütün diqqəti sülh müqaviləsi üzərində işə yönəltməlidir. Digər tərəfdən, Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdış Proqramı üzrə Zəngilan rayonunda “Ağıllı kənd” konsepsiyası əsasında yenidən salınmış Ağalı kəndinə sakinlərin köçürülməsinə başlanmışdır. Bu günlərdə Tərtərin Talış kəndinə də keçmiş məcburi köçkünlərin qayıtması prosesi davam etdirilir. Qarşıdakı dönəmdə Laçına da analoji qayıdış həyata keçiriləcək. Məhz buna görə Azərbaycan-Ermənistan dövlət sərhədinin Zəngilan rayonu ərazisindən keçən hissəsində Ermənistanın növbəti təxribatı Azərbaycanın Böyük Qayıdış konsepsiyasının qarşısını almaq məqsədi daşıyır.
Qeyd edək ki, A.Blinkenlə telefon danışığında Prezident İlham Əliyev vurğulayıb ki, Azərbaycan sülh gündəliyinə tam sadiqdir, Ermənistanla münasibətlərin normallaşdırılmasına və tezliklə sülh müqaviləsinin imzalanmasına hazırdır və son təklif və düzəlişlərinin olduğu sülh müqaviləsinin mətnini Ermənistan tərəfinə təqdim edib.
Təəssüflər olsun ki, Ermənistan bölgədəki destruktiv fəaliyyətini davam etdirir və sülh prosesinə sadiqlik nümayiş etdirmir. Praqa və Soçi görüşlərində Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini qəbul edən Ermənistanın rəhbərliyi sonrakı proseslərdə sülhdən tamamilə uzaq mövqe nümayiş etdirməyə davam etdi.
Prezident İlham Əliyev tərəfindən Münhen Təhlükəsizlik Konfransında bəyan olunduğu kimi hazırda danışıqlar iki istiqamətdə aparılır. Dövlətimizin başçısı Münhendə keçirilmiş görüşün davamı olaraq Azərbaycanın Qarabağdan olan erməni sakinlərlə təmaslara hazır olduğunu və bu xüsusda Azərbaycan Respublikası Prezidentinin Administrasiyası tərəfindən reinteqrasiya üzrə təmasları davam etdirmək və infrastruktur layihələrini müzakirə etmək üçün onların Bakıya dəvət edildiyini də ABŞ dövlət katibi ilə keçirilən telefon danışığında xatırladıb.
Beləliklə, ABŞ-ın dövlət katibi Antoni Blinkenin Prezident İlham Əliyevə zəng etməsi Birləşmiş Ştatların öz sülh gündəliyini daha da inkişaf etdirmək istəyini nümayiş etdirir. ABŞ Bakı və İrəvan arasında birbaşa dialoqun tərəfdarı olduğunu dəfələrlə bəyan edib. Prezident İlham Əliyevlə keçirilən telefon danışığından sonra sosial şəbəkə hesabında Blinken birbaşa danışıqların davamlı sülhə nail olmağın yeganə yolu olduğunu qeyd edib. Bununla yanaşı, İranın regionda hərbi cəhətdən aktivləşməsi müşahidə olunur. İstisna deyil ki, İranın aqressiv davranışlarına qarşı da müzakirələr aparılıb.
Politoloq İlyas Hüseynov
Xəbər lenti
Hamısına baxDünya
29 May 18:17
İdman
29 May 17:29
Dünya
29 May 16:45
Dünya
29 May 15:33
Dünya
29 May 14:19
İdman
29 May 13:24
Dünya
29 May 12:31
Dünya
29 May 11:40
Dünya
29 May 10:17
Dünya
29 May 09:50
Dünya
29 May 09:25
Dünya
29 May 08:51
İdman
29 May 08:38
Siyasət
28 May 23:45
Siyasət
28 May 22:08
Siyasət
28 May 21:36
Siyasət
28 May 20:31
Dünya
28 May 19:40
Dünya
28 May 18:32
Dünya
28 May 17:27
Gündəm
28 May 16:49
Siyasət
28 May 16:29
Dünya
28 May 16:19
Siyasət
28 May 16:09
Siyasət
28 May 16:08
Sosial
28 May 15:25
Siyasət
28 May 15:22
Siyasət
28 May 14:59
Gündəm
28 May 14:59
Gündəm
28 May 14:33
Gündəm
28 May 14:21
Gündəm
28 May 13:42
Dünya
28 May 13:40
Siyasət
28 May 13:13
Gündəm
28 May 12:59
Siyasət
28 May 12:34
Dünya
28 May 12:19
Siyasət
28 May 11:45
Dünya
28 May 11:25
Siyasət
28 May 10:45
Siyasət
28 May 10:33
Dünya
28 May 10:33
Siyasət
28 May 09:34
Siyasət
28 May 09:27
Dünya
28 May 08:49
Dünya
27 May 23:19
Gündəm
27 May 22:35
Dünya
27 May 21:40
Dünya
27 May 20:17
Siyasət
27 May 19:36
Dünya
27 May 19:25
Dünya
27 May 18:20
Dünya
27 May 17:31
Dünya
27 May 16:22
İdman
27 May 15:38
Siyasət
27 May 15:38
Siyasət
27 May 15:37
Hadisə
27 May 15:10
Dünya
27 May 14:59
Dünya
27 May 14:25
Mədəniyyət
27 May 13:41
Dünya
27 May 13:17
Dünya
27 May 12:59
Gündəm
27 May 12:23
Gündəm
27 May 11:35
Siyasət
27 May 11:19
Gündəm
27 May 10:52
Siyasət
27 May 10:36
Analitik
27 May 10:14
Sosial
27 May 09:57

